10 İyun 2025 17:36
551
CƏMİYYƏT
A- A+
2025-2027-ci illərdə Sığorta Sektorunun İnkişaf Strategiyası təsdiq edilib  

2025-2027-ci illərdə Sığorta Sektorunun İnkişaf Strategiyası təsdiq edilib  


“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının (İSB) 2025-2027-ci illərdə Sığorta Sektorunun İnkişaf Strategiyası təsdiq edilib.

İSB-dan AZƏRTAC-a bildirilib ki, strategiya Azərbaycanda icbari sığorta sektorunun dayanıqlı, innovativ və şəffaf inkişafını təmin etmək məqsədilə hazırlanıb.

Sənəddə İSB-nin 2025-2027-ci illər üzrə əsas hədəfləri və həyata keçiriləcək tədbirlər əksini tapıb. İSB-nin missiyası icbari sığorta sektorunun inkişafı üçün sürətli biznes həlləri təmin etmək, bu sahədə hüquqi-normativ bazanın tənzimlənməsinə töhfə vermək, etibarlı, işlək icbari sığorta mühiti yaratmaq və inkişaf etdirmək, icbari sığorta xidmətlərini əlçatan etmək, dayanıqlı və etibarlı qarantiya fondu yaratmaq, bu sahədə ən qabaqcıl təcrübə və yenilikləri tətbiq etməkdir.

Hazırda İSB İnformasiya Mərkəzi, Qarantiya Fondu, Sığorta Beyin Mərkəzi, Yaşıl Kart Bürosu və Təbliğat-Təşviqat sahələri üzrə fəaliyyət göstərməklə icbari sığorta sektorunun dayanıqlı inkişafında və effektiv tənzimlənməsində mühüm rol oynayır. İSB-nin qarantiya fondu kimi maliyyə dayanıqlığının və funksional səmərəliliyinin gücləndirilməsi icbari sığorta sisteminin uzunmüddətli etibarlılığının təmin olunması baxımından əsas strateji hədəflərdən biri kimi müəyyən edilib. Vahid Məlumat Mərkəzinin yaradılması, data və süni intellekt texnologiyalarının strateji qərarvermə prosesinə inteqrasiyası, sığorta sektorunda innovasiya fəaliyyətinin stimullaşdırılması, eləcə də dayanıqlı və təhlükəsiz İT infrastrukturunun formalaşdırılması istiqamətində həyata keçiriləcək işlər prioritet fəaliyyət istiqamətləri kimi nəzərdə tutulur.

Azərbaycan Yaşıl Kart Bürosunun fəaliyyətinin təkmilləşdirilməsi, Təkmil Metodoloji Mərkəzin yaradılması, effektiv kompensasiya ödənişləri və subroqasiya mexanizminin formalaşdırılması, eləcə də institusional inkişafla bağlı məsələlər də strategiyada öz əksini tapıb. Bununla yanaşı, korporativ idarəetmə modelinin formalaşdırılması, ictimaiyyətlə əlaqələrin inkişaf etdirilməsi istiqamətində əsas fəaliyyət istiqamətləri müəyyən olunub.

Strategiyada müasir idarəetmə prinsiplərinə uyğun olaraq risklərin effektiv şəkildə idarə olunmasını təmin edən sistemin yaradılması, həmçinin rəqəmsallaşma prosesinin sürətləndirilməsi məqsədilə kağız daşıyıcılardan istifadənin minimuma endirilməsi də əsas hədəflər sırasına daxil edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!