07 Yanvar 2025 22:39
152
SİYASƏT
A- A+
“Star” qəzeti: Fransa Afrikada “arzuolunmaz ölkədir”, Türkiyənin isə qitədəki çəkisi artır  

“Star” qəzeti: Fransa Afrikada “arzuolunmaz ölkədir”, Türkiyənin isə qitədəki çəkisi artır  


Afrika ölkələrində Fransanın təsirinin azalması və Parisin planetin ikinci ən böyük qitəsində “arzuolunmaz oyunçuya” çevrilməsi fonunda Türkiyənin Afrikadakı mövqeləri güclənir. Ankara burada problemlərin və münaqişələrin həllində güclü tərəfdaş və vasitəçi kimi qəbul edilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin “Star” qəzeti yazır.

Nümunə kimi nəşr Somali və Efiopiya arasında münasibətlərdə yaranmış böhranın dekabrın 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə imzalanmış Ankara Bəyannaməsinin mətnində əksini tapmasını göstərir.

Məqalədə xatırladılır ki, Moqadişo ilə Əddis-Əbəbə arasındakı fikir ayrılıqlarının həllində bir çox dövlətlərin vasitəçiliyi istənilən nəticəyə gətirib çıxarmayıb. “Prezident Ərdoğan məsələyə şəxsən müdaxilə etdikdən sonra vəziyyət dəyişdi. Ankaranın uğurlu diplomatiyası təkcə Afrika ölkələrinin problemlərini həll etmir, Türkiyənin Afrikadakı imicini gücləndirir, həm də iqtisadi əlaqələrin inkişafına kömək edir”, - deyə qəzet yazır.

Qeyd olunur ki, Türkiyənin Afrika ölkələri ilə ticarət dövriyyəsi 2023-cü ilin sonuna qədər 40 milyard dollara yüksəlib.

Nəşr Türkiyənin Afrika ölkələrindəki diplomatik nümayəndəliklərinin sayının 44-ə çatdığını bildirib.

Qeyd edilib ki, Ankaranın uğurları fonunda Paris qitədəki mövqelərini itirir, mənfi prosesləri ləngitmək və əvvəlki təsirini bərpa etmək üçün hər cür üsula əl atır.

Qəzet Fransanın Emmanuel Makronun rəhbərliyi altında nəinki Afrikada, hətta Qərbdə də çəkisinin olmadığını vurğulayır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında hərbi təhsil sahəsində birgə layihələrin həyata keçirilməsi müzakirə olunub

19:08
08 Yanvar

Daxili işlər naziri İsmayıllı rayonunda vətəndaş qəbulu və sıra baxışı keçirib

19:07
08 Yanvar

Aktauda təyyarə qəzasında xəsarət alan iki Qırğızıstan vətəndaşı xəstəxanadan evə buraxılıb

19:06
08 Yanvar

Rusiya mətbuatı Azərbaycan Prezidentinin yerli telekanallara müsahibəsindən sitatlar dərc edib

19:05
08 Yanvar

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

19:03
08 Yanvar

Qazaxıstan mediası Azərbaycan Prezidentinin yerli televiziya kanallarına müsahibəsini geniş işıqlandırıb

19:02
08 Yanvar

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisidən

19:00
08 Yanvar

Ali Məhkəmə boşanan valideynlərlə və alimentlə bağlı mühüm qərar verib

18:58
08 Yanvar

Ermənistan-Türkiyə sərhədində rusiyalı sərhədçilərin sayı azaldıla bilər

18:56
08 Yanvar

Avropa, ABŞ və Britaniya rəsmiləri Romada Suriyadakı vəziyyəti müzakirə edəcəklər

18:55
08 Yanvar

Bələdiyyə seçkiləri ilə əlaqədar 16 min 148 namizəd qeydə alınıb

18:53
08 Yanvar

Bələdiyyə seçkilərində 685 adda bülleten çap olunacaq

18:51
08 Yanvar

Ərzurumda 4,5 bal gücündə zəlzələ baş verib

18:24
08 Yanvar

“Al-Taavon” tanınmış türkiyəli mütəxəssisə təklif göndərib

18:12
08 Yanvar

Qadın futbolunda ən yaxşı klublar müəyyənləşib

17:54
08 Yanvar

Trüdo Kanadanın ABŞ-ə qatımasını istisna edir

17:47
08 Yanvar

YAP-ın Mərkəzi Seçki Komissiyasına təyin edilmiş məşvərətçi səs hüquqlu üzvü təsdiqlənib  

17:25
08 Yanvar

Los-Ancelesdə meşə yanğınları səbəbindən 30 minə yaxın insan təxliyə edilib

17:21
08 Yanvar

Dünyanın ən böyük elektromobil istehsalçısı “BYD”dir

17:19
08 Yanvar

Yüksək dəqiqlikli innovativ saat hazırlanıb

17:17
08 Yanvar

İrlandiyada minlərlə insan susuz və işıqsız qalıb

16:29
08 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!