Yanvar ayının 27-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin cari il üçün ilk iclası keçirilib.
İclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib. Sonra gündəliyə uyğun olaraq vəkilliyə qəbulla bağlı ixtisas imtahanını və icbari təlimi uğurla başa vuran iki vəkilliyə namizədin andiçmə mərasimi keçirilib, onlara vəsiqə təqdim edilib, gələcək fəaliyyətində uğurlar arzulanıb.
Daha sonra vəkillərin digər vəkil qurumuna keçməsi, müəyyən müddətə üzvlük haqqından azad olunması barədə müraciətlərinə baxılıb, müvafiq qərarlar qəbul edilib. Eyni zamanda iclasda vəkil bürolarının və vəkil kabinetlərinin təsis edilməsi barədə müvafiq qərarlar verilib. Həmçinin iclasda Deontologiya Komitəsinin təqdimatına baxılıb və komitə tərəfindən hazırlanacaq ""Vəkillərin davranış qaydaları haqqında" Əsasnamənin kommentariyası" adlı kitabın mündəricatı və yazılma qaydası təsdiq edilib.
İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 1 vəkilin fəaliyyəti dayandırılmaqla ARVK üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi, 4 vəkilin fəaliyyətinin müəyyən müddətə dayandırılması qərara alınıb. Habelə dövlət hesabına hüquqi yardım göstərdikləri zaman yol verdikləri intizam pozuntularına görə 10 vəkilə töhmət, 11 vəkilə isə xəbərdarlıq edilib.
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən digər məsələlərə baxılıb.
"Azərbaycan"
Nazir Ceyhun Bayramovun litvalı həmkarı ilə görüşüb
Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri barədə fikir mübadiləsi aparılıb
Bakıda "Böyük Dəbilqə" turnirinin açılış mərasimi keçirilib
İtaliyanın Baş naziri ilə Ukrayna Prezidenti arasında telefon danışığı olub
Azərbaycan və Qvineya arasında bir sıra sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub
“Humanitar terrorçu”
Serbiya Respublikasının Prezidenti Zati-aliləri cənab Aleksandar Vuçiçə
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Vens: ABŞ Ukraynada davamlı sülhə nail olmaq istəyir
Dərin su tədqiqat mərkəzi inşa ediləcək
Yıxılma riskini proqnozlaşdırmaq üçün test
İş və istirahət günlərinin yerləri dəyişdirilib - QƏRAR
Sabah hava yağmursuz keçəcək - Proqnoz
Rusiyanın Altay regionunda 6,4 maqnitudalı zəlzələ olub
Müdafiə Nazirliyi: Gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə vətəndaşlardan andiçmə mərasimlərinə gəlməməyi xahiş edirik
Azərbaycan-Çin münasibətləri möhkəm siyasi təmələ əsaslanır
Elon Mask yeni layihə anons edib
DİN: Ötən gün 78 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Azərbaycan nefti ucuzlaşıb
SOCAR-la Asiya İnkişaf Bankı arasında mövcud və potensial əməkdaşlıq imkanları müzakirə olunub
Lerikdə qarın hündürlüyü 24 sm-ə çatıb – FAKTİKİ HAVA
Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib YENİLƏNİB12 Fevral 2025
Yeni dövrün əsas hədəfləri12 Fevral 2025
Sabitliyin Azərbaycan nümunəsi11 Fevral 2025
"Biz gələcəyimizi dayanıqlı iqtisadiyyatda görürük"09 Fevral 2025
Müstəqilliyin uğur formulu: qətiyyətli lider və qüdrətli dövlət08 Fevral 2025
FƏRQLİ LİDER, SÖZÜNÜN SAHİBİ07 Fevral 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!