13 Avqust 2024 02:28
823
MSK
A- A+

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 avqust 2024-cü il tarixli 28 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

 

QƏRAR № 30/144

 

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 10 saylı Binəqədi üçünçü seçki dairəsi üzrə namizədliyi Azərbaycan Ümid Partiyası tərəfindən irəli sürülmüş Kərimli Nigar Bəybala qızı 10 avqust 2024-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) yazılı müraciət etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilərkən müraciətin Seçki Məcəlləsinin və müvafiq Təlimatın müəyyən etdiyi tələblərin pozulması ilə daxil olduğu müəyyən edilmiş, müraciətin onu göndərən şəxsə geri qaytarılmasına dair rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Müraciət daxil olduqdan sonra ərizəçi ilə əlaqə saxlanılmış, müraciətin Seçki Məcəlləsinin tələblərinin pozulması ilə daxil olması barədə ona məlumat verilmiş, iclasda iştirak etmək hüququnun olması izah edilmiş və Komissiyanın iclasında iştirakı təmin edilmişdir.

Namizəd müraciətin partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən tərtib edildiyini, məzmunundan məlumatsız olduğunu bildirmişdir.

Namizədin müraciətində göstərilmişdir ki, "1 sentyabr 2024-cü il növbədənkənar parlament seçkilərində Ümid Partiyası tərəfindən 10 saylı Binəqədi üçünçü seçki dairəsindən namizədliyi irəli sürülmüş Kərimli Nigar Bəybala qızının sənədlərinə baxış zamanı 121 saylı Laçın dairə seçki komissiyasının üzvləri Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 19.4, 19.14, 31.1.1, 34.3, 34.4, 58, 59, 60-cı, 147 və 148.1-ci maddələrini əsas gətirərək onun namizədliyinin qeydə alınmaması ilə bağlı qərar qəbul etmişdir".

Nəzərdən keçirilən zaman müraciətin seçki qanunvericiliyinin tələblərinin pozulması ilə daxil olması və  namizədin tələbinin aydın olmaması müəyyən edilmişdir.

Seçki Məcəlləsinin 112.5-ci maddəsində seçki hüquqlarının pozulması ilə bağlı təqdim edilən şikayətlərə dair tələblər müəyyən edilmişdir.

Bu tələblər sırasında şikayət üçün əsas kimi Seçki Məcəlləsinin, digər qanunvericilik aktlarının pozulmasının güman edilməsi, güman edilən pozuntunun dəlilləri və ya pozuntunun nədən ibarət olduğunun izahı, şikayətçinin tələbi və sairə öz əksini tapmışdır.

"Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 2.5-ci bəndində göstərilir ki, əgər şikayətdə qeyd edilən şərtlərdən hər hansı biri yoxdursa və bu səbəbdən tələb aydın deyilsə, şikayət onu göndərən şəxsə geri qaytarılır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın  2-ci hissəsinə əsasən qərara alır:

1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə namizədliyi Azərbaycan Ümid Partiyası tərəfindən irəli sürülmüş Kərimli Nigar Bəybala qızının 10 avqust 2024-cü il tarixli 28 saylı müraciəti Seçki Məcəlləsinin və müvafiq Təlimatın müəyyən etdiyi qaydaların pozulması ilə daxil olduğundan onu göndərən şəxsə geri qaytarılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr      Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov

 

12.08.2024

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video