Qərar № 37/185
2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 72 saylı Cəlilabad kənd seçki dairəsi üzrə qeydə alınmış namizəd Rahim Adış oğlu Axundov 2024-cü il sentyabrın 5-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək, səsvermə günü həmin seçki dairəsinin seçki məntəqələrində qanun pozuntularının baş verdiyini iddia etmiş, bu pozuntuların araşdırılmasını və səsvermənin nəticələrinin etibarsız hesab olunmasını xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, bu barədə müvafiq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Daxil olmuş müraciət nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, şikayət seçki qanunvericiliyində nəzərdə tutulmuş müddət ötürülməklə verilmiş və bu səbəbdən də ekspert qrupunun üzvü müraciətin geri qaytarılması barədə rəy vermişdir.
Seçki Məcəlləsinin 112.1-ci maddəsinə görə, seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilər.
Seçki Məcəlləsinin 112-1.14.1-ci maddəsinə əsasən, şikayət qanunla müəyyən olunmuş qaydada və müddətdə, yəni qərardan, hərəkətin (hərəkətsizliyin) baş verməsindən və ya maraqlı tərəfin xəbərdar olmasından sonra 3 gün ərzində daxil olmalıdır.
Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə əsasən qərara alır:
1. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 72 saylı Cəlilabad kənd seçki dairəsi üzrə qeydə alınmış namizəd Rahim Adış oğlu Axundovun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 sentyabr 2024-cü il tarixli 58 saylı müraciəti qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürülməklə verildiyindən şikayət etmiş şəxsə geri göndərilsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
05.09.2024
Xartum yaxınlığına endirilən aviazərbə nəticəsində 10 nəfər ölüb
Yanvarın 7-nə gözlənilən hava proqnozu açıqlanıb
Ötən il DSMF-yə 32 minə yaxın müraciət daxil olub
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Media: HƏMAS razılaşmanın ilk mərhələsində 34 girovu azad etməyə razıdır
Ötən ilin dekabrında dövlət sərhədini pоzduqlarına görə 32 nəfər saxlanılıb
AYNA: İstirahət günlərində 50 mindən çox sərnişin şəhərlərarası marşrutlardan istifadə edib
Hindistanda metapnevmovirus infeksiyasına yoluxma halı qeydə alınıb
Ali Məhkəmə mülki işlərdə kassasiya şikayəti verərkən diqqət edilməli müəyyən məqamları açıqlayıb
Azərbaycanın Olimpiya mükafatçısının dünya reytinqində mövqeyi dəyişməyib
Qırğızıstanda metapnevmovirus infeksiyasına yoluxma halı aşkarlanıb
Azadlıq sənətin, şeirin ruhudur!...
Mədəniyyət naziri Beynəlxalq Türk Akademiyasının prezidenti ilə əməkdaşlıq planlarını müzakirə edib
Bu gündən Azərbaycanda bələdiyyə seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat başlayır
Ötən il Qarabağ və Şərqi Zəngəzurda 550 milyon kilovat-saatadək yaşıl enerji istehsal edilib
Prezident İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan təyyarə bələdçiləri ilə görüşüb YENİLƏNƏCƏK
Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar “Azneft” İB-nin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib
Magistraturaya sınaq imtahanına qeydiyyat bu gün başa çatır
Dünya birjalarında neft ucuzlaşıb
BDYPİ qeyri-sabit hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Yaddaşı daha yaxşı gücləndirən üsullar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti01 Yanvar 2025
MƏN AZƏRBAYCANLIYAM!30 Dekabr 2024
Prezident İlham Əliyev qlobal enerji təhlükəsizliyinin təminatçısıdır29 Dekabr 2024
İnkişaf büdcəsi28 Dekabr 2024
Proseslər Prezidentin nəzarətindədir27 Dekabr 2024
Düşünülmüş siyasət, əzm və qətiyyət26 Dekabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!