17 Iyul 2024 16:38
117
CƏMİYYƏT
A- A+

“AzerGold” tərəfindən Daşkəsəndə növbəti vətəndaş görüşü keçirilib

 

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Korporativ Sosial Məsuliyyət (KSM) Komitəsi tərəfindən Daşkəsən rayonunun ucqar Çovdar, Quşçu kəndləri, eləcə də digər yaşayış məntəqələrindən olan sakinlər ilə növbəti görüş keçirilib.

QSC-dən AZƏRTAC-a bildirilib ki, Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində keçirilən görüşdə “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini, KSM Komitəsinin sədri Xəyyam Fərzəliyev iştirak edib. X.Fərzəliyev çıxış edərək Səhmdar Cəmiyyətin fəaliyyət göstərdiyi Gəncə-Daşkəsən iqtisadi rayonunda, xüsusilə istismar işləri həyata keçirilən mədənlərin yaxınlığında yerləşən kənd və qəsəbələrin sakinlərinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi istiqamətində görülən işlərdən danışıb.

Qeyd edilib ki, “AzerGold” QSC məsuliyyət zonalarında dayanıqlı inkişaf məqsədlərini daim diqqətdə saxlamaqla dövlətimizin yürütdüyü sosial siyasətə töhfələrini verir. Səhmdar Cəmiyyət fəaliyyət göstərdiyi bölgədə yerli icmaların məşğulluq, təhsil, sağlamlıq, inklüziv inkişaf, idman, mədəniyyət və digər istiqamətlərdə inkişafı yönündə ardıcıl və sistemli layihələr icra edir. Cari il ərzində də bu istiqamətdə işlərin icrasının davam etdiriləcəyi diqqətə çatdırılıb. Daha sonra vətəndaşların müraciətləri dinlənilib, yeni təşəbbüslər və aktual məsələlər müzakirə edilib.

Xatırladaq edək ki, “AzerGold” QSC-nin KSM Komitəsi tərəfindən sosial ehtiyacların müəyyənləşdirilməsi məqsədilə bölgə əhalisi ilə ənənəvi görüşlərin təşkili davam etdiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video