06 Yanvar 2025 10:59
231
İQTİSADİYYAT
A- A+
Ötən il Qarabağ və Şərqi Zəngəzurda 550 milyon kilovat-saatadək yaşıl enerji istehsal edilib  

Ötən il Qarabağ və Şərqi Zəngəzurda 550 milyon kilovat-saatadək yaşıl enerji istehsal edilib  


Ötən il Qarabağ və Şərqi Zəngəzurdakı 32 su elektrik stansiyasında “AzərEnerji” ASC tərəfindən 550 milyon kilovat-saatadək ekoloji cəhətdən təmiz yaşıl enerji istehsal olunub.

ASC-dən AZƏRTAC-a bildirilib ki, həmin 550 milyon kilovat-saat enerjinin üçdə biri, yəni 200 milyon kilovat-saata yaxını işğaldan azad edilən ərazilərin enerji tələbatını ödəyib, qalan üçdə iki hissəsi isə respublika enerji sisteminə ötürülərək ölkənin digər yerlərinin tələbatına yönləndirilib. Nəticədə 120 milyon kubmetr təbii qaza qənaət edilib, 225 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb.

Qeyd edək ki, təkcə 2024-cü il ərzində Qarabağ və Şərqi Zəngəzurda ölkə rəhbərliyinin iştirakı ilə 7 su elektrik stansiyasının açılışı olub. Belə ki, Kəlbəcər rayonunda son dörd ildə “AzərEnerji” tərəfindən işğaldan azad edilən ərazilərdə tikilən ən böyük su elektrik stansiyası - 22,5 meqavatlıq “Yuxarı Vəng”, 4,3 meqavatlıq “Zar”, Laçın rayonunda 2,8 meqavatlıq “Zabux”, 4,6 meqavatlıq “Qarıqışlaq”, Zəngilan rayonunda isə hər birinin gücü 10,5 meqavat olmaqla “Şayıflı”, “Zəngilan” və “Sarıqışlaq” su elektrik stansiyaları istismara verilib.

Bununla da, Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi ilə bağlı tapşırığının icrası üzrə işlər ardıcıllıqla görülməkdədir. Belə ki, 4 il ərzində 270 meqavat gücündə 32 su elektrik stansiyası istismara buraxılıb və 2025-ci ildə isə daha 11 su elektrik stansiyasının açılışı planlaşdırılır. Ümumilikdə isə növbəti illərdə əlavə olaraq 200 meqavatlıq su elektrik stansiyalarının tikilməsi nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev: Bakı Təşəbbüs Qrupunun fəaliyyəti ildən-ilə genişlənir  

23:55
07 Yanvar

Prezident: Mən bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır  

23:54
07 Yanvar

Azərbaycan Prezidenti telekanallara müsahibəsində Yaxın Şərqdəki proseslərlə bağlı fikirlərini bölüşüb  

23:48
07 Yanvar

Prezident İlham Əliyev: Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik  

23:25
07 Yanvar

Prezident İlham Əliyev: Azərbaycanın son illərdəki addımları çox ciddi təhlil edilir  

23:12
07 Yanvar

Bakıda 10 yeni metro stansiyası inşa ediləcək

23:02
07 Yanvar

“Star” qəzeti: Fransa Afrikada “arzuolunmaz ölkədir”, Türkiyənin isə qitədəki çəkisi artır  

22:39
07 Yanvar

Prezident: İrandakı səfirliyimizə qarşı terror aktı təşkil olunmuş terror aktı idi  

22:31
07 Yanvar

Prezident İlham Əliyev telekanallara müsahibəsində İranla gələcək münasibətlərə toxunub  

22:21
07 Yanvar

Prezident: Fransız siyasi səhnəsində konsensus yalnız azərbaycanofobiya zəminində olur  

22:12
07 Yanvar

Azərbaycan Prezidenti: Bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar  

22:06
07 Yanvar

İfrat sağçı siyasətçi Jan-Mari Le Pen Fransada vəfat edib

22:01
07 Yanvar

Ruanda millisinin futbolçusu “Səbail”də çıxış edəcək  

21:58
07 Yanvar

AVF rəsmisi beynəlxalq oyuna təyinat alıb

21:55
07 Yanvar

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır  

21:54
07 Yanvar

Prezident İlham Əliyev: Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir  

21:54
07 Yanvar

Azərbaycan Prezidenti: Aparıcı Qərb ölkələrində siyasi və mənəvi böhran göz qabağındadır  

21:52
07 Yanvar

Prezident: Azərbaycanın D-8-ə qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir  

21:51
07 Yanvar

Azərbaycan Prezidenti: COP-a üzv olan tərəf kimi Avropa Komissiyasının Bakı konfransında iştirak etməməsi çoxsaylı suallar doğurur  

21:51
07 Yanvar

Prezident İlham Əliyev: İqtisadi imkanlar artdıqca biz sosial məsələlərin həllinə də daim diqqət göstərəcəyik  

21:50
07 Yanvar

Prezident: İqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilmişik və əminəm ki, gələn illərdə bu dinamika saxlanılacaq  

21:49
07 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!