20 Dekabr 2024 08:20
131
SİYASƏT
A- A+
2025-ci ilin dövlət büdcəsi dayanıqlı maliyyə təminatı yaradacaq

2025-ci ilin dövlət büdcəsi dayanıqlı maliyyə təminatı yaradacaq


"Milli Məclisin 16 dekabr tarixdə keçirilən plenar iclasında 2025-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri üçüncü oxunuşda müzakirə edilərək qəbul olundu. Ölkəmizin 2025-ci il və sonrakı üç ili əhatə edən ortamüddətli dövr üzrə büdcə siyasətinin istiqamət və hədəfləri qarşıda duran bir sıra çağırışlar nəzərə alınmaqla tərtib edilib". 

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Zaur Şükürov deyib. Deputat bildirib ki, bir sıra dövlət qurumlarında struktur dəyişikliklərinin baş verməsi, dövlət və icmal büdcələrindən maliyyələşən subyektlərin fəaliyyəti ilə bağlı Prezident İlham Əliyev tərəfindən hökumətə müvafiq icra tapşırıqlarının verilməsi, həmçinin müzakirələr zamanı deputatların bir sıra təkliflər irəli sürməsi səbəbindən 2025-ci ilin dövlət büdcəsinin ilkin layihəsinə müəyyən dəyişikliklərin edilməsi zərurəti yaranmışdı. Əlavə gəlir potensialının səfərbər edilməsi məqsədilə bir sıra publik hüquqi şəxslərin xərclərinin dövlət büdcəsi hesabına deyil, öz gəlirləri hesabına təmin edilməsi nəticəsində təqribən 159 milyon manat vəsaitin bu təyinat üzrə sərbəstləşdirilməsi və bu vəsaitin tam həcmdə ölkəmizin müdafiə və milli təhlükəsizliyinin daha da gücləndirilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulub. "Bununla müdafiə və milli təhlükəsizlik xərclərinin dövlət büdcəsindəki ümumi məbləği 8 milyard 555 milyon manata çatdırılıb. Eyni zamanda büdcə təşkilatlarında malların və xidmətlərin alınması üzrə xərclərin optimallaşdırılması yolu ilə əlavə 36 milyon manat vəsait sərbəstləşdirilərək, ölkə rəhbərinin tapşırığı ilə siyasi partiyalara maliyyə yardımının ayrılması üçün ilkin proqnozlaşdırılan vəsaitin 1,0 milyon manat artırılması, 2025-ci ildə Yaponiyanın Osaka şəhərində keçiriləcək Ümumdünya Sərgisi - Expo-2025-də ölkəmizin təmsil olunması xərcləri də daxil olmaqla dövlət büdcəsində beynəlxalq fəaliyyət üzrə xərclərin 24 milyon manat artırılması, ölkəmizin ixrac və investisiya potensialının təbliği ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün 10,0 milyon manat ayrılması planlaşdırılır", - deyə o əlavə edib. 

Z.Şükürov qeyd edib ki, ilkin variantla müqayisədə dövlət büdcəsinin gəlir və xərcləri büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların və ona müvafiq olaraq büdcədənkənar xərclərin artırılması hesabına 40 milyon manat çoxalıb. Nəticədə 2025-ci ildə büdcə gəlirlərinin 38 milyard 356 milyon manat, xərclərinin 41 milyard 407,6 milyon manat, büdcə kəsirinin isə  3 milyard 51,6 milyon manat olacağı gözlənilir. 2025-ci ildə büdcə xərclərinin təxminən 41 faizinin sosialyönümlü sahələrə yönəldilməsi nəzərdə tutulur ki, bu da hökumətin növbəti ildə də əhalinin sosial rifahını diqqətdə saxladığını deməyə əsas verir. 

