10 Fevral 2025 18:19
640
CƏMİYYƏT
A- A+
Xıdır Nəbi bayramının özünəməxsus şəkildə qeyd olunduğu kənddən 

Xıdır Nəbi bayramının özünəməxsus şəkildə qeyd olunduğu kənddən 


Novruzun gəlişinin ilk müjdəçisi Xıdır Nəbi bayramıdır (Xızır Nəbi bayramı kimi də tanınır – red.). Bu bayram qərb bölgəsində fevralın 10-dan 11-nə keçən gecə qeyd olunur. Kiçik çillənin sonuncu ongünlüyü bitdikdən sonra yazın müjdəçisi olan Xıdır gecələri başlayır və bir neçə gün davam edir. Əfsanəyə görə, peyğəmbər Xıdır Nəbinin adı ilə bağlı olan həmin gecə yazın gəlişinin ilk müjdəçisi olduğundan yüz illərdir hər il eyni tarixdə sakinlər tərəfindən bayram gecəsi kimi qeyd edilir.

AZƏRTAC xəbər verir ki, Tovuzun Yuxarı Öysüzlü kəndinin sakinləri yüzilliklərdən bəri gələn özünəməxsus tarixi adət-ənənələrini bu günədək yaşadırlar. Ölkəmizdə baharı ən erkən məhz bu kəndin sakinləri qarşılayırlar desək, yanılmarıq. Hər il fevralın 10-dan 11-nə keçən gecəyə təsadüf edən “Xıdır gecəsi”, “Xıdır bayramı” bütün kənd əhalisi tərəfindən qeyd olunur. Artıq bu mərasimi ənənə halına salan sakinlərə ətraf kəndlərdən də qoşulanlar olur. Onlar Xıdır Nəbi bayramını yaşadıqları kənddə deyil, məhz Yuxarı Öysüzlüdə qeyd edirlər. Sakinlər bayramı inanc yeri olan Xan çinarının ətrafına toplaşıb, tonqal yandırmaqla və ağac dibinə şamlar düzməklə keçirirlər. Həmçinin evlərdə şirniyyatlar bişirilir, həyətlərdə tonqallar yandırılır. Bu bayramın özəlliklərindən biri də odur ki, gecə məhz Xıdır Nəbinin simvolu olan qovud bişirilir. Yuxarı Öysüzlü sakinləri qovud adlanan şirniyyat hazırlayırlar.

Kəndin 80 yaşlı sakini Tamara Namazova deyir ki, Xıdır Nəbi bayramına hər il xüsusi hazırlıq işləri görürlər. Evlər təmizlənir, qapı-baca süpürülür, yaz işlərinə başlanılır. "Xıdır Nəbi yazın, Novruzun gəlişindən xəbər verir. Bu bayramda əsas hazırladığımız şirniyyat qovutdur. Buğda və qarğıdalı unu, şəkər tozu və bəkməzdən hazırlayırıq. Bu, bizim qədim ənənəmizdir", - deyə T.Namazova bildirib.

Tədqiqatçıların fikrincə, əvvəllər Xıdır Nəbi bayramında ayinlər belə bir deyimlə başlayırmış:


Mən Xıdırın quluyam,

Boz atının çuluyam.

Atının arpasıyam,

Ayağının nalıyam!


Hazırlanan qovud şirniyyatına isə gün çıxana qədər heç kəs toxuna bilməz. Çünki inanca görə gecə xeyir-dua paylayan Xıdır Nəbi boz atı ilə gəlir, qamçısı ilə qovuta toxunur və payını götürür. Səhər qovutu yoxlayan insanlar Xıdır Nəbinin qamçısının izini axtarırlar, izi görəndə xoşbəxt olurlar. Bu, həmin evin Xıdır Nəbinin xeyir-duasını əldə etdiyini göstərir. Ailə üzvləri qovutu öz aralarında paylaşır və yeyirlər.

İnanca görə, bu gündən sonra qışın məşəqqətləri arxada qalır, təbiətdə yazın nəfəsi duyulur. Mifoloji qəhrəman Xıdır Nəbi bərəkət paylayır. Xıdır Nəbi gecələrinin bayram edilməsi, həm də günlərin uzanması, havaların nisbətən isinməsi, yazın gəlişinin hiss olunması ilə bağlıdır. Elə buna görə də insanlar bir-birini Xıdır Nəbi bayramı münasibətilə təbrik edir, yaz fəslinə, bayramlara hazırlıqlar başlayır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!