Körpüyə və kəndarası yolların təmirinə ehtiyacımız var
Şamaxının Qaleybuğurd kəndində doğulmuşam. Dağlar arasında yerləşən, 1400 nəfərin yaşadığı kəndimizin havası təmiz, suları şəfalıdır.
Gündüzləri sərin, gecələri ilin bütün fəsillərində soyuq olan kəndə yay aylarında insan axını olur. İstidən qaçan şəhər camaatı kəndimizdə rahatlıq tapır. Onu da qeyd edim ki, Qaleybuğurdla yanaşı, Fis, Keçməddin və Qaladərəsi kəndlərində 4500 nəfər əhali yaşayır. Bu kəndlərin də təbiəti gözoxşayır. Turizmin inkişafı üçün bu yerlərdə hər şey var. Bircə körpüdən və kəndarası yollardan başqa.
4 kəndə gedən yol Ağsu çayından keçir. Bu çay sulu çaydır. Son günlərin yağışlarında isə çayda sululuq daha da artıb. Kəndə gələn qonaqlar xeyli müddət çay keçilməz olduğundan geri dönə bilməyiblər.
Əlaqədar təşkilatlardan xahişimiz var. 4 kəndə gedən yolda - Ağsu çayının üzərindən körpü salınsa, əsas problemimiz aradan qalxar. İkinci xahişimiz isə yoldur. Kəndarası yolların bərbad olması bu yerlərə gəlmək istəyən qonaqları fikirlərindən daşındırır. Əgər bu iki problem həll olunarsa, paytaxtdan çox da uzaq olmayan kəndimiz turizm məkanına çevrilər.
Şəfa MƏHƏRRƏMOV,
Mübariz KƏRİMOV,
Cəlil CƏLİLOV,
Şamaxı rayonu Qaleybuğurd kəndinin sakinləri
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Multikulturalizm Mərkəzinin rəhbəri Malayziyada İslamofobiya tədbirində məruzə ilə çıxış edib...
17 Iyul
YAP tərəfindən deputatlığa irəli sürülmüş namizədlərin adları açıqlanıb
17 Iyul
MSK Şəkidə seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan regional seminar keçirib...
17 Iyul
Oğuzun yeni icra başçısı kollektivə təqdim olunub
17 Iyul
Daha yeddi itkin-şəhidin dəfn mərasimi keçiriləcək
17 Iyul
SOCAR ilə Sloveniya şirkəti arasında qaz təchizatı sahəsində Anlaşma Memorandumu imzalanıb
17 Iyul
DİN: Ötən gün 32 cinayətin üstünün açılması təmin olunub
17 Iyul
Ermənistanda yüksəkrütbəli məmurların hamısı uzunmüddətli məzuniyyətə gedib
17 Iyul
İcraçı direktor: Paytaxtımız müstəmləkəçiliklə mübarizə fəaliyyətlərinin və dekolonizasiya proseslər...
17 Iyul
Dövlət Neft Fondunun aktivləri 58 milyard dolları ötüb
17 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
Azərbaycan islam həmrəyliyini möhkəmləndirən ölkədir17 Iyul 2024
![](/uploads/img/posts/2024/07/17/Clipjpg-1721164495.jpg)
Ən böyük azərbaycanlı14 Iyul 2024
![](/uploads/img/posts/2024/07/14/h-0jpg-1720931652.jpg)
İlk Qurtuluş günü13 Iyul 2024
![](/uploads/img/posts/2024/07/13/1-16-1 copy Копированиеjpg-1720822565.jpg)
Qarabağ türk dünyasının əbədi dostluğunun rəmzinə çevrilir12 Iyul 2024
![](/uploads/img/posts/2024/07/12/17202756864283358409jpg-1720740093.jpg)
Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏ...11 Iyul 2024
![](/uploads/img/posts/2024/07/11/17207173555827441072_1200x630jpg-1720721554.jpg)
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!