17 Iyul 2024 15:47
142
DÜNYA
A- A+

Ayda ilk dəfə mağara tapılıb

İtalyan astronomlarlı  Ay orbital aparatı tərəfindən əldə edilmiş məlumatların analizləri zamanı peykdə səthaltı mağaranın olduğunu aşkar ediblər. Belə mağara Ayda potensial baza üçün ideal yer ola bilər.

Leonardo Carrer və Lorenzo Bruzzonenin rəhbərliyi altında alimlər 2010-cu ildə “NASA Lunar Reconnaissance Orbiter” adlı aparat vasitəsilə Ay səthinin çəkilmiş radar fotolarını incələyiblər. Mütəxəssislər belə bir nəticəyə gəliblər ki, Ay səthinin sahələrindən birində əks olunmuş siqnalın uzunluğu onlarla metr olan səthaltı boşluğa və ya tunelə işarə edir.

Kəşf edilmiş mağara 1969-cu ildə reallaşdırılmış “Apollo-11” missiyasının eniş sahəsinin yaxınlığında 100 metr dərinlikdə yerləşir. Alimlərin fikrincə, sözügedən mağara radiasiyadan, meteroitlərdən və Ay səthindəki daimi temperatur dəyişikliklərindən ideal qorunma yeri ola bilər. Daha əvvəllər Ay səthində bu cür tunellər yalnız fərziyyə xarakteri daşıyırdılar. Lakin indi onların mövcudluğu təsdiqlənib.

 

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video