Deputat bildirib ki, növbəti il və ortamüddətli dövr üçün büdcə siyasətində Qarabağ və Şərqi Zəngəzurun bərpası, yenidən qurulması, ölkə iqtisadiyyatına reinteqrasiyası və Böyük qayıdışın təmin edilməsi əsas məqsədlərdən biri olaraq müəyyən edilib: "Hazırda işğaldan azad olunmuş ərazilərimizin bərpası Azərbaycan dövlətinin vəsaiti hesabına həyata keçirilməkdədir. Bu ərazilərə Böyük qayıdışın təmin edilməsi, şəhər və kəndlərin yenidən qurulması və bərpası, həmin ərazilərdə müasir infrastrukturların yaradılması məqsədilə növbəti ilin dövlət büdcəsindən 4 milyard manat vəsait ayrılması planlaşdırılır. Prezident İlham Əliyev yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin 23 sentyabr tarixdə keçirilən ilk iclasında, 26 sentyabr tarixdə iqtisadi məsələlərə həsr olunmuş müşavirədə, həmçinin digər çıxışları zamanı səsləndirdiyi mükəmməl rəhbər prinsiplər ölkəmizin sosial-iqtisadi və xarici siyasətinin daha çevik şəkildə formalaşdırılması, iqtisadiyyatımızın bundan sonra daha da şaxələndirilməsi və dayanıqlı inkişaf modelinin təkmilləşdirilməsi xüsusunda vacib əhəmiyyət kəsb edir".

Zaur Şükürov vurğulayıb ki, bu baxımdan Prezident İlham Əliyevin müəyyənləşdirdiyi əsas prioritetlərin - hərbi potensialımızın gücləndirilməsi, milli təhlükəsizliyimizin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı, sosial məsələlərin, Qarabağın və Şərqi Zəngəzurun bərpasının diqqətdə saxlanılması xüsusilə önəmlidir. Əminliklə demək olar ki, müdafiə qabiliyyətimizin gücləndirilməsinin, Qarabağ və Şərqi Zəngəzurun bərpasının, əhalinin sosial rifahının yüksəldilməsinin prioritet təşkil edəcəyi 2025-ci ilin dövlət büdcəsi ölkə rəhbəri tərəfindən qarşıya qoyulmuş vəzifələrin gerçəkləşdirilməsi üçün etibarlı və dayanıqlı maliyyə təminatı yaradacaq. 


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda Ombudsman Aparatı və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən birgə seminar təşkil olunub

15:35
20 Dekabr

İlk şəffaf ekranlı naqilsiz televizor satışa çıxıb

15:01
20 Dekabr

Məntiqli süni intellekt təqdim edilib

14:55
20 Dekabr

2025-ci ildə Çin tranzit daşımaları üçün Azərbaycana daha əlverişli şərait yaradacaq

14:34
20 Dekabr

Braziliya məktəblərində mobil telefondan istifadə qadağan edilib

14:15
20 Dekabr

“Kitabxana işi haqqında” və “Muzeylər haqqında” qanunlarda mühüm yeniliklər tətbiq edilir  

14:13
20 Dekabr

Baş Prokurorluğa yeni səlahiyyət verilir

14:12
20 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq - Proqnoz

13:41
20 Dekabr

Gürcüstanda etiraz aksiyaları zamanı 171 polis əməkdaşı xəsarət alıb

13:40
20 Dekabr

Yunanıstan Türkiyəyə 1000-dən çox qədim sikkə qaytarıb

13:37
20 Dekabr

İlin əvvəlindən Darien Gap bölgəsində 55 nəfər həlak olub

13:24
20 Dekabr

Aİ Suriyadakı siyasi dəyişikliklərə yanaşmasını formalaşdırıb

13:24
20 Dekabr

Ankara ABŞ-nin “Qazprombank”a qarşı sanksiyalarından zərər çəkməyəcək

13:23
20 Dekabr

WSJ: Cozef Baydenin müşavirləri dörd il ərzində ona “nəzarət ediblər”

13:09
20 Dekabr

Səfir: Çin və Azərbaycan arasında ikitərəfli ticarətin həcmi 3,1 milyard ABŞ dollarına çatıb

12:47
20 Dekabr

Müdafiə naziri Türkiyə nümayəndə heyəti ilə görüşüb

12:25
20 Dekabr

İşğaldan azad olunmuş ərazilərə avtobus reyslərinə yanvar ayı üçün biletlər satışa çıxarılacaq  

11:58
20 Dekabr

Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçiriləcək - EKSKLÜZİV

11:56
20 Dekabr

Bu ilin 11 ayında 174 min pensiya, müavinət və təqaüd proaktiv qaydada təyin olunub

11:52
20 Dekabr

Şəkidə “Yaşıl dünya naminə həmrəylik” düşərgəsi 

11:45
20 Dekabr

“Sülh quruculuğu təşəbbüsünə dair Beynəlxalq Gənclər Forumu”

11:42
20 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!