26 Iyul 2024 16:31
238
DÜNYA
A- A+

4D formatlı videoları tərtib edən süni zəka modeli təqdim edilib

 

Videoların tərtibatı üçün nəzərdə tutulmuş çoxlu sayda “Luma AI”, “Sora” və “Haiper”i kimi süni zəka sistemləri mövcuddur. İndi isə mətn formatında təsvirlər əsasında fotoların tərtibatını reallaşdıran süni zəka sistemləri ilə tanınan “Stability AI” şirkəti də süni zəka vasitəsilə video tərtibatı mövzusunda fərqli məhsul təqdim edib. Söhbət “Stable Video 4D” adlı süni zəka modelindən gedir.

Adından da bəlli olduğu kimi, yeni süni zəka modeli 4D formatlı videoların tərtibatı üçün nəzərdə tutulub. O, şirkətin artıq mövcud olan “Stable Video Diffusion” adlı digər süni zəka modelinə əsasında hazırlanıb.  “Stable Video Diffusion” fotoları videolara çevirir, “Stable Video 4D” isə əldə edilən videolardan 8 müxtəlif perspektivə sahib videolar yaradaraq bu konsepti inkişaf etdirir.

3D dedikdə, adətən dərinliyə sahib foto və ya video anlaşılır. Lakin 4D bir çoxlarının düşündüyü kimi, əlavə fəza əlavə etmir. Əslində 4D özündə eni, hündürlüyü, dərinliyi və zamanı birləşdirir. Bu o deməkdir ki, “Stable Video 4D” hərəkətdə olan 3D obyektləri müxtəlif baxış nöqtələrindən və müxtəlif zaman anlarında baxmağa imkan verir.

Hazırda “Stable Video 4D” sadə fona və bir obyektə sahib bir neçə saniyəlik videonu emal edə bilir. Süni zəka modelinin daha qəliz videoları emal etməsi üçün “Stability AI” şirkətinin tərtibatçıları onun təkmilləşdirilməsi üzərində işləyirlər.

 

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video