03 Noyabr 2024 09:05
961
İQTİSADİYYAT
A- A+
146 il əvvəl...

146 il əvvəl...


Ölkəmizdə ilk neft boru kəməri 1878-ci ildə Balaxanı mədənlərindən  Bakının Qara Şəhərdəki neftayırma zavoduna çəkilib


Arxiv materiallarından, qəzet-jurnal məqalələrindən, ən nəhayət, neftçi alimlərin açıqlamalarından məlum olur ki, tarixən Bakı nefti yaxın-uzaq ölkələrə və şəhərlərə tuluqlarda, çəlləklərdə, küplərdə, atlar, qatırlar, dəvə karvanı və gəmi, daha sonra isə qatarlarla daşınıb. Maraqlıdır, hazırda Azərbaycanda bu funksiyanı yerinə yetirən boru kəməri nəqliyyatı nə vaxt yaranıb? 

Ölkəmizdə neft boru çəkilişi nəqliyyatının tarixi neft sənayesinin yaranması dövrünə - XIX əsrin ortalarına təsadüf edir. Belə ki, ilk neft kəməri 146 il bundan əvvəl, 1878-ci ildə Balaxanı mədənlərindən Bakının Qara Şəhərdəki neftayırma zavoduna çəkilib. Rusiya imperiyası tərəfindən uzunluğu 885 kilometr olan Bakı-Batumi ilk neft məhsulları kəməri isə 1907-ci ildə inşa edilib. 

Abşeronda, Xəzər dənizində, respublikanın digər regionlarında neft yataqlarının istismarı yeni kəmərlərin çəkilməsinə səbəb olub. Əlibayramlı-Bakı, Neft Daşları-Bakı, Siyəzən-Bakı boru xətləri ölkə daxilində olan əsas neft kəmərləridir. 

Xəzərin Azərbaycan sektorundan çıxarılan neftin dünya bazarına göndərilməsi üçün iki neft kəməri - Bakı-Novorossiysk və Bakı-Supsa 1990-cı illərin sonunda istifadəyə verilmişdir. Bu neft kəmərləri ilə məhsulun bir hissəsi daşınır. 

Görünən odur ki, Azərbaycan tarixi müstəqilliyinə qovuşduqdan, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə respublikaya siyasi hakimiyyətə qayıtdıqdan sonra Bakı neftinin taleyində yeni inkişaf mərhələsi başlanıb. 1994-cü ildə ölkənin müstəqil inkişafının başlıca vasitəsi kimi Ulu Öndərin təşəbbüsü və rəhbərliyi altında müstəqil Azərbaycanın yeni neft strategiyası işlənib hazırlanıb. Müstəqil Azərbaycanı müasir, güclü, davamlı iqtisadi inkişafa malik dövlətə çevirmək üçün Ümummilli Lider gələcək siyasi-iqtisadi islahatların köklü transformasiyasının əsası olacaq neft strategiyasını müəyyənləşdirib. Bu strategiya xarici sərmayədarların Azərbaycanın neft yataqlarının işlənilməsinə cəlb olunmasını, xam neftin daşınması yollarının şaxələndirilməsini təmin edib.

Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi sayəsində 1994-cü il sentyabrın 20-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə xarici dövlətlərin neft şirkətləri qrupu (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti - ABƏŞ) arasında "Əsrin müqaviləsi" imzalanıb. Bununla da Azərbaycan dövlətinin yeni neft strategiyası rəsmiləşdirilib. 

