28 Oktyabr 2024 21:00
98
COP29
A- A+
Azərbaycan Beynəlxalq Bankı COP29-un əsas tərəfdaş bankı seçilib

Azərbaycan Beynəlxalq Bankı COP29-un əsas tərəfdaş bankı seçilib

Azərbaycanın ən iri maliyyə qurumlarından biri olan Azərbaycan Beynəlxalq Bankı (ABB) COP29-un əsas tərəfdaş bankı seçilib. Bu, COP29 Azərbaycan Əməliyyat Şirkətinin maliyyə sektorunda dayanıqlı təcrübələrin təşviqini bir daha ön plana çıxarır. Baş ofisi Bakı şəhərində yerləşən və Azərbaycan Respublikası üzrə 84 filialı olan ABB 2,6 milyondan çox müştəriyə xidmət göstərən bank Cənubi Qafqaz regionunda aparıcı banklardan biridir.

Bu barədə AZƏRTAC-a COP29 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Beynəlxalq Bankı BMT-nin korporativ sosial məsuliyyəti və dayanıqlı inkişaf prinsiplərini təşviq edən Qlobal sazişini imzalamaqla iqlim fəaliyyətinə sadiqliyini nümayiş etdirib. Sözügedən sazişin üzvü kimi Azərbaycan Beynəlxalq Bankı BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) və Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartlarını dəstəkləyir. ABB, həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) maliyyə mexanizmi olan Yaşıl İqlim Fondunun akkreditasiyası prosesinə də start verib.

Məlum olduğu kimi, bu il COP29-un gündəliyində duran əsas məsələlərdən biri də iqlim maliyyəsidir. Buna görə də Azərbaycan Beynəlxalq Bankı iqlim maliyyəsi üzrə boşluğun aradan qaldırılmasında mühüm rolunu təsdiqləmək üçün bu platformadan COP29-un rəsmi tərəfdaşı qismində istifadə etmək niyyətindədir. Belə ki, bank dayanıqlı kreditlər üzrə 100 milyon AZN-dən çox vəsait toplayaraq dəyəri yüz milyonlarla manat olan layihə portfeli formalaşdırmağa müvəffəq olub. Hazırda bu vəsaitlər bərpaolunan enerji, yaşıl infrastruktur və dayanıqlı texnologiyalar üzrə layihələrə yönəldilir.

COP29 ilə builki tərəfdaşlıq Azərbaycan Beynəlxalq Bankının dayanıqlı inkişaf və resurslardan rasional istifadəyə yönəlmiş ambisiyalarını əks etdirir.

Tədbir çərçivəsində yaradılan imkandan yararlanmaqla COP29-un rəsmi tərəfdaşları qlobal iqlim siyasəti ilə bağlı fəaliyyətlərdə iştirak edəcək, dayanıqlılıq səylərini ön plana çıxaracaq və iqlim fəaliyyətini öz əsas biznes sahələrində də dəstəkləmiş olacaqlar. Bakıda keçiriləcək COP29 tədbirinin tərəfdaşı olmaqla bu şirkətlər həm ekoloji siyasətlərin tətbiqində, həm də 1,50C hədəfi baxımından qlobal icmalara dəstək göstərilməsində oynadıqları mühüm və həlledici rolu bərabər şəkildə nümayiş etdirə biləcək.

COP29-un özəl sektor üçün xüsusi məkanı olan Yaşıl Zonada iqlim yönümlü həll variantlarını nümayiş etdirən bir sıra qlobal şirkətlər müxtəlif proqramlar, o cümlədən təqdimat, seminar və qarşılıqlı əlaqələrin qurulması vasitəsilə öz əlaqələrini və iqlim fəaliyyətlərini genişləndirəcək. Həmçinin iştirakçı şirkətlər daha geniş tanınma, habelə əməkdaşlıq və qarşılıqlı əlaqələrin qurulması üçün teatral auditoriya formatlı konfrans zalları və müxtəlif iclas otaqlarından istifadə etməklə öz tədbirlərini təşkil edə biləcək.

COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova ABB-nin əsas tərəfdaş bank elan edilməsi ilə bağlı bildirib: “Mən böyük məmnuniyyətlə bildirirəm ki, Azərbaycan Beynəlxalq Bankı COP29-un əsas tərəfdaş bankı seçilib. İqlim maliyyəsi COP29-da prioritet məsələlərdən biridir və buna görə də Azərbaycan Beynəlxalq Bankı digər tərəfdaşlarımızla birgə bu mühüm mövzuda müzakirələr aparmaq, eləcə də maliyyə və investisiya sektorlarını təmsil edən maraqlı tərəfləri bir araya gətirmək baxımından mühüm rol oynayır.”

COP29 ilə tərəfdaşlığı elan edən Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov öz növbəsində qeyd edib: “COP29-un əsas tərəfdaş bankı kimi ABB iqlim maliyyəsi sahəsində mövcud olan boşluğu aradan qaldırmaq öhdəliyini daha da gücləndirir. İqlim dəyişmələri artıq yalnız ekoloji problem deyil, bu, sosial-iqtisadi sabitliyimiz üçün də təhlükə yaradan aktual reallıqdır. Bu problemin öhdəsindən gəlmək üçün bank sektoru qabaqlayıcı addımlar atmalıdır. COP29 çərçivəsində əldə olunan ətraflı məlumatlar və qurulan tərəfdaşlıq əlaqələri sayəsində biz heç vaxt olmadığı qədər ekoloji, sosial və iqtisadi dayanıqlılığı inkişaf etdirmək əzmindəyik. Biz iş dünyası, cəmiyyət və planetimizi harmoniya şəklində birləşdirən iqtisadi model quraraq davamlı gələcək yarada bilərik”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qızıl medal qazanan Azərbaycan güləşçisi: Növbəti yarışlarda da bayrağımızı dalğalandırmağa ümid edirəm

23:47
28 Oktyabr

Çadda terror hücumu 40 hərbçinin həyatına son qoyub

22:31
28 Oktyabr

Ərdoğan Cənubi Qafqazda uzunmüddətli sülh üçün unikal şans olduğunu bildirib  

22:09
28 Oktyabr

“Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları Elm və Təhsil Nazirliyində təcrübə keçirlər

21:52
28 Oktyabr

Azərbaycanın sərbəst güləşçiləri Gimnaziadada 9 medal qazanıblar

21:50
28 Oktyabr

Azərbaycan Beynəlxalq Bankı COP29-un əsas tərəfdaş bankı seçilib

21:00
28 Oktyabr

Avropa Azərbaycan Mərkəzi Avropa Parlamentinin qərəzli qətnaməsinə etiraz edib

20:59
28 Oktyabr

“Qlobal İnnovasiya İndeksi 2024”də texnologiya və innovasiyalarla bağlı göstəricilər ətraflı təhlil olunub

20:56
28 Oktyabr

Azərbaycan Prezidenti İlham Əliyev özbəkistanlı həmkarını təbrik edib

20:54
28 Oktyabr

Füzulidə vətəndaşların Böyük Qayıdışla bağlı müraciətləri dinlənilib

20:52
28 Oktyabr

Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyevə

20:48
28 Oktyabr

Azərbaycan Kazanda BRICS-ə üzv ölkələrin milli statistika xidmətləri rəhbərlərinin görüşündə təmsil olunur  

20:42
28 Oktyabr

Milli Məclisin deputatları Özbəkistanda parlament seçkiləri ilə əlaqədar mətbuat konfransında iştirak ediblər

20:34
28 Oktyabr

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Sumqayıtda “Ülviyyət” adlı tədbirdə iştirak edib

20:28
28 Oktyabr

COP29-a hazırlıqla bağlı FHN tərəfindən görülən işlərin böyük hissəsi yekunlaşıb  

20:24
28 Oktyabr

Ağdamda 10 mindən çox ağac əkilib

20:14
28 Oktyabr

“Naxçıvan Muxtar Respublikasının yaranmasının Azərbaycanın siyasi tarixində rolu” mövzusunda konfrans işə başlayıb 

20:13
28 Oktyabr

Ən yaxşı ordusu olan ölkələr açıqlandı

19:27
28 Oktyabr

Zelenski: ABŞ-nin siyasəti dəyişsə, bizim üçün çətin olacaq

19:12
28 Oktyabr

Azərbaycan-Pakistan hərbi əməkdaşlığının daha da möhkəmləndirilməsi istiqamətində atılacaq addımlar müzakirə edilib

19:10
28 Oktyabr

“Volkswagen”in üç zavodu bağlanır  

19:05
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!