25 Oktyabr 2023 09:00
2480
SİYASƏT
A- A+
31 milyardlıq möhtəşəm quruculuq

31 milyardlıq möhtəşəm quruculuq

 

Qarabağ və Şərqi Zəngəzurun bərpası inkişafın prioriteti və milli ideyadır

 

Torpaqlarımızın işğaldan azad edilməsi müasir tariximizdə yeni dövrün başlanğıcı olmaqla bərabər, respublikamızdakı inkişaf və quruculuq proseslərini də yeni mərhələyə yüksəltdi. Bu mərhələdə prioritet istiqamətlərdən biri Qarabağ və Şərqi Zəngəzurun bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına dönüşünün təmin edilməsidir.

 

8 şəhər, 92 kənd

 

Prezident İlham Əliyevin həm də milli  ideya olaraq qarşıya qoyduğu bu vəzifə hazırda sürətlə, yüksək dinamizmlə və keyfiyyətlə yerinə yetirilməkdədir. Təsadüfi deyildir ki, cəmi 3 ilə yaxın müddət ərzində azad edilmiş ərazilərdə xeyli dəyişikliklər baş verib. Demək olar ki, azad edilmiş bütün şəhərlərdə nəhəng tikinti-quruculuq işləri gedir.  Prezident İlham Əliyevin bir neçə gün əvvəl Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirdiyi kimi, 8 şəhər, 92 kənd və qəsəbənin bərpası Birinci qayıdış planına salınıb. Onların da böyük əksəriyyəti 2026-cı ilin sonuna qədər başa çatacaq. 
Hazırda azad edilmiş şəhərlərin hər birində quruculuq və bərpa işləri davam edir. Kəndlərin isə 30-dan çoxunun təməli qoyulub, bəzilərində isə yaşayış var.  İndiyə kimi Böyük qayıdış proqramı çərçivəsində Laçın, Füzuli şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə keçmiş məcburi köçkünlərin qayıtması təmin olunub. İndiyədək 133 ailə (649 nəfər) Zəngilan rayonunun Ağalı kəndinə, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndinə, 295 ailə (1135 nəfər) Laçın şəhərinə, 258 ailə (928 nəfər) Füzuli şəhərinə, 21 ailə (94 nəfər) Laçın rayonunun Zabux kəndinə geri dönüb. Ümumilikdə, bu günədək 2 min 896 keçmiş məcburi köçkünün yurd həsrətinə son qoyulub. Bu ilin sonunadək onların sayı 5500-ə çatdırılacaq. 2026-cı ilin sonuna qədər 140 min nəfər keçmiş məcburi köçkünün doğma yurd-yuvalarına dönməsi planlaşdırılır.
Eyni zamanda Qarabağ və Şərqi Zəngəzurun infrastrukturu sürətlə bərpa olunur.  Həm yollar yenidən qurulur, həm də azad edilmiş ərazilərin etibarlı enerji və su təchizatı yaradılır. O cümlədən Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialı hərəkətə gətirilir. İndiyədək bütün istiqamətləri əhatə etməklə çoxsaylı infrastruktur layihələrinin icrası başa çatdırılıb. Bu layihələr Qarabağ və Şərqi Zəngəzurun dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına xidmət etməklə, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün əlverişli şərait yaradır.

 

Dövlət lazım olan qədər vəsait ayıracaq

 

Bu gün Qarabağ və Şərqi Zəngəzurdə aparılan bərpa işləri Prezident İlham Əliyevin qətiyyətinin, iradəsinin, quruculuq əzminin göstəricisidir. Azad edilmiş ərazilərin bərpası həm də dövlətimizin iqtisadi gücünün göstəricisidir. Bu baxımdan qürur hissi ilə qeyd etməliyik ki, Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərinin bərpasını heç bir xarici donorun iştirakı olmadan, məhz özünün daxili imkanları hesabına həyata keçirir. Prezident İlham Əliyev bu barədə deyib: "Biz heç bir maliyyə dəstəyi, heç bir maliyyə yardımı almırıq. Burada istisna iki qardaş ölkədir - Özbəkistan və Qazaxıstan prezidentləri çox səxavətli şəkildə bizə biri məktəb, biri isə incəsənət mərkəzini hədiyyə edib. Özbəkistan Füzulidə məktəb tikdi, digəri isə yekunlaşmaq üzrədir. Yəni bu, Azərbaycan üçün çox böyük maliyyə yüküdür. Ancaq Böyük qayıdış proqramının icrası bizim üçün bir nömrəli vəzifədir".
Xatırladaq ki, 2020-2022-ci illərin dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərimizin bəpası məqsədilə təqribən 6,6 milyard manat məbləğində vəsait ayrılmışdır. 2023-cü ilin dövlət büdcəsində Böyük qayıdış proqramının icrası üçün 5,3 milyard manat, 2024-2026-cı illərdə ümumilikdə 10,6 milyard manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulur. Beləliklə, proqnozlaşdırılan vəsait də nəzərə alındıqda Proqramın icrası üçün 2020-2026-cı illər üzrə ümumilikdə ayrılacaq vəsaitin həcmi 22,4 milyard manata çatdırılacaq. 
Bununla bağlı Maliyyə Nazirliyinin açıqladığı 2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsində qeyd edilir ki, icraçı qurumlar tərəfindən təqdim edilmiş məlumatlara əsasən, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası üçün 2022-2026-cı illərdə ümumilikdə təqribən 30,5 milyard manat məbləğində vəsait tələb olunur. Təbii ki, bu vəsaitin ayrılması dövlətimiz tərəfindən tam təmin ediləcək. Çünki qeyd etdiyimiz kimi, Qarabağ və Şərqi Zəngəzurun bərpası milli prioritetdir.  Ona görə həm azad edilmiş ərazilərimiz ən yüksək səviyyədə bərpa ediləcək, həm də geri dönəcək köçkünlərin layiqli həyat şəraiti təmin olunacaq.
Bütövlükdə, düşmən tapdağından azad edilmiş əzəli torpaqlarımıza Böyük qayıdış məqsədlərinin tam şəkildə reallaşdırılması qarşıdakı dövrdə Azərbaycanın dövlət büdcəsinin xərc prioritetlərindən birini təşkil edəcək. Dövlətimiz azad edilmiş ərazilərin bərpası üçün lazım olan qədər vəsait ayıracaq, Qarabağ və Şərqi Zəngəzur nəinki respublikamızda, regionda və dünyada həm də ən möhtəşəm quruculuğun ünvanları kimi tanınacaq.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

“Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

01:22
18 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda dəyişiklik edilməsi haqqında

01:20
18 Dekabr

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!