20 Dekabr 2024 08:25
193
SİYASƏT
A- A+
Xarici siyasət milli mənafeyimizə xidmət edir

Xarici siyasət milli mənafeyimizə xidmət edir


Hazırda dünyada baş verən siyasi proseslər qlobal səviyyədə narahatlıq doğurur. Belə ki,  Qərb və Şərq bloku arasında başlanan siyasi qarşıdurma özünün pik həddinə çatmaq üzrədir. İndiki gərginlik o səviyyəyə çatıb ki, bir çox dövlət başçıları, siyasətçilər, hərbi mütəxəssislər Üçüncü Dünya müharibəsinin başlandığını deyirlər.

Yaranmış vəziyyət hər bir dövlətdən öz mövqeyini müəyyənləşdirməyi tələb edir. Xüsusilə  Qərb blokunun özü kimi düşünməyənlərə qarşı müxtəlif vasitələrlə təsir göstərmək cəhdlərinin qəbul edilməsidir. 44 günlük Vətən müharibəsindən sonra Qərbin belə haqsız hücumlarına ən çox məruz qalan ölkələrdən biri də  Azərbaycandır. Ölkəmizin atdığı bütün addımlar beynəlxalq hüquq və normalara uyğun olsa da, hər vəchlə Azərbaycanı günahkar çıxarmaq istəyirlər. Biz torpaqlarımız 30 il erməni işğalı altında qalanda Qərbin ikili standartlarının şahidi olmuşuq. Tarixi qələbəmizdən sonra belə bir münasibət daha qabarıq şəkildə özünü büruzə verdi.

Ölkəmizin apardığı xarici siyasətin ana xətti beynəlxalq hüquq və normalara riayət etməklə milli mənafeyini qorumaqdır. Prezident İlham Əliyev həmişə Qərb dövlətlərinin ikili standartlardan yanaşma siyasətini tənqid edərək onları ədalətli olmağa dəvət edib. Bunun əvəzində ölkəmizə qarşı müxtəlif məkrli planların qurulduğunun şahidi oluruq. Ancaq bizə qarşı olan bütün təhdidlərə rəğmən Azərbaycan tutduğu doğru yoldan çəkinmir və öz prinsipial mövqeyində qalmaqda davam edir.

Torpaqlarımız düşmən işğalından azad olunduqdan sonra ölkəmiz daha sərbəst xarici siyasət aparmaq imkanı qazanıb. Belə ki, bir çox qlobal məsələlərdə ölkəmiz subyektiv deyil, aktor kimi çıxış edir. Xüsusilə Orta dəhlizdə və "Şimal-Cənub" marşrutunda həlledici rol oynayır. İndi ticarətin ənənəvi marşrutlarında yaranan problemlərdən sonra dünya ölkəmizə ümid yeri kimi baxır. Ölkəmizə qarşı ədalətsiz qərar və qətnamələr qəbul edən Avropa strukturları və dövlətləri ölkəmizin bu sahədəki aparıcı rolunu inkar edə bilmirlər.

Prezident İlham Əliyevin apardığı xarici siyasətin iki mühüm istiqaməti var. Birincisi, yaxşı əlaqələrimiz olan dövlətlərlə münasibətləri üst səviyyəyə çıxarmaqdır. İkincisi, yeni tərəfdaşlar tapıb onlarla milli mənafeyimizə uyğun əməkdaşlıq qurmaqdır.  Son dövrlər ölkəmizin bu sahədə apardığı siyasətə və dünyanın müxtəlif regionlarımızdakı dövlətlərlə bağlanan müqavilələrə diqqət yetirdikdə görürük ki, doğru yoldayıq.

İndiki halda Cənubi Qafqaz dünyanın ən önəmli regionuna çevrilib. Belə ki, bir-biri ilə rəqabət aparan Qərb və Şərq blokları üçün yerləşdiyimiz coğrafiya mühüm əhəmiyyət kəsb edir. Ona görə ki, indi dünya ticarətinin iki əsas marşrutu Cənubi Qafqazdan keçir. Regionumuzda söz sahibi olan əsas ölkə isə Azərbaycandır. Qərb bölgəmizdə yerləşib söz sahibi olmaq üçün Ermənistanı tərəfdaş seçib. İndi onlara məlum olub ki, bu, yanlış siyasətdir, ancaq "kor tutduğunu buraxmaz" prinsipindən də əl çəkə bilmirlər. Şərq blokunun əsas ölkələri olan Rusiya və Çin bölgədə kimin söz sahibi olduğunu düzgün müəyyən edərək Azərbaycanı Cənubi Qafqazda özünə tərəfdaş seçib. Artıq Qərb regionumuzda uduzduğunun fərqindədir. Buna görə də hərdən ölkəmizə qarşı müsbət bəyanatlar səsləndirməklə münasibətləri yumşaltmağa çalışır.

