17 Dekabr 2024 08:55
106
İQTİSADİYYAT
A- A+
Abadlıq yoldan başlayır

Abadlıq yoldan başlayır


Qubanın Davudoba kəndinin camaatı da yol sarıdan rahatlığa çıxdı


Abad yol rahatlıq və inkişafdır. Quba kimi rayonda isə həm də turizmin genişlənməsinin ilkin şərtidir. İstəyir lap cənnət olsun, yolu yoxdursa, ora kimsə üz tutmayacaq. 

Qubanın kəndlərinin demək olar ki, hamısı turizm əhəmiyyətlidir. Belə məkanlardan biri də Hacıhüseynli kənd inzibati ərazi dairəsidir. Dairənin ərazisinə Davudoba, Qımılqışlaq, Əliməmmədoba, Küpçalqışlaq, Hacıqayıb, Çaydüzü, Mirzəqasım, Ərməkiqışlaq, Hacıhüseynli kəndləri və Gənclər qəsəbəsi daxildir. 

- Kəndlərimiz həm dağlıq, həm də aran ərazilərdə yerləşir, - deyə Quba Rayon İcra Hakimiyyəti başçısının Hacıhüseynli kənd inzibati ərazi dairəsinin nümayəndəsi Valeh Əmrullayev bildirir. - Coğrafi baxımdan gözəl təbiətə malik, yazda-yayda yaşıllıqlarla, qışda qarla örtülən kəndlərimiz buralara ayaq basan hər kəsi valeh edir. Kəndlər bir-birinə yaxın məsafədə yerləşdiyindən yerli əhali xeyirdə-şərdə bir yerdə olur. Gənclər qəsəbəsi və bir çox kəndlərimizdə demək olar ki, bütün daxili infrastruktur müasir tələblər səviyyəsində qurulub.

Bu inzibati dairənin kəndlərinin çoxu rayonun turizm sektorunda müəyyən çəkiyə malikdir. Xüsusən yayda Bakıdan bu kəndlərə gələn çoxdur. Odur ki, rayon rəhbərliyi vaxtaşırı ərazidə yerləşən kəndlərdə sakinlərlə görüşür və ortaya çıxan problemləri yoluna qoyur. İnzibati dairəyə daxil olan Davudoba kəndinin sakinləri də onlarla görüşə gələn rəhbər vəzifəli şəxslər qarşısında bəzi məsələləri önə çəkdi. Kənd sakini Almas Daşdəmirov deyir ki, burada az qala hamı bir-birilə qohumdur.

- Yəni problem varsa, yığışıb birlikdə müzakirə edirik. Səyyar görüşdə iştirak edən camaatımız rayon rəhbərliyinə yolumuzla bağlı problem olduğunu bildirdi. Rayon rəhbəri isə məsələni nəzarətə götürəcəyinə söz verdi. 

Tezliklə Hacıhüseynli kəndindən Davudoba kəndinə qədər olan yol təmir edilməyə başlandı. Bir qədər də genişləndirilən yolun hər iki tərəfində daşıyıcı arxlar qazıldı. Çox yerdə yolun kənarında belə arxlar olmadığına görə hərəkət zolaqları tez sıradan çıxırdı. Eləcə də yolun ətrafındakı işıq dirəkləri yeniləndi.

Bu günlər yolun təmirdən sonra açılışı oldu. Tədbirə ətraf kəndlərdən də xeyli sakin axışıb gəlmişdi. Rayon rəhbərlərinin iştirakı ilə yol davudobalıların ixtiyarına verildi.

- Biz kənd yolunun təmirini ən vacib iş sayırıq, - deyə kənd sakini Tamella Məmmədova ürək sözlərini bizimlə bölüşdü: - Ətraf kəndlərin çoxunun yolu yaxşı idi. Biz onlara qonaq gedəndə, düzü, paxıllıq edirdik. Bu gün bizim də rahat yolumuz var. Bu işdə əməyi olan hər kəsə minnətdarıq. 


Akif ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezidentin köməkçisi: Nəqliyyat dəhlizləri Azərbaycanın tranzit imkanlarını artırıb

11:17
17 Dekabr

Asiya ombudsmanları ilə “Biznes və İnsan Hüquqları” mövzusunda beynəlxalq tədbir təşkil edilib

11:16
17 Dekabr

Ötən həftə Liviya sahillərində 499 miqrant xilas edilib  

10:58
17 Dekabr

Görkəmli alim Şirməmməd Hüseynovun 100 illiyi ilə əlaqədar elektron məlumat bazası hazırlanıb

10:57
17 Dekabr

“Qarabağ” Azərbaycan çempionatlarında 900-cü ev qolunu vurub

10:44
17 Dekabr

“Azeri Light” markalı neft ucuzlaşıb

10:26
17 Dekabr

Mərkəzi Seçki Komissiyasının elanı

10:16
17 Dekabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb

09:57
17 Dekabr

Ölkə ərazisində şimal-qərb küləyi arabir güclənib – FAKTİKİ HAVA

09:54
17 Dekabr

Revanşistlər Paşinyanı hədələdilər

09:35
17 Dekabr

"Səssiz qatil"

09:30
17 Dekabr

Bakıda "Terrorçuların kiberməkandan istifadəsi - ümumi yanaşma" mövzusunda təlim kursu keçirilir

09:25
17 Dekabr

Həbslər, edamlar, sürgünlər

09:20
17 Dekabr

Treblinka düşərgəsi

09:15
17 Dekabr

Sədaqətə xəyanət

09:10
17 Dekabr

Əks-inqilabçı adı ilə sürgünə göndərilən bəy oğlu

09:05
17 Dekabr

Böyük bir nəslin unudulmaz müəllimi

09:00
17 Dekabr

Abadlıq yoldan başlayır

08:55
17 Dekabr

Kəndlinin bir alnı, bir də qapısı həmişə açıqdır

08:50
17 Dekabr

Gəncə Dövlət Universitetinin nümayəndə heyəti Türkiyəyə işgüzar səfər edib

08:45
17 Dekabr

Bölgələrimiz daha işıqlı olur

08:40
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!