04 Noyabr 2026 13:19
255
İQTİSADİYYAT
A- A+
AÇG-dən hasil olunan neftin həcmi açıqlanıb

AÇG-dən hasil olunan neftin həcmi açıqlanıb


2026-cı ilin üçüncü rübü ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) üzrə fəaliyyətlərə təqribən 401 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 88 milyon dollarəsaslı məsrəflər xərclənib. 2025-ci ilin eyni dövrü ilə müqayisədə əməliyyat məsrəfləri 3,3 faiz və əsaslı məsrəflər 19,3 faiz artıb.

AZƏRTAC bp-nin 2026-cı ilin üçüncü rübünün yekunlarına dair hesabatına istinadən xəbər verir ki, AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

AÇG yatağında aparılan 4-ölçülü (4D) yüksəkdəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramı çərçivəsində 2025-ci ildə əldə olunmuş məlumatların emalı üçüncü rüb ərzində davam edib.

AÇG yatağında aparılan 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramı çərçivəsində 2025-ci ildə əldə olunmuş məlumatların interpretasiyası və inteqrasiyası bu ilin üçüncü rübü ərzində davam edib. Paralel olaraq, 2027-ci ilin yanvarında başlanması planlaşdırılan üçüncü il üçün məlumat toplanması işlərinə hazırlıqlar davam edib.

Dərinsulu Günəşli ərazisində çoxquyulu sualtı müdaxilə proqramı üçüncü rübdə təhlükəsiz şəkildə və qrafiki qabaqlayaraq tamamlanıb. Proqram çərçivəsində ənənəvi üsullarla müdaxilə işlərinin aparılması çətin hesab olunan 7 sualtı quyuda müdaxilə əməliyyatları uğurla həyata keçirilib.

Mərkəzi Azəri platformasında həyata keçirilən Mərkəzi Azəri Qaz Genişləndirilməsi (CAGE) layihəsi də üçüncü rübdə uğurla tamamlanıb. Layihə nəticəsində platformada qazın yenidən laylara vurulma gücü 20 faiz artırılıb ki, bu da mövcud quyulardan neftverməni maksimuma çatdırmağa kömək edəcək.

Layihə çərçivəsində platformadakı mövcud dörd qazvurma kompressoru əsaslı şəkildə modernləşdirilmişdir. Bu işlər platformadakı əməliyyatların fasiləsizliyi təmin olunaraq, yəni hasilatın dayandırılmasına və məşəldə əlavə qazın yandırılmasına ehtiyac olmadan yerinə yetirilib.

Layihə çərçivəsində, həmçinin qazın yenidən laylara vurulması gücünün artırılmasına və əməliyyat çevikliyinin gücləndirilməsinə dəstək məqsədilə kompressorun giriş xəttindəki kollektor boru sistemində modifikasiyalar həyata keçirilib. Bu modifikasiyalar avqust ayında Mərkəzi Azəri platformasında aparılmış profilaktik işlər proqramı zamanı yerinə yetirilib və bunun ardınca layihə üzrə bütün qalan yekun işlər tamamlanıb.

2026-cı ilin üçüncü rübü ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. İlk üç rüb üçün AÇG-dən ümumi hasilat – “Çıraq” (18 min 800), “Mərkəzi Azəri” (84 min 600), “Qərbi Azəri” (72 min), “Şərqi Azəri” (45 min 700), “Dərinsulu Günəşli” (46 min 700), “Qərbi Çıraq” (25 min 300) və ACE (26 min 900) platformalarından birlikdə – gündə orta hesabla 320 min barel və ya ümumilikdə təxminən 87 milyon barel, yəni 12 milyon ton olub.

Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə ümumilikdə 7000 barel - 2,1 faiz və ya 2 milyon barel – 2,2 faiz azalma deməkdir.

Sentyabr ayının sonunda AÇG-də ümumilikdə 154 neft hasilat quyusu, 50 su injektor quyusu və 11 qaz injektor quyusu istismarda olub. AÇG-nin illik iş proqramının bir hissəsi olaraq avqust ayında Mərkəzi Azəri platformasında planlaşdırılmış profilaktik işlər proqramı uğurla həyata keçirilib.

Proqram üzrə nəzərdə tutulmuş profilaktik işlər, inspeksiya və layihə işlərinin effektiv şəkildə aparılması üçün platformadan hasilat təxminən 6 gün ərzində bir qədər azaldılsa da, tam dayandırılmayıb. Hazırda platformalarımızda tətbiq etdiyimiz qabaqcıl texnologiyalar profilaktik işlər zamanı hasilatı təhlükəsiz şəkildə davam etdirməyə imkan verir. Yeni texnologiyaların tətbiqi profilaktik işlər zamanı əməliyyatları təhlükəsiz və etibarlı şəkildə həyata keçirməyə imkan verməklə hasilata təsirləri minimuma endirməyə kömək edir.

Platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan uzun müddət istismar qabiliyyətini davam etdirə bilməsi məqsədilə aparılan bu proqram tam təhlükəsiz şəkildə və vaxtından əvvəl başa çatdırılıb.

İlin üç rübü ərzində AÇG-də 12 neft hasilatı quyusu, 3 su injektoru və 2 qaz injektoru quyusunun qazıntısı tamamlanıb.

