25 Yanvar 2023 02:35
688
DÜNYA
A- A+
2023-cü il "superfəaliyyət" ili olmalıdır

2023-cü il "superfəaliyyət" ili olmalıdır

 

BMT bəşəriyyəti dünya okeanını birgə mühafizəyə çağırır

 

"Okeanları xilas etmək bizim qalib gəlməli olduğumuz bir yarışdır".  Bu sözləri BMT-nin baş katibi Antonio Quterreş Kabo-Verdeyə səfərinin sonuncu günü dünya okeanının mühafizəsinə həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı deyib. 
O bildirib ki, bütöv bir komanda kimi çalışaraq bu yarışda qalib gəlmək mümkündür: "Gəlin, okeanın ehtiyac duyduğu qoruyucu olaq. Gəlin, bu fövqəladə vəziyyətə son qoyaq və okean kimi qiymətli sərvəti uşaqlarımız və nəvələrimiz üçün qoruyaq".

 

"Mavi" iqtisadiyyat

 

Baş katib ən müasir dərin dəniz avadanlıqlarının, təkmilləşdirilmiş emalatxanaların və laboratoriyaların yerləşdiyi Mindelu Okeanoqrafiya Elm Mərkəzində çıxış edib. San-Visentedəki elm mərkəzi Kabo-Verdenin arxipelaqın "mavi" iqtisadiyyatını inkişaf etdirməsinin bariz nümunəsidir.
BMT-nin rəhbəri ilə söhbət zamanı Kabo-Verdenin baş naziri Ulisseş Korreyya e Silva qeyd edib ki, əvvəllər okean yerli sakinlər arasında yalnız qəm-qüssə və melanxoliya hissi yaradırdı. Onların bir çoxu daha yaxşı həyat dalınca ölkəni tərk ediblər. Hazırda isə insanlar okeanı inkişaf etmiş turizm, şirin su, "mavi" iqtisadiyyat, təmiz enerji, biotexnologiyalar və akvamədəniyyətlə əlaqələndirirlər.

 

Beynəlxalq reqata

 

1973-cü ildə ilk beynəlxalq okean reqatası start götürüb. O vaxtdan bəri müxtəlif ölkələrdən olan gəmilər hər üç-dörd ildən bir dünya ətrafında üzür.
Ekoloji fəal Denni Vaşinqtonun okean sammitindəki çıxışında qeyd etdiyi kimi, qırx il ərzində reqatanın iştirakçıları Kabo-Verdeni yalnız ötəri və uzaq məsafədən görüblər. Yaxtaçılar arxipelaqda heç vaxt dayanmayıblar. Və budur -  ötən cümə günü bu ölkə Qərbi Afrikada yarışın tarixində rəsmi dayanacağın edildiyi ilk dövlət oldu.
Sammitdə çıxış edən reqatanın münsiflər heyətinin sədri Riçard Brizius BMT-nin baş katibini reqata iştirakçılarının okeanların qorunmasına sadiqliyinə əmin edib: "Biz, "Ocean Race" yarışının iştirakçıları,  hamımız sizin heyətinizin üzvləriyik. Biz okean adamlarıyıq. Biz okeanı xilas etmək üçün əlimizdən gələni edirik".
Antonio Quterreş öz növbəsində qeyd edib ki, reqatada iştirak edən hər bir gəmidə gələcəkdə "okeanın sağlamlığını" təmin etməyə kömək edəcək elmi məlumatların toplanması üçün xüsusi avadanlıqların olması onu ruhlandırıb.

 

Təhdid altında olan əsas resurs

 

BMT rəhbəri çıxışı zamanı diqqətə çatdırıb ki, hazırda dünyada balıq ehtiyatlarının təxminən 35 faizi həddindən artıq istismar olunur. Qlobal istiləşmə okeanların temperaturunun artmasına səbəb olur ki, bu da tez-tez və şiddətli tufanlara, dəniz səviyyəsinin qalxmasına və sahilyanı torpaqların şoranlaşmasına gətirib çıxarır.
Antonio Quterreş bildirib ki, zəhərli kimyəvi maddələr və milyonlarla ton plastik tullantılar sahil ekosistemlərini çirkləndirir, balıqları, tısbağaları, quşları və dəniz məməlilərini öldürür və ya yaralayır. Tullantılar qida zəncirinə daxil olur və bizim süfrəmizə yığılır. BMT-nin hesablamalarına görə, 2050-ci ilə qədər dənizdə balıqdan daha çox plastik ola bilər.

 

Okeanın "super ili"

 

Baş katib məmnunluqla qeyd edib ki, dünya son bir ildə vəziyyəti düzəltmək üçün bir sıra mühüm addımlar atıb. Nayrobidə okeanın plastiklə çirklənməsinə qarşı mübarizə üzrə qlobal müqavilə ilə bağlı danışıqlara başlamaq üçün tarixi razılaşma əldə olunub. Lissabonda Birləşmiş Millətlər Təşkilatının Okean Konfransı keçirilib və bu konfransda ölkələr bir sıra yeni könüllü öhdəliklər götürüblər. BMT-nin Monrealda keçirilən Biomüxtəliflik Konfransında ölkələr 2030-cu ilə qədər quru, su, sahilyanı və dəniz ekosistemlərinin 30 faizini qorumaq barədə razılığa gəliblər. Quterreşin fikrincə, 2022-ci ili okeanın "super ili" adlandırmaq olar. Ancaq bu yarış bitməkdən hələ çox uzaqdır. Okeanda fövqəladə vəziyyətə birdəfəlik son qoymaq üçün 2023-cü ili "superfəaliyyət ili" etməliyik.
BMT rəhbərinin dediyinə görə, dünyanın dörd əsas istiqamət üzrə təcili tədbirlərə ehtiyacı var, o cümlədən dəniz sənayesinin davamlı inkişafı, inkişaf etməkdə olan ölkələrə genişmiqyaslı dəstəyin göstərilməsi, dəyişən iqlimə qarşı mübarizə və bu məqsədlər üçün elm, texnologiya və innovasiyalardan geniş istifadə olunması.

 

Ədalətsiz sistem

 

Maliyyə sektorunun nümayəndələrinə müraciət edən Antonio Quterres inkişaf etməkdə olan ölkələrin zəngin dövlətlərin öz maraqları naminə yaratdığı mənəvi cəhətdən iflasa uğramış qlobal maliyyə sisteminin qurbanı olduğunu vurğulayıb.
Baş katibin bildirdiyinə əsasən, bu sistemdə qərəz var. Çünki o, Kabo Verde kimi inkişaf etməkdə olan ölkələrin çox ehtiyac duyduğu güzəştli maliyyələşdirməni və borc yükünün yüngülləşdirilməsini müntəzəm olaraq rədd edir.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!