Ümummilli Liderin böyük diplomatik səyləri hesabına sözügedən layihənin siyasi baxımdan alternativsiz olduğu beynəlxalq miqyasda tam sübuta yetirilib. Bununla da müstəqil respublikamızın davamlı inkişafı və yüksəlişi üçün daha bir möhkəm bünövrənin əsası qoyulub. Bu gün mənbəyini Xəzərdən götürən Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin uzunluğu 1768 kilometrdir. Ümumiyyətlə, səmərəlilik baxımından digər nəqliyyat növlərindən kifayət qədər fərqlənən belə boru xətləri yerin üstü və altında salınmaqla yanaşı, suyun altında da çəkilir. BTC-yə gəldikdə isə, bu kəməri "Üç dənizin əfsanəsi" adlandırırlar. Belə ki, bu xətt Xəzər, Qara dəniz və Aralıq dənizini birləşdirir. Yolu Xəzər sahilindən başlayan boru xətti öz marşrutu boyu bir neçə dağ silsiləsini dəf edir, o cümlədən 2800 metr yüksəkliyə qalxır, eləcə də 3000 yol, dəmir yolu, yeraltı və yerüstü kommunikasiya xətti, eni 500 metrə çatan Ceyhan keçidi də daxil olmaqla, 1500-dən artıq su hövzəsi ilə kəsişir. Ceyhana yaxınlaşarkən yenidən dəniz səviyyəsinə enir. Bu gün BTC dünya bazarlarına Azərbaycan nefti ilə yanaşı, müəyyən həcmdə Qazaxıstan və Türkmənistan nefti də daşıyır. İstifadəyə verildiyi vaxtdan - 2006-cı ilin ortalarından bu ilin birinci yarısının sonunadək kəmərlə nəql olunan neft Ceyhanda 5707 tankerə yüklənib və yola salınıb.

Ümumilikdə Azərbaycan neftinin Xəzər dənizindən dünya bazarlarına çıxarılması üçün Yer planetinin ekvatorunun uzunluğunun 1/10-i həddində neft kəmərləri tikilib. Qeyd etdiyimiz kimi, Bakı-Novorossiysk 1347 kilometr, Bakı-Supsa 833 kilometr və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri 1768 kilometrdir.

Müasir dövrdə dünyanın ən inkişaf etmiş ölkələrində belə neft və neft məhsullarının boru ilə orta və uzaq məsafələrə daşınması iqtisadi baxımdan ən sərfəli vasitə hesab edilir. 


Rəhman SALMANLI, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan üzgüçüləri İslamiadada ikinci medalı qazanıblar

23:38
09 Noyabr

İslamiada: Azərbaycanın dörd boksçusu finala çıxıb, ikisi bürünc medal qazanıb  

23:37
09 Noyabr

Türkiyəli ekspert: Qarabağ Zəfəri Azərbaycanın regional və qlobal rolu üçün yeni imkanlar açıb ŞƏRH  

23:35
09 Noyabr

  Azərbaycanlı ağırlıqqaldıran İslamiadada üç medal qazanıb

23:34
09 Noyabr

Milli Olimpiya Komitəsinin rəsmiləri Ər-Riyadda Atletlər kəndində olublar

23:32
09 Noyabr

Qalib xalqın bayrağı

20:17
09 Noyabr

Nyu-Yorkun məşhur parkında Azərbaycanın Dövlət Bayrağı ucaldılıb  

19:03
09 Noyabr

Deputat: Hərbi parad son 5 ildə Azərbaycanın daha da gücləndiyini bir daha təsdiqlədi- ŞƏRH  

19:01
09 Noyabr

Azərbaycanın qadın cüdoçusu İslam Həmrəyliyi Oyunlarının qalibi olub

19:00
09 Noyabr

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib

18:53
09 Noyabr

Azərbaycanın İrandakı səfirliyi Zəfər Günü münasibətilə rəsmi qəbul keçirib  

18:50
09 Noyabr

Aprel döyüşlərinin qəhrəmanı Böyük Çin səddində  

18:01
09 Noyabr

Türkiyə Prezidenti: Qarabağın azad edilməsi bütün Türk dünyasının zəfəridir  

17:42
09 Noyabr

“AzerGold” “Zəfər” adlı yeni qızıl sikkə kolleksiyasını təqdim edib  

17:38
09 Noyabr

Milli kimliyin dirçəlişi və tarixi yaddaşın bərpası - ŞƏRH  

16:46
09 Noyabr

Mixail Qusmana Türkiyədə beynəlxalq media mükafatı təqdim edilib  

16:40
09 Noyabr

Zəfər, qardaşlıq və sülh paradı  

15:59
09 Noyabr

“Yeni Asır” qəzeti: Türkiyə və Azərbaycan liderlərinin qardaş münasibətləri regionda fundamental dəyişikliklər yaradıb  

15:37
09 Noyabr

Silahlı Qüvvələrimizin döyüş imkanları 5 il əvvəllə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib  

14:31
09 Noyabr

 Güclü dövlətin güclü də ordusu olur  

14:29
09 Noyabr

Sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir

13:17
09 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!