Ümidlə gözləyirik
Hörmətli redaksiya, biz tərəkəməyik. Atamız, babamız uzun illər heyvandarlıqla məşğul olublar. Artıq sıra bizdədir.
Qardaşım Sənanla birlikdə qoyunçuluqla məşğuluq. Yayı yaylaqda, qışı qışlaqda keçiririk. Erməni faşistlərinin işğalçılıq siyasəti nəticəsində 30 il ərzində Kəlbəcər yaylaqlarına həsrət qaldıq. Şükürlər olsun ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz, qəhrəman oğullarımız Ermənistan silahlı qüvvələrini məğlubiyyətə uğradıb təslim aktına qol çəkməyə məcbur etdilər. İşğala son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu. Allah qələbə sevincini bizə yaşadan şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin.
Qoyun-quzumuzu yaylağa aparmaq üçün bütün tədbirləri xeyli əvvəldən görmüşük, ödənişləri etmişik. Lazımi qaydada sənədləşmə də aparılıb. Biz ata-babalarımzın həmişə düşdüyü yaylaq yerini seçdik. Hər ilin yarısını yaylaqda yaşayan babalarımızın saldığı qəbiristanlıq da yaxınlıqdadır. Arxac yerləri hələ də itməyib. Bura məşhur Gəlin qayası adlanan ərazidə, Tatallar çayının yaxınlığında yerləşir. Xəritədə "37 k" nömrəsi ilə işarələnib.
İyunun 2-də binəmizi, sürülərimizi əvvəldən razılaşdırılmış, sənədləşdirilmiş yaylaq yerinə çıxardıq. Alaçıqlarımızı qurub Allaha şükür etdik, bu sevinci, fərəhi bizə yaşadanlara şükranlıq etdik. Amma sevincimizin ömrü qısa oldu. Kənd Təsərrüfatı Nazirliyinin yaylaq məsələləri ilə məşğul olan nümayəndələri gəlib dedilər ki, bəs, sənəd düz yazılmayıb, xəritədə yanlışlıq olub. Qaldıq mat-məəttəl. Axı bu yurd yerləri bizə son dərəcə doğmadır, ata-babalarımızın ruhu buralardadır. Keçən il də burada olmuşuq. Uşaqlığımızın keçdiyi bu yerlərdə hər cığır, hər qaya bizə tanışdır.
Kənd Təsərrüfatı Nazirliyinə müraciət etdik. Söz verdilər ki, kömək edəcəyik. Ümidimizi üzməmişik. Təki gec olsun, amma ədalətli olsun.
Coşqun MƏHƏMMƏDƏLİYEV,
Beyləqan rayonunun Tatallar kənd sakini
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Multikulturalizm Mərkəzinin rəhbəri Malayziyada İslamofobiya tədbirində məruzə ilə çıxış edib...
17 Iyul
YAP tərəfindən deputatlığa irəli sürülmüş namizədlərin adları açıqlanıb
17 Iyul
MSK Şəkidə seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan regional seminar keçirib...
17 Iyul
Oğuzun yeni icra başçısı kollektivə təqdim olunub
17 Iyul
Daha yeddi itkin-şəhidin dəfn mərasimi keçiriləcək
17 Iyul
SOCAR ilə Sloveniya şirkəti arasında qaz təchizatı sahəsində Anlaşma Memorandumu imzalanıb
17 Iyul
DİN: Ötən gün 32 cinayətin üstünün açılması təmin olunub
17 Iyul
Ermənistanda yüksəkrütbəli məmurların hamısı uzunmüddətli məzuniyyətə gedib
17 Iyul
İcraçı direktor: Paytaxtımız müstəmləkəçiliklə mübarizə fəaliyyətlərinin və dekolonizasiya proseslər...
17 Iyul
Dövlət Neft Fondunun aktivləri 58 milyard dolları ötüb
17 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
Azərbaycan islam həmrəyliyini möhkəmləndirən ölkədir17 Iyul 2024
![](/uploads/img/posts/2024/07/17/Clipjpg-1721164495.jpg)
Ən böyük azərbaycanlı14 Iyul 2024
![](/uploads/img/posts/2024/07/14/h-0jpg-1720931652.jpg)
İlk Qurtuluş günü13 Iyul 2024
![](/uploads/img/posts/2024/07/13/1-16-1 copy Копированиеjpg-1720822565.jpg)
Qarabağ türk dünyasının əbədi dostluğunun rəmzinə çevrilir12 Iyul 2024
![](/uploads/img/posts/2024/07/12/17202756864283358409jpg-1720740093.jpg)
Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏ...11 Iyul 2024
![](/uploads/img/posts/2024/07/11/17207173555827441072_1200x630jpg-1720721554.jpg)
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!