04 Aprel 2025 17:56
543
CƏMİYYƏT
A- A+
Yeni Azərbaycan Partiyası Zəngilan Rayon Təşkilatının yaranmasının 31 illiyi qeyd olunub

Yeni Azərbaycan Partiyası Zəngilan Rayon Təşkilatının yaranmasının 31 illiyi qeyd olunub


Aprelin 4-də Zəngilan rayonunun Ağalı kəndində Yeni Azərbaycan Partiyasının Zəngilan rayon təşkilatının 31-ci ildönümü münasibəti ilə “Qəhrəman xalqın şanlı partiyası-YAP” adlı  tədbir təşkil olunub.

Tədbirdə rayon təşkilatının sədri Natiq Quluzadə, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin məsul əməkdaşları Ceyhun Həsənov, Cahid Mövlayev, “Azərbaycan” qəzetinin məsul katibi, tarix üzrə fəlsəfə doktoru Elçin Vəliyev, Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Möhübbət Səmədov, Ağalı kənd tam orta məktəbinin direktoru Azər Niftəliyev, rayon ziyalıları, şəhid ailələri, qazilər və partiya fəalları iştirak ediblər.

İlk olaraq Şəhidlər Xiyabanı  və Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət olunub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə edilib.    

Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.                                                                     

Daha sonra Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolunu əks etdirən videoçarx nümayiş olundu.

Rayon təşkilatının sədri Natiq Quluzadə giriş nitqi ilə çıxış edərək bildirdi ki, Yeni Azərbaycan Partiyasının tarix ərzində əldə etdiyi uğurları və gələcək hədəfləri ilə xalqımızın birliyini və gücünü təmsil edən rəqibsiz bir siyasi təşkilat olaraq, ölkəmizin inkişafı naminə fəaliyyətini hər zaman uğurla  davam etdirəcəkdir. O qeyd edib ki, partiya Ulu Öndər Heydər Əliyevin uzaqgörən ideyaları əsasında qurulmuşdur və onun əsas prinsipləri milli həmrəylik, dövlətçiliyin möhkəmləndirilməsi və Azərbaycanın müstəqilliyinin qorunmasıdır. Bu ideyaların Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin hərtərəfli inkişafına əsas yaratmış, gələcək nəsillərə daha güclü, daha firavan bir Azərbaycan təqdim etmək məqsədini həyatımıza gətirmişdir.

Sədr əlavə edib ki, rayon təşkilatımız partiyamızın ən fəal qollarından biri olaraq partiyanın ideya və məqsədlərini yerli səviyyədə həyata keçirərək uğurlu fəaliyyət  qurub. O qeyd edib ki,  Zəngilan rayonunun yenidən qurulması və Ağalı kəndinin inkişafı partiyamızın uğurlu fəaliyyətinin bariz nümunəsidir və 31 illik yubiley münasibəti ilə rayon təşkilatının üzvlərini təbrik edərək partiyanın fəaliyyətinə uğurlar arzulayıb.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin məsul əməkdaşı Ceyhun Həsənov, “Azərbaycan” qəzetinin məsul katibi, tarix üzrə fəlsəfə doktoru Elçin Vəliyev və digərləri çıxış edərək, Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi mürəkkəb və şərəfli yoldan söhbət açıblar. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atdığını, bu uğurların zirvəsində tarixi Zəfərimizin dayandığını, Ağalı kəndinin bu tədbirə ev sahibliyi etməsinin tarixi əhəmiyyətini də xüsusi vurğulayıblar.  Onlar, həmçinin, rayon təşkilatının yaranmasının 31 illik yubileyi münasibəti ilə öz səmimi təbriklərini çatdıraraq bu əlamətdar günün əhəmiyyətini qeyd etdilər.

Sonda partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi, eləcə də rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya veteranına və fəalına Fəxri Fərman təqdim edilib.

Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekunlaşıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Melikset Paşayan Ağdamın Azərbaycana aid olduğunu bilə-bilə orada Ermənistan hərbçisi kimi xidmət keçdiyini etiraf edib  

22:00
10 Aprel

Bakıda Qətər Mədəniyyəti Günlərinin rəsmi açılış mərasimi keçirilib

21:59
10 Aprel

Davit Allahverdiyan Azərbaycanın vaxtilə işğal edilmiş suveren ərazilərində becərilən taxıl məhsulunun Ermənistana göndərildiyini etiraf edib  

21:29
10 Aprel

Ermənistan vətəndaşından məhkəmədə etiraf: Hərbi xidmətə Cermuxdan Füzuliyə getdim

21:09
10 Aprel

Hərbi polisin yaranmasının 33-cü ildönümü qeyd olunub

19:58
10 Aprel

Azərbaycanda enerji səmərəliyi sahəsində yeni dövlət standartları qəbul edilib

19:21
10 Aprel

İƏİT forumunda Azərbaycanın ticarət və nəqliyyat əlaqələrinin artırılması məqsədilə görülən tədbirlər haqqında məlumat verilib

19:08
10 Aprel

Şimşək çaxır, yağış yağır, küləyin sürəti güclənib - FAKTİKİ HAVA

18:54
10 Aprel

Ağbənd körpüsünün 2026-cı ilin əvvəlində istifadəyə verilməsi planlaşdırılır  

18:53
10 Aprel

 Ayın uzaq keçmişdə Yerin bir hissəsi olduğu düşünülür

18:47
10 Aprel

“AzerGold”un İdarə Heyətinin sədri 4-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirib

18:40
10 Aprel

Əslən erməni tarixçi: Qafqaz Albaniyası barədə həqiqətlərin tam araşdırılması ilə erməni kilsəsi haqqında da bir çox həqiqətlər məlum olacaq  

18:35
10 Aprel

Liviya Dövləti Prezident Şurası Sədrinin müavini Musa Al-Kunidən

18:32
10 Aprel

Fransada jurnalistlər Milli Assambleyadan qovulublar

18:31
10 Aprel

İstanbulda Rusiya və ABŞ nümayəndə heyətlərinin görüşü keçirilib

18:31
10 Aprel

Milli Onkologiya Mərkəzinin Baş direktoru akademik Cəmil Əliyev beynəlxalq simpoziumun iştirakçılarını qəbul edib  

18:28
10 Aprel

Baş nazir Əli Əsədov Moldova Baş nazirinin müavini ilə görüşüb

18:27
10 Aprel

Kopenhagen dünyanın ən xoşbəxt şəhəri elan edilib

18:23
10 Aprel

Prezident İlham Əliyevin “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı dünya mediasının diqqət mərkəzində olub 

18:22
10 Aprel

Dmitri Peskov: Rusiya ilə ABŞ arasında İstanbulda keçirilən danışıqlar yalnız ikitərəfli münasibətlərlə bağlıdır  

18:20
10 Aprel

Vatikanda Qafqaz Albaniyası irsinə həsr edilən elmi konfrans işə başlayıb

18:18
10 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!