28 Oktyabr 2024 20:56
102
İQTİSADİYYAT
A- A+
“Qlobal İnnovasiya İndeksi 2024”də texnologiya və innovasiyalarla bağlı göstəricilər ətraflı təhlil olunub

“Qlobal İnnovasiya İndeksi 2024”də texnologiya və innovasiyalarla bağlı göstəricilər ətraflı təhlil olunub

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərlik etdiyi “Texnologiya və innovasiyalar” işçi qrupunun növbəti iclası keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, iclasda Komissiya Katibliyinin rəhbərliyi, işçi qrupun rəhbəri, üzvləri və özəl sektor nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, sözügedən işçi qrupun ilkin iclası oktyabrın 8-də keçirilib, lakin müzakirə edilən məsələlərin çox olması səbəbindən iclasın davamının oktyabrın 24-də keçirilməsi qərara alınıb.

İclasda “Texnologiya və innovasiyalar” işçi qrupunun cari il ərzində fəaliyyəti, eyni zamanda, 26 sentyabr tarixində dərc edilmiş “2024-cü il üzrə Qlobal İnnovasiya İndeksi”nin (Qİİ-2024) nəticələri ətraflı şəkildə təhlil edilib.

Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev açılış çıxışı edərək ölkənin Qlobal İnnovasiya İndeksindəki göstəricilərinin yaxşılaşdırılmasında işçi qrupun fəaliyyətinin mühüm rol oynadığını qeyd edib. Bu istiqamətdə həm işçi qrup daxilində, həm də digər qrup və altqruplarla əməkdaşlığın və kommunikasiyanın davamlılığının vacibliyini vurğulayıb.

İşçi qrupun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov bildirib ki, oktyabrın 8-də keçirilən iclasda İndeksin 3-cü, 4-cü və 5-ci alt indikatorları ətraflı təhlil edilib, müvafiq qərarlar qəbul edilib, artıq bir çox qərarların icrasına da başlanılıb. Həmçinin qeyd olunub ki, bugünkü iclasda isə İndeksin 6-cı və 7-ci alt indikatorları təhlil edilib, onların hesablama metodologiyası araşdırılıb. Bu göstəricilər üzrə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görüləcək. Eyni zamanda, nazir müavini əlavə edib ki, növbəti illərdə indeksdə yuxarı yerlərdə qərarlaşmağımız üçün indidən zəruri addımlar atılmalı, növbəti ilin Fəaliyyət Planı hazırlanarkən birbaşa alt indikatora müsbət təsir göstərən tədbirlər əsas götürülməlidir.

Daha sonra, iclasın gündəliyinə uyğun olaraq, dövlət qurumlarının nümayəndələri tərəfindən 2024-cü ilin 9 ayı ərzində görülmüş işlərin hesabatları və növbəti rüb qarşıya qoyulmuş hədəflər, həmçinin “Qİİ-2024” hesabatının aidiyyəti alt indikatorları müzakirə edilib.

İclasda səsləndirilmiş fikirlər əsasında işçi qrupu tərəfindən müvafiq təkliflər verilib və qərarlar qəbul edilib.

Məlumat üçün qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Texnologiya və innovasiyalar” işçi qrupuna rəhbərliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qızıl medal qazanan Azərbaycan güləşçisi: Növbəti yarışlarda da bayrağımızı dalğalandırmağa ümid edirəm

23:47
28 Oktyabr

Çadda terror hücumu 40 hərbçinin həyatına son qoyub

22:31
28 Oktyabr

Ərdoğan Cənubi Qafqazda uzunmüddətli sülh üçün unikal şans olduğunu bildirib  

22:09
28 Oktyabr

“Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları Elm və Təhsil Nazirliyində təcrübə keçirlər

21:52
28 Oktyabr

Azərbaycanın sərbəst güləşçiləri Gimnaziadada 9 medal qazanıblar

21:50
28 Oktyabr

Azərbaycan Beynəlxalq Bankı COP29-un əsas tərəfdaş bankı seçilib

21:00
28 Oktyabr

Avropa Azərbaycan Mərkəzi Avropa Parlamentinin qərəzli qətnaməsinə etiraz edib

20:59
28 Oktyabr

“Qlobal İnnovasiya İndeksi 2024”də texnologiya və innovasiyalarla bağlı göstəricilər ətraflı təhlil olunub

20:56
28 Oktyabr

Azərbaycan Prezidenti İlham Əliyev özbəkistanlı həmkarını təbrik edib

20:54
28 Oktyabr

Füzulidə vətəndaşların Böyük Qayıdışla bağlı müraciətləri dinlənilib

20:52
28 Oktyabr

Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyevə

20:48
28 Oktyabr

Azərbaycan Kazanda BRICS-ə üzv ölkələrin milli statistika xidmətləri rəhbərlərinin görüşündə təmsil olunur  

20:42
28 Oktyabr

Milli Məclisin deputatları Özbəkistanda parlament seçkiləri ilə əlaqədar mətbuat konfransında iştirak ediblər

20:34
28 Oktyabr

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Sumqayıtda “Ülviyyət” adlı tədbirdə iştirak edib

20:28
28 Oktyabr

COP29-a hazırlıqla bağlı FHN tərəfindən görülən işlərin böyük hissəsi yekunlaşıb  

20:24
28 Oktyabr

Ağdamda 10 mindən çox ağac əkilib

20:14
28 Oktyabr

“Naxçıvan Muxtar Respublikasının yaranmasının Azərbaycanın siyasi tarixində rolu” mövzusunda konfrans işə başlayıb 

20:13
28 Oktyabr

Ən yaxşı ordusu olan ölkələr açıqlandı

19:27
28 Oktyabr

Zelenski: ABŞ-nin siyasəti dəyişsə, bizim üçün çətin olacaq

19:12
28 Oktyabr

Azərbaycan-Pakistan hərbi əməkdaşlığının daha da möhkəmləndirilməsi istiqamətində atılacaq addımlar müzakirə edilib

19:10
28 Oktyabr

“Volkswagen”in üç zavodu bağlanır  

19:05
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!