Bu quyulardan biri – Şərqi Azəri platformasından qazılmış D18Z neft hasilatı quyusu, indiyədək AÇG yatağında qazılmış quyular arasında ən uzun lay təmasına malik quyu olmaqla, AÇG layihəsi üçün əlamətdar bir nailiyyətdir. Quyuda 2000 metrdən çox uzunluqda açıq lülə hissəsi qazılıb ki, bunun 1500 metrdən çoxu hədəf məhsuldar layın daxilində qum hissəsindən keçib. Bu nailiyyət AÇG yatağından əlavə dəyərin üzə çıxarılmasında qabaqcıl seysmik görüntüləmə, qazma və tamamlama texnologiyalarının rolunu bir daha vurğulayır.

2026-cı ilin üç rübü ərzində AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 9 milyon kubmetr, ümumilikdə isə 2 milyard kubmetr səmt qazı təhvil verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

2026-cı ilin birinci yarısında AÇG-də sərbəst təbii qaz (STQ) hasilatı əməliyyatlarının başlanması ilə yataq ilk kommersiya qaz hasilatı əməliyyatları mərhələsinə keçib.

AÇG-də ilk STQ hasilatı əməliyyatları 2025-ci ildə qazılıb və hazırda hasilatda olan neft laylarının altında yerləşən iki prioritet STQ layını – daha dayaz Qırmakıüstü Qumlu və daha dərin Qırmakıaltı Qumlu lay dəstlərini hədəfləyən ilk hasilat quyusunda başlayıb. Quyu Qırmakıüstü Qumlu lay dəstində qaz ehtiyatlarının mövcudluğunu təsdiqləyib, Qırmakıaltı Qumlu lay dəstində isə yüksəktəzyiqli qaz ehtiyatlarının mövcudluğunu aşkar edib.

STQ hasilatı əməliyyatları hazırda Qırmakıaltı Qumlu lay dəstində davam edir və ilkin dövr hasilatı olmaqla yanaşı həmçinin quyuda və lay dəstində sınaq işlərinin aparılmasını da əhatə edir.

Quyudan hasil edilən qaz və kondensat, neft və qaz işlənməsi sistemlərinin inteqrasiyası yolu ilə mövcud AÇG infrastrukturundan istifadə etməklə Səngəçal terminalına göndərilir ki, bu da mövcud dəniz obyektlərindən səmərəli istifadə üçün imkan yaradır.

İlk STQ hasilatı quyusundan əlavə, STQ laylarının neft ehtiyatlarını hədəfləyən bir hasilat quyusu Dərinsulu Günəşli platformasından qazılıb və plana uyğun olaraq 2026-cı ilin üçüncü rübünün sonunda işə salınıb. Bu quyudan, həmçinin əlavə qiymətləndirmə məlumatlarının əldə olunması da gözlənilir ki, bu da STQ laylarında gələcək işlənmə imkanlarının dəyərləndirilməsinə kömək edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Özəl sektorda təqribən 50 minə yaxın əmək müqaviləsi artımı olub  

15:29
04 Noyabr

Avrozonada inflyasiyanın illik səviyyəsi 4 faizə çatıb

15:21
04 Noyabr

Nazir: Bakıda yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı yüksək səviyyədə təşkil olunub  

15:09
04 Noyabr

Paşinyan: Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir

14:25
04 Noyabr

Vüqar Gülməmmədov: Qeyri-resurs gəlirlərinin hüquqi əsaslarına yenidən baxılmasının zəruri olduğu qənaətindəyik  

14:24
04 Noyabr

Azərbaycançılıq – milli birliyin, müstəqil dövlətçiliyin və etibarlı gələcəyin ideoloji əsası  

14:23
04 Noyabr

Nazir: Gələn il mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti təsnifatı üzrə xərclər 643 milyon manat olacaq  

14:19
04 Noyabr

Elvin Camalov: Doqquz ayda qeyri-neft-qaz ixracı 20,5 faiz artıb

14:17
04 Noyabr

Fransada 17 oktyabr etirazlarından sonra 329 nəfər həbs edilib  

14:16
04 Noyabr

Qeyri-neft-qaz sənayesində 6,3 faizlik artım qeydə alınıb  

14:16
04 Noyabr

Sahil Babayev: Növbəti ildə sosial müdafiə və sosial təminat xərcləri 4,9 milyard manat proqnozlaşdırılır  

14:15
04 Noyabr

Maliyyə naziri: 2027-ci ildə səhiyyə xərcləri büdcə xərclərinin təqribən 5 faizi olacaq  

14:14
04 Noyabr

Rayonlarda leysan olacaq - PROQNOZ

14:12
04 Noyabr

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-10 dərəcə enəcək  

14:12
04 Noyabr

Nazir: Gələn il ümumi dövlət xidmətlərinə 5,5 milyard manat xərclənməsi proqnozlaşdırılır  

14:01
04 Noyabr

Bakı metrosunda NFC sistemi ilə 74 milyonadək ödəniş edilib

13:37
04 Noyabr

Sahil Babayev: Gələn il dövlət borclarına xidmətlə bağlı xərclər 2,2 milyard manat qiymətləndirilir  

13:34
04 Noyabr

AÇG-dən hasil olunan neftin həcmi açıqlanıb

13:19
04 Noyabr

Sağlamlıq turizmi üzrə beynəlxalq ekspertlər Bakıda bir araya gəlib

13:07
04 Noyabr

Taleh Kazımov: Qlobal iqtisadi aktivlik azalıb, əmtəə qiymətlərindəki yüksəliş inflyasiyanı artırıb  

12:57
04 Noyabr

Sahil Babayev: Naxçıvan MR-in gəlir və xərcləri növbəti ildə 510 milyon manat qiymətləndirilir  

12:49
04 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!