17 Iyul 2024 16:25
112
DÜNYA
A- A+

Yeni pilotsuz uçuş aparatı nümayiş olunub

Son zamanlar ABŞ Hərbi Hava Qüvvələri “MQ-9 Reapers” kəşfiyyat pilotsuz təyyarələrindən istifadə etməyə başlayıb. Bu zaman onlar iki mühüm çatışmazlıq aşkar ediblər: hava hücumundan müdafiə sistemlərinə qarşı zəiflik və yüksək xərc. Belə ki, bir nüsxə 30 milyon dollara başa gəlib. Buna görə də tez havaya qalxa bilən ucuz və daha az həssas pilotsuz təyyarənin yaradılması qərara alınıb. Seçim “ULTRA PUA”nı hazırlayan “DZYNE Technologies” şirkətinin üzərinə düşüb.

“ULTRA PUA” “MQ-9 Reapers” kimi təkmil olmasa da, daha aşağı hündürlükdə uçsa da, o, 80 saata qədər havada qala bilir və 180 kiloqrama qədər yük daşıya bilir. Pilotsuz təyyarə qabaqcıl GPS sistemi və müxtəlif kəşfiyyat avadanlıqları ilə təchiz edilib.

 

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video