16 Oktyabr 2026 12:08
233
İQTİSADİYYAT
A- A+
2027-2030-cu illərdə azad edilmiş ərazilərdə yenidənqurma və bərpa xərclərinin 13,2 milyard manat olacağı gözlənilir  

2027-2030-cu illərdə azad edilmiş ərazilərdə yenidənqurma və bərpa xərclərinin 13,2 milyard manat olacağı gözlənilir  


İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı xərclərin (Böyük Qayıdış II planının layihəsi) 2027-2030-cu illərdə 13,2 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bunun da əsaslı xərclərdə xüsusi çəkisi 24,1 faizdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi tərəfindən hazırlanan 2027-2030-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsində (OMXÇ) deyilir.

Bildirilir ki, dövlət borcuna xidmətlə bağlı xərclər 2027-ci il üzrə 2 milyard 200 milyon manat məbləğində proqnozlaşdırılır. 2027-ci il üzrə dövlət büdcəsində dövlət borclarına xidmətlə bağlı xərclərin 1 milyard 427,5 milyon manatını xarici dövlət borcu üzrə xərclər, o cümlədən 1 milyard 63,5 milyon manatını əsas borc ödənişləri, 364 milyon manatını faiz xərcləri təşkil edir. 2027-ci ilin dövlət büdcəsində daxili dövlət borcuna xidmət üçün 137,2 milyon manat əsas, 635,3 milyon manat məbləğində isə faiz xərcləri proqnozlaşdırılır. Dövlət borcu üzrə proqnozlaşdırılan faiz xərclərinin cəmi 2027-ci il üçün 999,3 milyon manat məbləğində nəzərdə tutulub.

Funksional təsnifat üzrə 2027-ci ildə ümumi dövlət xidmətləri üzrə xərclərə 5 milyard 521,8 milyon manat (xüsusi çəkisi 13 faiz), müdafiə və milli təhlükəsizlik üzrə xərclərə 8 milyard 816,4 milyon manat (xüsusi çəkisi 20,8 faiz), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclərə 3 milyard 438,6 milyon manat (xüsusi çəkisi 8,1 faiz), təhsil xərclərinə 5 milyard 99 milyon manat (xüsusi çəkisi 12 faiz), səhiyyə xərclərinə 2 milyard 84,1 milyon manat (xüsusi çəkisi 4,9 faiz), sosial müdafiə və sosial təminat üzrə xərclərə 4 milyard 914 milyon manat (xüsusi çəkisi 11,6 faiz), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 643 milyon manat (xüsusi çəkisi 1,5 faiz), mənzil və kommunal təsərrüfatı üzrə xərclərə 335,2 milyon manat (xüsusi çəkisi 0,8 faiz), kənd təsərrüfatı üzrə xərclərə 1 milyard 379,5 milyon manat (xüsusi çəkisi 3,3 faiz), ətraf mühitin mühafizəsi üzrə xərclərə 438,6 milyon manat (xüsusi çəkisi 1 faiz), iqtisadi fəaliyyət xərclərinə 8 milyard 907,3 milyon manat (xüsusi çəkisi 21 faiz), əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclərə isə 822,5 milyon manat (xüsusi çəkisi 2 faiz) və sait yönəldilməsi proqnozlaşdırılır.

Bununla yanaşı, 2027-ci illə müqayisədə ortamüddətli dövrün sonuna funksional təsnifatın ümumi dövlət xidmətləri (0,6 faiz bənd), səhiyyə (0,5 faiz bənd), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq (0,3 faiz bənd), sosial müdafiə və sosial təminat (0,1 faiz bənd) və kənd təsərrüfatı (0,1 faiz bənd) bölmələri üzrə xərclərin dövlət büdcəsindəki payının artacağı gözlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabah hava əsasən yağmursuz keçəcək

13:11
16 Oktyabr

Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib  

12:58
16 Oktyabr

Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib  

12:56
16 Oktyabr

Azərbaycan əhalisinin sayı açıqlanıb

12:46
16 Oktyabr

2027-ci ildə qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbətinin 0,3-1,2 faiz bəndi intervalında dəyişməsi gözlənilir  

12:31
16 Oktyabr

Tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşir  

12:27
16 Oktyabr

Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi baza yaradılır  

12:23
16 Oktyabr

Neft məhsullarının istehsal dəyəri 4,6 milyard manatı ötüb  

12:17
16 Oktyabr

Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir  

12:13
16 Oktyabr

2027-2030-cu illərdə azad edilmiş ərazilərdə yenidənqurma və bərpa xərclərinin 13,2 milyard manat olacağı gözlənilir  

12:08
16 Oktyabr

Parlament təsdiqlədi: Qubanın iki bələdiyyəsinin adları dəyişdirilir  

12:01
16 Oktyabr

Xüsusi xidmət orqanları əməkdaşlarının pul və maddi təminatı ilə bağlı normalar təkmilləşdirilir – qanun layihəsi təsdiqlənib

11:59
16 Oktyabr

Bu il Azərbaycanın nəql etdiyi qazın 57 faizə yaxını Bakı-Tbilisi-Ərzurumun payına düşüb  

11:55
16 Oktyabr

Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib  

11:53
16 Oktyabr

Milli Məclis dövlət qulluqçuları və hərbçilərin pensiya təyinatı ilə bağlı qanun layihəsini qəbul edib

11:47
16 Oktyabr

Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

11:43
16 Oktyabr

Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib  

11:43
16 Oktyabr

Sahibə Qafarova: Dövlətimizin başçısı İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçildiyi gün ölkəmizin tarixində xüsusi yer tutur  

11:39
16 Oktyabr

Ötən gün aşkarlanan qanunsuz silah-sursatın sayı açıqlanıb  

11:39
16 Oktyabr

Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb

11:38
16 Oktyabr

Cəlilabadda heyvanların identifikasiyası və elektron uçotu ilə bağlı müşavirə keçirilib  

11:30
16 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!