20 İL SONRA…
A qrupunun sonuncu turunda ən maraqlı qarşılaşma Ekvador və Seneqal yığmaları arasında oynanıldı. Qalib gələcək komanda 1/8 finala yüksələcəkdi. Əzmkar, meydançanın bütün zonalarında daha yaxşı təsir bağışlayan Afrika təmsilçisi 2:1 hesabı ilə qələbə qazanaraq 20 ildən sonra mundialın 1/8 finalına yüksəlib.
Maraqlısı da odur ki, Seneqal millisinin baş məşqçisi Aliu Sisse 2002-ci ildə futbolçu kimi 1/8 finala yüksələn komandasını bu dəfə çalışdırıcısı olaraq bu uğura çatdırıb.
Həmin dövrdə yığma Yaponiya və Cənubi Koreyanın evsahibliyi etdiyi mundialı 7-ci sırada tamamlayıb. Bu, həm də ölkənin buna qədər dünya çempionatlarında əldə etdiyi ən böyük uğurdur. İndi isə seneqallıların daha yeni nailiyyət qazanmaları üçün yaxşı fürsət yaranıb.
Qeyd edək ki, yığmanın dəyəri 296,7 milyon avrodur. Komandanın heyətində "Çelsi"dən Eduard Mendi, Xalidu Kulibali, "Bavariya"dan Sadio Mane kimi ulduz futbolçular yer alır.
Ekvador millisi isə 2006-cı ildə keçirilən dünya çempionatında qrup mərhələsindən çıxmaqla tarixi uğura imza atıb. Komanda 1/16 finalda İngiltərə yığmasına uduzub - 0:1. Ekvador millisinin Amerika kubokunda ən böyük uğuru 4-cü olmağıdır. Komanda iki dəfə - 1959 və 1993-cü ildə turnirdə bu yeri tutub. Kollektiv 2021-ci ildə baş tutan Amerika kubokunu 8-ci sırada bitirib.
* * *
Qrupun digər matçında 1/8 final şansını itirən Qətər qrupun lideri Niderlandla görüşüb. Meydan sahiblərini 2:0 hesabı ilə məğlub edən "narıncılar" qrup qalibi kimi 1/8 finala vəsiqə qazanıb.
Qeyd edək ki, Niderlandın beynəlxalq arenada ən böyük uğuru iki dəfə Avropa çempionu olmaqdır. "Uçan hollandlar" 1976 və 1988-ci ildə keçirilən yarışı qazanıblar. Komandanın dünya çempionatındakı ən yaxşı göstəricisi isə 2-ci olmaqdır. Bu uğura 2010-cu ildə yiyələniblər. Niderland Rusiyada baş tutan (2018) son dünya çempionatının final mərhələsində yer almayıb.
Niderlandın heyətinin dəyəri 494,40 milyon avrodur. Komandanın ən dəyərli oyunçusu Matteys de Lixtdir. "Bavariya"da (Almaniya) çıxış edən müdafiəçinin qiyməti 70 milyon avrodur. Komandanın heyətində "Barselona"dan Frenki de Yonq, Memfis Depay, "Liverpul"dan Vircil van Dayk, "Mançester Siti"dən Natan Ake kimi ulduz futbolçular yer alır. Niderlandın hazırda ən gənc oyunçusu Devin Renşdir. Baş məşqçisi isə Lui Van Qaldır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycanla təhdidlə danışmaq olmaz
03 Fevral
İranın terroru cavabsız qalmayacaq
03 Fevral
"Heydər Əliyev və vətənpərvər Azərbaycan gəncliyi" mövzusunda tədbir keçirilib
03 Fevral
Vətən könüllüsü
03 Fevral
Ədalət qlobal hüquq müstəvisində təmin olunmalıdır
03 Fevral
Ermənistanda hərbi cinayətlər artıb
03 Fevral
Dünya azərbaycanlılarının birliyinin, həmrəyliyinin Şuşadan təcəssümü
03 Fevral
Yeni dövrün universitetinə çevrilmək əsas hədəfimizdir
03 Fevral
Nurlu şəxsiyyət
03 Fevral
İxracda qeyri-neft məhsullarının çəkisi yüksəlir
03 Fevral
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
“Mən son on ildə Prezident Əliyevdən çox şey öyrənmişəm…"01 Fevral 2023

İran terrora son qoymalıdır29 Yanvar 2023

Sadiq dost, əsl tərəfdaş27 Yanvar 2023

İlham Əliyevin sülh gündəliyi25 Yanvar 2023

Azərbaycanın nailiyyətləri daha böyük inkişafın başlanğıcıdır24 Yanvar 2023

Qisas qiyamətə qalmadı20 Yanvar 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!