02 Noyabr 2024 12:19
471
DÜNYA
A- A+
ABŞ və Hindistan birgə hərbi təlimlərə başlayır

ABŞ və Hindistan birgə hərbi təlimlərə başlayır

ABŞ və Hindistan hər il keçirilən “Vacra Prahar 2024” adlı birgə hərbi təlimlərə başlayır.

AZƏRTAC xəbər verir ki, Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, sayca 15-ci olan manevrlər noyabrın 2-dən 22-dək Aydaho ştatının şimal-qərbindəki “Orchard” təlim mərkəzində baş tutacaq. Təlimlərdə ABŞ və Hindistan ordularının xüsusi təyinatlı qüvvələri iştirak edəcəklər.

“Manevrlərin məqsədi döyüş əməliyyatları zamanı Hindistan ordusu ilə ABŞ Silahlı Qüvvələri arasında birgə fəaliyyəti, qarşılıqlı əlaqəni və taktiki təcrübə mübadiləsini gücləndirməkdir. Tərəflər təlimlərin gedişində səhralıq ərazidə hava-desant və terror əleyhinə əməliyyatlar planlayacaq və həyata keçirəcək”, - deyə Hindistan Müdafiə Nazirliyinin press-relizində deyilir.

“Vajra Prahar” manevrləri 2010-cu ildən bəri hər il “İki millət, bir missiya: sülh naminə birgə təlim” adı altında keçirilir. 2023-cü il təlimləri Hindistanın şimal-şərqindəki Meghalaya ştatında baş tutub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təyyarə qəzası ilə əlaqədar Milli Məclisin ünvanına çoxsaylı başsağlıqları gəlib  

19:36
26 Dekabr

Azərbaycanın Batumidəki baş konsulluğunda xatirə kitabı açılıb  

19:35
26 Dekabr

Təyyarə qəzası nəticəsində xəsarət almış vətəndaşlar Bakıya gətirilib

19:33
26 Dekabr

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİB  

19:28
26 Dekabr

Azərbaycanın İtaliyadakı səfirliyində matəm günü ilə bağlı xatirə kitabı açılıb

19:21
26 Dekabr

Aktau yaxınlığında baş verən təyyarə qəzasında həlak olan daha 10 nəfərin şəxsiyyəti müəyyənləşib  

19:20
26 Dekabr

Beynəlxalq axtarışa verilmiş daha iki şəxs Azərbaycana gətirilib  

19:06
26 Dekabr

Təyyarə qəzasında həyatını itirənlərin xatirəsi Londonda da yad edilir 

19:05
26 Dekabr

Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovdan

19:02
26 Dekabr

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

18:59
26 Dekabr

Banqladeş Xalq Respublikası Müvəqqəti Hökumətinin Baş müşaviri Məhəmməd Yunusdan

18:55
26 Dekabr

Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycanın İslamabaddakı səfirliyində olub  

18:54
26 Dekabr

Sankt-Peterburqun qubernatoru Azərbaycana məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib  

18:25
26 Dekabr

Aktauda olan Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi Bakıya yola düşüb  

18:22
26 Dekabr

Polşa Respublikasının Prezidenti Andjey Dudadan

18:19
26 Dekabr

Matəm günü ilə əlaqədar Azərbaycanın Fransadakı səfirliyində də xatirə kitabı açılıb

18:16
26 Dekabr

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Moldovada anılır

18:12
26 Dekabr

Sankt-Peterburqda təyyarə qəzası qurbanlarının xatirəsi anılıb

18:11
26 Dekabr

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasdan  

18:11
26 Dekabr

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan

18:10
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyandan  

18:09
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!