Prezident İlham Əliyevin "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova verdiyi müsahibəsində ölkəmizin xarici siyasətindən bəhs edib, qlobal səviyyədə baş verən hadisələrə münasibətini bildirib. Dövlətimizin başçısı həmişə olduğu kimi, bu müsahibəsində də ölkəmizin milli maraqlarını önə çəkib. Xüsusilə Ermənistanla Azərbaycan arasında baş verən siyasi prosesləri şərh edib, sülh müqaviləsinin indiyədək imzalanmamasının səbəblərini açıqlayıb. Bu, vacib bir məsələdir. Ermənilər tez-tez sülh müqaviləsini imzalamağa hazır olduğunu bəyan edərək dünya ictimaiyyətini çaşdırmaq istəyirlər. Məqsədləri Azərbaycanı sülhə mane olan tərəf kimi göstərməkdir.

Prezident İlham Əliyev Ermənistanla sülh müqaviləsinin imzalanması üçün ölkəmizin prinsipinin mütləq yerinə yetirilməsinin əsas şərt olduğunu bildirərək demişdir: "Erməni tərəfinin həyata keçirməli olduğu daha iki məqam var. Birincisi, öz konstitusiyasını dəyişməkdir. Çünki konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik bəyannaməsinə istinad var, burada keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Ermənistanın bir hissəsi elan olunur. Ona görə də konstitusiyanın dəyişdirilməsi bizim istəyimiz deyil, sadəcə, obyektiv şərtdir. Bizim ikinci şərtimiz ATƏT-in Minsk qrupunun ləğvidir. Bu məsələ konsensusla həll edildiyinə görə, formal olaraq bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. Hərçənd ATƏT-in Minsk qrupu artıq çoxdandır fəaliyyətsizdir, amma formal olaraq mövcuddur və bizim məsələmiz ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır? Yəni Ermənistanın onun ləğv edilməsini, ATƏT-in Minsk qrupunun ləğv edilməsi üçün bizimlə birlikdə ATƏT-ə müraciət etməyi istəməməsi onu göstərir ki, revanşistlərin planları kifayət qədər ciddidir".

Dövlət başçısı verdiyi müsahibədə Rusiya-Azərbaycan münasibətlərinin yaxşı olduğunu bildirib. Vurğulayıb ki, iki ölkə arasında münasibətlər müttəfiqlik xarakteri daşıyır. Dövlət başçısı bildirib ki, Rusiya ilə Azərbaycan iki etibarlı tərəfdaş kimi siyasi-iqtisadi əlaqələrini davam etdirirlər. Sözsüz ki, Prezident İlham Əliyevin şimal qonşumuzla yaratdığı isti münasibətlər ölkəmizin milli maraqlarına cavab verir.

Prezident İlham Əliyev Qərbin ikili standartlarını tənqid edərək demişdir ki, bizim yerimiz türk dünyasındadır. Buna görə də Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının qlobal güc səviyyəsinə çatması üçün ən çox səy göstərən dövlət başçısıdır. Mədəni birlik yaratmaqdan başlanan bu siyasət indi Türk Dövlətləri Təşkilatının siyasi və iqtisadi birliyinə çevrilib. Belə olanda bizim Qərbin yalançı və şirnikləndirici təkliflərinə ehtiyacımız yoxdur.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mixail Qusman Azərbaycanın qış kurortlarından bəhs edib

23:15
22 Dekabr

Hakkan Fidan: Türkiyə olaraq tarixin doğru tərəfində durmağımızın haqlı qüruru içindəyik  

21:12
22 Dekabr

Donald Tramp prodüseri Böyük Britaniyaya xüsusi elçi təyin edib

20:51
22 Dekabr

Heydər məscidində vəhdət namazı qılınıb

19:35
22 Dekabr

Prezident Kubokunun qalibləri mükafatlandırılıb

19:30
22 Dekabr

Gürcüstan Prezidenti Salome Zurabişvili həbs oluna bilər

19:01
22 Dekabr

Azərbaycan Din Xadimlərinin Forumunun iştirakçıları İlahiyyat İnstitutunun fəaliyyəti ilə tanış olublar

18:43
22 Dekabr

Azərbaycan Din Xadimlərinin Forumunun iştirakçıları Fəxri xiyabanı ziyarət ediblər

18:17
22 Dekabr

Türkiyə XİN: Terrorla mübarizədə Pakistanla qətiyyətli həmrəyliyimizi bir daha vurğulayırıq

18:03
22 Dekabr

Xaçmazlı şəhidlərin döyüş yolundan bəhs edən film təqdim olunub

17:48
22 Dekabr

Türkiyə hakimiyyəti qaçqınların Suriyaya qaytarılması prosedurunu sadələşdirib

15:12
22 Dekabr

Türkiyədə baş verən helikopter qəzasında dörd nəfər həlak olub 

15:10
22 Dekabr

Tələbə Psixoloqların IV Respublika Konfransı keçirilib

15:07
22 Dekabr

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

15:01
22 Dekabr

Çində dünyanın ən böyük buz və qar tematik sərgisi açılıb

14:59
22 Dekabr

Qubada Prezident Kubokuna start verilib

12:01
22 Dekabr

Almaniyanın Maqdeburq şəhərində Milad yarmarkasına hücum nəticəsində həlak olanların sayı 5-ə çatıb

11:52
22 Dekabr

Bir ovuc torpaq...

09:19
22 Dekabr

Avropa terrora təslim olur

09:13
22 Dekabr

Bakı qışa necə hazırlaşır?

09:04
22 Dekabr

"Makron rejimi Fransanı uğursuz dövlətə çevirib"

08:53
22 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!