“Xocalıya ədalət!” şüarı altında nəşr edilən “Xocalının səsi” qəzetinin ilk sayı 9 iyul 1991-ci ildə işıq üzü görüb. Düşmən tərəfi həmin ərəfələrdə işğal planları hazırlayırdı. Rayonun rəsmi mətbuat orqanı olan “Xocalının səsi” elə həmin dövrlərdən başlayaraq, real hadisələri olduğu kimi oxucularına çatdırmağa çalışırdı.
Qəzetin baş redaktoru Qalib Bəyməmmədoğlu deyir ki, rəhbəri olduğu mətbuat orqanı hazırda 8 səhifə, 600 tirajla nəşr edilir: “Burada yer alan yazılar sosial şəbəkə hesablarında və xocalininsesi.info saytı vasitəsilə geniş oxucu auditoriyasına çatdırılır. Qəzetin səhifələrində Qarabağ müharibəsinə, erməni vəhşiliklərinə, Xocalı soyqırımına aid mövzularla yanaşı, ümumrayon tədbirləri, respublikada baş verən əlamətdar hadisələr və ölkə Prezidentinin apardığı uğurlu siyasət öz əksini tapır”.
“Xocalının səsi” fəaliyyətini bir çox mövzular üzrə davam etdirir: müstəqil dövlətimizin və onun başçısının apardığı daxili və xarici siyasətə sadiqlik, Qarabağ müharibəsinin əsl mahiyyətini açıqlamaq, xalqımızın mübariz əhvali-ruhiyyəsini, monolit birliyini təbliğ etmək, respublikamızda və xocalılıların yığcam şəkildə yaşadığı, daha çox məskunlaşdıqları ərazilərdə baş verən mühüm yenilikləri geniş oxuculara çatdırmaq, daşnakların riyakar əməllərini ifşa etmək, həqiqəti, xalqımızın ədalətli mövqeyini dünyaya çatdırmaq.
Bunlardan başqa, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasına yardım etmək, yurdundan didərgin salınmış məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlətin yürütdüyü humanitar, sosial siyasəti öz səhifələrində müntəzəm işıqlandırmaq, möhtəşəm Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsində xalqımızın həmrəyliyindən, müzəffər ordumuzun hünərindən, Ali Baş Komandanımızın qətiyyətindən yazılar dərc etmək, şəhidlərimizi, qazilərimizi, Vətən uğrunda canlarından keçən mübarizlərimizin davamçıları kimi tanınan igid oğullarımızı yad etmək, onların şərəfli döyüş yolunu qələmə almaq kimi mühüm məsələlər qəzetin daimi mövzularındandır.
Bütün keçmiş məcburi köçkünlər kimi, xocalılılar da doğma torpaqlarına qayıdacaqlarına əmin idilər. Şükürlər olsun ki, onların da, yurdları işğal olunmuş digər insanların inamları gerçəkləşdirildi. Xalqımızın həmrəyliyi, ordumuzun gücü və Ali Baş Komandanımızın qətiyyətli mövqeyi nəticəsində torpaqlarımızın ərazi bütövlüyü təmin olundu, Vətən müharibəsində Xocalı qatilləri məhv edildi. Bu şanlı Qələbəmizi qəzet də özünün səhifələrində qürur və fəxr hissi ilə işıqlandırır.
“Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasına töhfə verməyə çalışan qəzetin kollektivinə bundan sonra yeni həyatdan, dinc quruculuqdan, Qarabağın nurlu sabahlarından yazmağı arzulayırıq.
Məhəmməd NƏRİMANOĞLU,
“Azərbaycan”
Özəl tibb müəssisəsini seçmək hüququ yalnız pasiyentə məxsusdur
Bu ilin birinci rübündə proaktiv qaydada 40 minə yaxın şəxsə müavinət və təqaüd təyin olunub
Qazaxıstanda TDT ölkələri arasında əməkdaşlığa dair Memorandum imzalanıb
Uşaqların I sinfə qəbulu prosesi başlayır
Azərbaycanın Avropanın qaz təchizatında rolu artır
Bakıda 53 evin qaz sayğaclarını oğurlayan şəxslər saxlanılıb
Cəbrayılda sursat partlayışı nəticəsində xəsarət alan hərbçi dünyasını dəyişib
2025-ci ildə Ümumdünya Sağlamlıq Günü ana və uşaq sağlamlığı mövzusunda qeyd edilir
Ağdaşda Aqrar Biznes Festivalı keçirilib
Bakıdan Kişinyova hər gün uçuşlar həyata keçiriləcək
Daşkənddə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin dördüncü konfransı keçirilib
Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 81 nəfər saxlanılıb
Dünya birjalarında neft ucuzlaşıb
Azərbaycanın ilk satirik jurnalının yaranmasından 119 il ötür
Şuşada növbəti əmək yarmarkası keçirilib
Piylənmənin səviyyəsi artdıqca sağlamlıq riskləri də artır - TƏDQİQAT
Serbiya Prezidenti yeni hökuməti qurmağı Duro Macuta tapşırıb
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Türk Mədəniyyəti və İrsi Fondu əməkdaşlığı möhkəmləndirir
Paytaxtda hava əsasən yağmursuz, bəzi dağlıq ərazilərdə isə yağıntılı olacaq
Azərbaycanın sərbəst güləş komandası Gimnaziadanı 10 medalla başa vurub
Azərbaycan-Mərakeş parlamentlərarası münasibətlərinə dair fikir mübadiləsi aparılıb
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
SÜLHSEVƏR DÜNYANIN FİKİR ÜNVANI03 Aprel 2025
Yenidən qurulan Ağdamda Böyük qayıdış təntənəsi02 Aprel 2025
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik28 Mart 2025
Son 5 ilin Novruzu20 Mart 2025
Mediasiyanın effektivliyinin artırılması məqsədilə bir sıra normalar təkmilləşdirilir19 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!