29 Yanvar 2025 08:05
241
CƏMİYYƏT
A- A+
685 bələdiyyə, 16 min 92 nəfər namizəd

685 bələdiyyə, 16 min 92 nəfər namizəd


Bu gün ölkə vətəndaşları yerli özünüidarəetmədə seçimlərini edirlər


Bələdiyyə seçkiləri kampaniyası yanvarın 29-da özünün ən mühüm mərhələsinə qədəm qoydu. Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.  Bu respublikamızda indiyədək keçirilən sayca 6-cı bələdiyyə seçkiləridir.

Qeyd edək ki, bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlər Mərkəzi Seçki Komissiyasının 2024-cü il noyabrın 27-də təsdiqlədiyi  təqvim planına əsasən vaxtında icra olunub, bütün səsvermə məntəqələri lazımi avadanlıqlarla təchiz olunaraq tam hazır vəziyyətə gətirilib. 

118 seçki dairəsini əhatə edən bələdiyyə seçkiləri ölkə üzrə  685 bələdiyyəyə keçirilir və 8071 bələdiyyə üzvü seçiləcək. Seçkidə mübarizə aparan namizədlərin sayı isə 16 min 92 nəfərdir. Onlardan 8424 nəfəri partiya üzvüdür.  Namizədlərin 31 faizi qadınlardır.

Seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün Mərkəzi Seçki Komissiyasında və dairə seçki komissiyalarında ümumilikdə 70  mindən çox yerli müşahidəçi akkreditasiyadan keçib.

Bələdiyyə seçkilərində ölkə üzrə qeydə alınan seçicilərin 29 min 172 nəfəri ilk dəfə səs verən vətəndaşlardır. Onların 153 nəfərinin yanvarın 29-da 18 yaşları tamam olur və seçici hüquqları yaranır.

Azərbaycanda hazırda bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.

Azərbaycanda keçirilən seçkilərdə bütün digər vasitələrlə bərabər, informasiya-kommunikasiya texnologiyalarının ən son innovativ nailiyyətlərindən də daim geniş və səmərəli istifadə edilib. 2008-ci ildən etibarən ölkəmizdəki seçkilərdə uğurla tətbiq olunan veb-kamera layihəsi səsvermə günü şəffaflığın daha böyük miqyasda təmin edilməsinə mühüm töhfə verməklə, seçkilərin izlənməsinə qatılan çoxsaylı aşkarlıq institutları, müşahidəçilər, media nümayəndələri, habelə peşəkar seçki mütəxəssisləri tərəfindən təqdirlə vurğulanıb və yüksək qiymətləndirilib. Bələdiyyə seçkilərində də veb-kameralar vasitəsilə 1000 seçki məntəqəsində proseslərin internetdən əvvəldən-axıradək, birbaşa və arasıkəsilmədən izlənilməsi mümkündür.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nazir Ceyhun Bayramovun litvalı həmkarı ilə görüşüb

19:29
15 Fevral

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri barədə fikir mübadiləsi aparılıb

19:26
15 Fevral

Bakıda "Böyük Dəbilqə" turnirinin açılış mərasimi keçirilib

17:40
15 Fevral

İtaliyanın Baş naziri ilə Ukrayna Prezidenti arasında telefon danışığı olub

15:52
15 Fevral

Azərbaycan və Qvineya arasında bir sıra sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub

15:51
15 Fevral

“Humanitar terrorçu”  

15:45
15 Fevral

Serbiya Respublikasının Prezidenti Zati-aliləri cənab Aleksandar Vuçiçə

14:19
15 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

14:17
15 Fevral

Vens: ABŞ Ukraynada davamlı sülhə nail olmaq istəyir

14:16
15 Fevral

Dərin su tədqiqat mərkəzi inşa ediləcək

13:49
15 Fevral

Yıxılma riskini proqnozlaşdırmaq üçün test

13:31
15 Fevral

İş və istirahət günlərinin yerləri dəyişdirilib - QƏRAR

12:36
15 Fevral

Sabah hava yağmursuz keçəcək - Proqnoz

12:35
15 Fevral

Rusiyanın Altay regionunda 6,4 maqnitudalı zəlzələ olub

12:33
15 Fevral

Müdafiə Nazirliyi: Gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə vətəndaşlardan andiçmə mərasimlərinə gəlməməyi xahiş edirik  

12:21
15 Fevral

Azərbaycan-Çin münasibətləri möhkəm siyasi təmələ əsaslanır  

12:07
15 Fevral

Elon Mask yeni layihə anons edib

12:02
15 Fevral

DİN: Ötən gün 78 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

11:53
15 Fevral

Azərbaycan nefti ucuzlaşıb

11:38
15 Fevral

SOCAR-la Asiya İnkişaf Bankı arasında mövcud və potensial əməkdaşlıq imkanları müzakirə olunub  

10:58
15 Fevral

Lerikdə qarın hündürlüyü 24 sm-ə çatıb – FAKTİKİ HAVA

10:38
15 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
2425262728  

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!