15 Avqust 2023 10:30
2169
Mədəniyyət
A- A+
100 yaşlı Şirvan Milli Parkı

100 yaşlı Şirvan Milli Parkı

 

Azərbaycanda 8 milli park var ki, bu da ölkə ərazisinin 3 faizdən çoxunu təşkil edir. Onların arasında qədimliyi və zənginliyi ilə seçilən 100 yaşlı Şirvan Milli Parkının xüsusi yeri var.  
Ekoloqlar və təbiətsevərlər tərəfindən 100 illiyi böyük rəğbətlə qeyd edilən Şirvan Milli Parkı Ümummilli Lider Heydər Əliyevin 2003-cü il 5 iyul tarixli sərəncamı ilə yaradılmışdır. Milli Park Qaradağ, Salyan və Neftçala rayonlarında, habelə Kür-Araz ovalığının cənub-şərqi Şirvan düzənliyində xüsusi mühafizə olunan təbiət ərazilərində yerləşir. Yaradılmasında əsas məqsəd yarımsəhra landşaftının başlıca komponentlərini, Azərbaycan Respublikasının "Qırmızı kitab"ına düşmüş ceyranları və o ərazi üçün səciyyəvi olan fauna növlərini qoruyub saxlamaq, ekoloji monitorinqi həyata keçirmək, əhalinin ekoloji maarifləndirilməsi, turizm və istirahət üçün şərait yaratmaqdır.
Milli Parkın ərazisində relyefin, bitki və torpaq örtüyünün müxtəlifliyi ərazidə bir sıra təbii landşaft sahələrini ayırmağa imkan verir. Ərazinin əsas hissəsini yovşanlı, şoranotlu yarımsəhra xırda təpəliklər və şoranotlu yarımsəhra düzənliyi təşkil edir. Qədim sahil tirələri, laqunlar bəzi sahələrdə aydın nəzərə çarpır. Külək vasitəsilə yaranan əsas relyef forması-düyün təpəcikləri ceyranların sığınacağı və mühafizəsi üçün çox əlverişlidir.
Ərazidə yay quraq keçir. Burada mülayim-isti yarımsəhra və quru bozqır tipli iqlim hakimdir. Çay və bulaq yoxdur. Ərazini şərqdən Xəzər dənizi, şimaldan Baş Şirvan kollektoru, bir sıra digər kollektorlar, Çala (Qızılqaz) gölü və s. əhatə edir ki, bu da ceyranları su ilə tam təmin edir. Xəzərin, kanalların və gölün suyunun qışda donmaması ceyranlar və quşlar üçün çox əhəmiyyətlidir.
Milli Parkın ərazisində qaraşoranlı, şahsevdi, duzlaq-çoğanlı, yarımsəhra bitkiləri, çərənli-yovşanlı, yovşanlı-efemerli, yovşanlı, xos təkli, dənli-müxtəlifotlu, efemerli, sahil qumlu və çala-çəmən (dəvəotlu) bitki formasiyaları üstünlük təşkil edir. Landşaft, iqlim və relyef xüsusiyyətlərinə görə parkın ərazisində suda-quruda yaşayanlar və sürünənlər faunası formalaşmışdır.
Milli Parkda mövcud olan məməlilərdən  ceyran, safsar və çöl pişiyi respublikamızın "Qırmızı kitab"ına daxil edilmişdir. Xəzər suitisi, ceyran və safsar "Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin Siyahısı"nda müxtəlif statusla qorunan növlər elan edilmişlər. 
Mütəxəssislərin fikrincə, Cənubi Qafqaz gürzəsi parkın ərazisində geniş yayılmış sürünənlərdəndir. Tibb xammalı olan zəhərinə görə gürzə ilanları sürünənlərin qiymətli  növüdür. Burada 230 növ sürünən heyvan var. Bu zənginlik Milli Parkın quşların miqrasiya yolunda yerləşməsi və ərazisində onların yaşayışı üçün biotopların müxtəlifliyi ilə əlaqədardır.
Quşların miqrasiyası və qışlama dövründə göllərin və dənizin dayaz yerlərində əsasən yaşılbaş ördəklər, fitçi cürə, boz ördək, marek, bizquyruq, cırıldayan cürə, enliburun ördək, fısıldayan qu, qaşqaldaq, dərin su sahələrində isə qırməzəburun, qırmızıbaş, kəkilli ördək, dəniz dalğıcı, adi güləyənquşu və digər ördək növləri ildən-ilə çoxalmaqdadır. Qırmızıdöş qaz, boz, ağalın və ağqaş qazlar Milli Parkın bütün açıq su biotoplarında istirahət edir, yarımsəhraların dənli-efemer, yovşanlı-efemer və digər bitki formasiyaları ilə örtülü olan sahələrində qidalanırlar.
Böyük və Kiçik Çala (Qızılqaz) göllərinin 60-65 faizini təşkil edən qarğı və qamışlıqların əsas sakinləri adi porzan, kiçik porzan, cırtdan porzan və qamışlıq fərələridir. Yırtıcı quşlardan çay qaraquşu, ağquyruq dəniz qartalı, çöl sarı, adi sar, çöl qartalı, böyük qartalça, məzar qartalı, ütəlgi, şahin və başqa növlər azlıq təşkil edir. Oturaq növ olan turac Milli Parkın cənub-qərb və cənub-şərq hissəsində çox kiçik sahələrdə yayılmışdır.
Azərbaycan və dünya miqyasında təhlükədə olan quşlardan Milli Parkın ərazisində 34 növə rast gəlinir. Onlardan 14-ü yalnız Azərbaycanın "Qırmızı kitab"ına, 10-u "Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin Siyahısı"na, 10-u isə həm Azərbaycanın "Qırmızı kitab"ına, həm də "Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin Siyahısı"na daxil edilmişdir.
Parkda  82 çiçəkli bitki növü, o cümlədən səhra, yarımsəhra, dənizsahili-qumsal, çala-çəmən və su-bataqlıq tipləri mövcuddur. Ərazinin boz-çəmən torpaqlarında yovşanlı-efemerlik inkişaf edir. Bu sıradan yapon tonqalotu, bərq quramatı, eləcə də soğanaqlı dişəni və s. otları ceyranlar həvəslə yeyirlər. Qış mövsümündə ətirli yovşan, qarağan, gənqiz və s. çoxillik şoranqələr ceyranların təbii yemi sayılır.
Xəzər sahilinin qumsallıqlarında gəcəh yovşanlıq, pürən yovşanlıq bitki örtüyündə qarışıq çeşidlər əmələ gəlir. Çala gölünün əhatəsində yayılan çala-çəmən bitkiliyinin dəvə tikanlıq və su-bataqlıq tipinə aid qamışlıq  yayılmışdır. Hər iki bitki quşların əlverişli yem və sığınacaq sahəsidir. 
100 illiyini qeyd etdiyimiz Şirvan Milli Parkının zənginliyindən bəhs edən  "Azərbaycanan 9 möcüzəsi" adlı  film çəkilmişdir.  Film  respublika telekanallarında, habelə beynəlxalq film festivallarında və "Rossiya-Kultura" telekanalında nümayiş olunmuşdur.

Rəhman SALMANLI, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!