Görəsən, xəstələrin günahı nədir?
Mən şəkərli diabet xəstəsiyəm. Yaşım 60-ı keçib. Amma yaşadığım Binəqədi qəsəbəsindəki poliklinikadan dərman preparatlarını almaq üçün olmazın müsibətlər çəkirəm.
Hər ayın 15-dən sonra sözügedən poliklinikaya yollanıb növbədə durmaq məcburiyyətində qalıram. Növbə gözləyənlərin isə sayı-hesabı olmur. Xəstələr hətta növbə tutmaq üçün səhər saat 6-dan gəlirlər. İşləyən vətəndaşlar üçün isə dərmanlarını almaq daha çətin olur. Çünki onların iş vaxtı saatlarla növbə gözləmək imkanları olmur.
Bir gün ayın sonu mənə dərman kağızımı almaq qismət oldu. Dərman verilən kabinetə yaxınlaşdım. Bildirdilər ki, ayın axırı olduğu üçün dərman yoxdur, gedib 9-cu mikrorayonda yerləşən aptekdən ala bilərsiniz. Dedim Binəqədidə 20-dən çox aptek var, niyə 9-cu mikrorayon? Sualıma cavab verən olmadı. Əlacsız qalıb deyilən ünvana üz tutdum. Orada mənə nə desələr yaxşıdır?! "Sizi bura niyə göndəriblər? Boş yerə bir belə yol qət etmisiniz. Bilmirlər ki, bizdə də dərman yoxdur..." Suyum süzülə-süzülə aptekdən əliboş ayrıldım. Öz-özümə sual verdim ki, görəsən, bizim təqsirimiz nədir ki, belə etinasızlıqla qarşılaşırıq?!
B.MİRZƏYEV,
Bakı şəhər Binəqədi qəsəbəsinin sakini
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Andrey Yatskin Azərbaycanda keçiriləcək parlament seçkilərində MDB PA müşahidə missiyasının koordina...
17 Iyul
“Euronews”: Yay mövsümündə Azərbaycanda hər kəsin zövqünə uyğun əyləncə var
17 Iyul
Dövlət Neft Fondu qızıla olan investisiyanın həcmini artırıb
17 Iyul
Multikulturalizm Mərkəzinin rəhbəri Malayziyada İslamofobiya tədbirində məruzə ilə çıxış edib...
17 Iyul
YAP tərəfindən deputatlığa irəli sürülmüş namizədlərin adları açıqlanıb
17 Iyul
MSK Şəkidə seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan regional seminar keçirib...
17 Iyul
Oğuzun yeni icra başçısı kollektivə təqdim olunub
17 Iyul
Daha yeddi itkin-şəhidin dəfn mərasimi keçiriləcək
17 Iyul
SOCAR ilə Sloveniya şirkəti arasında qaz təchizatı sahəsində Anlaşma Memorandumu imzalanıb
17 Iyul
DİN: Ötən gün 32 cinayətin üstünün açılması təmin olunub
17 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
Azərbaycan islam həmrəyliyini möhkəmləndirən ölkədir17 Iyul 2024
![](/uploads/img/posts/2024/07/17/Clipjpg-1721164495.jpg)
Ən böyük azərbaycanlı14 Iyul 2024
![](/uploads/img/posts/2024/07/14/h-0jpg-1720931652.jpg)
İlk Qurtuluş günü13 Iyul 2024
![](/uploads/img/posts/2024/07/13/1-16-1 copy Копированиеjpg-1720822565.jpg)
Qarabağ türk dünyasının əbədi dostluğunun rəmzinə çevrilir12 Iyul 2024
![](/uploads/img/posts/2024/07/12/17202756864283358409jpg-1720740093.jpg)
Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏ...11 Iyul 2024
![](/uploads/img/posts/2024/07/11/17207173555827441072_1200x630jpg-1720721554.jpg)
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!