21 Noyabr 2025 10:12
309
SİYASƏT
A- A+
ABŞ-ın Hudson İnstitutunda Azərbaycan nümayəndə heyəti ilə dəyirmi masa keçirilib  

ABŞ-ın Hudson İnstitutunda Azərbaycan nümayəndə heyəti ilə dəyirmi masa keçirilib  


ABŞ-ın Hudson İnstitutunda Vaşinqtonda səfərdə olan Azərbaycan parlamentinin, Xarici İşlər Nazirliyinin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və yəhudi icmasının təmsilçilərindən ibarət nümayəndə heyəti ilə dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, İnstitutun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzi tərəfindən təşkil olunmuş dəyirmi masada həmçinin ABŞ beyin mərkəzlərinin təmsilçiləri də iştirak ediblər. Dəyirmi masada çıxış edən mərkəzin direktoru Mayk Doran institut barədə məlumat verib. O, Azərbaycanın yerləşdiyi mürəkkəb coğrafi mövqeyi qeyd edərək, Bakının prioritetlərinin ABŞ-ın maraqlarına uyğun olduğunu deyib. Doran bildirib ki, Azərbaycan həm də Mərkəzi Asiya dövlətləri üçün Avropaya açılan qapıdır. Azərbaycanın bu istiqamətdə rolu barədə daha çox danışılmalıdır.

Nümayəndə heyətinin rəhbəri, Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, artıq regionda yeni reallıqlar formalaşıb və Azərbaycan suverenliyini və ərazi bütövlüyünü bərpa etməklə yeni tarixi səhifə açıb. O, avqustun 8-də Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında Vaşinqtonda keçirilən üçtərəfli görüşün böyük bir tarixi fürsət yaratdığını deyib.

“Üç lider - Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın himayəsi altında inanılmaz, onilliklər boyu arzuladığımız və üzərində çalışdığımız bir imkan yaratdı. İndi isə bu tempi qorumaq üçün əlimizdən gələni etməliyik. Gələcək üçün təkcə Azərbaycanda yaşayanların deyil, bütün bölgənin gələcəyi üçün əlimizdən gələni etməliyik”,- deyə Səməd Seyidov əlavə edib.

Milli Məclisin deputatı Nigar Arpadarai Azərbaycanın prioritet olaraq ikitərəfli münasibətlərdə hazırda hansı çətinliklərin olduğunu müzakirə etmək və bu istiqamətdə irəliləyiş əldə etmək istədiyini deyib. Onun sözlərinə görə, hələ də masada 907-ci düzəliş kimi bir neçə sənəd var və qarşı tərəflə bu məsələnin həlli istiqamətində müzakirələr aparılır.

Daha sonra nümayəndə heyətinin digər üzvləri - Milli Məclisin deputatları Tural Gəncəli, Anatoli Rafailov, Xarici İşlər Nazirliyinin nümayəndəsi Jalə İbrahimova, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Vasif Hüseynov, Azərbaycan Yəhudi İcmasının üzvü ravvin Zamir İsayev Azərbaycanın region ölkələri, o cümlədən Türkiyə ilə müttəfiqlik əlaqələri, Mərkəzi Asiya ilə əlaqələrin inkişafında rolu, TRIPP layihəsi və regionun iqtisadi potensialının gücləndirilməsi üçün atılan addımlar, ABŞ-la münasibətlər istiqamətində danışıb və sualları cavablandırıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş nazir Abdulla Aripov: Qəbələdə əldə olunan razılaşmalar əməkdaşlığın genişləndirilməsinə təkandır  

12:35
02 Aprel

Özbəkistan Türk Dövlətlərinin Sənaye İttifaqının yaradılmasını dəstəkləyir  

12:27
02 Aprel

Cevdet Yılmaz: Türk Dövlətləri İnvestisiya Fondu yaxın gələcəkdə maliyyələşdirmə fəaliyyətinə başlayacaq  

11:58
02 Aprel

Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  

11:58
02 Aprel

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib YENİLƏNƏCƏK  

11:18
02 Aprel

BMT: 200 mindən çox insan Livandan Suriyaya qaçıb

09:40
02 Aprel

ABŞ yenidən Aya yollanır

09:35
02 Aprel

Autizm xəstəlik deyil, fərqlilikdir

09:30
02 Aprel

Miniatür sənətimizin yorulmaz tədqiqatçısı

09:25
02 Aprel

Hələ sağlığında məktəb idi

09:20
02 Aprel

Həyatlarına cəllad qılıncı ilə son qoyulurdu

09:15
02 Aprel

Sınmayan ömrün acı hekayəsi

09:10
02 Aprel

Qusarda Bənövşə gölü su anbarı bərpa olunur

09:05
02 Aprel

Yaz yağışları taxıl əkinlərinin muradını verdi

09:00
02 Aprel

Qədimliklə müasirliyin qol-boyun olduğu Gəncə

08:55
02 Aprel

Ağdamda və Mingəçevirdə Soyqırımı Günü qeyd olunub

08:50
02 Aprel

Zəfərə gedən yolun başlanğıcı 

08:47
02 Aprel

Apreldən Noyabra 54 ay qalırdı

08:45
02 Aprel

Kəlbəcər bizimdir!

08:40
02 Aprel

Humanizm dəyərlərinə bağlılığın nümunəsi

08:35
02 Aprel

Müharibə və mədəniyyət: görünən və görünməyən reallıqların dialektikası

08:30
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!