20 Mart 2025 08:10
620
SİYASƏT
A- A+
USAID casus şəbəkəsi ifşa olundu

USAID casus şəbəkəsi ifşa olundu


Bunu ABŞ-nin özü edib


"Azərbaycanın dövlət müstəqilliyinin bərpasından dərhal sonra USAID də daxil olmaqla, ABŞ və Avropanın bir çox siyasi institutları, maliyyə fondları, hüquq-müdafiə təşkilatları digər postsovet ölkələrində olduğu kimi, ölkəmizdə də fəaliyyətə başladılar. Qarşılıqlı faydalı və sağlam əməkdaşlığa, ölkədə vətəndaş cəmiyyəti quruculuğu prosesinin, çoxpartiyalı siyasi sistemin, müstəqil medianın inkişafına önəm verən Azərbaycan dövləti bu institutların, fondların və təşkilatların fəaliyyətinə mümkün qədər imkan yaratdı, sivil, etimadlı münasibətlər sisteminin formalaşmasında maraqlı olduğunu nümayiş etdirdi".

Bu fikirləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib. O bildirib ki, zaman keçdikcə sözügedən təsisatların "vətəndaş cəmiyyəti institutlarının formalaşmasına, çoxpartiyalı siyasi sistemin və müstəqil medianın inkişafına dəstək" adı altında həyata keçirdikləri çoxsaylı layihələrin hədəfi heç də elan edilən istiqamətlərdə Azərbaycan dövlətinin maraqlarına və müstəqil inkişaf perspektivlərinə uyğun nəticələr əldə etmək olmadığı ortaya çıxdı. Məqsəd Azərbaycan dövlətinin müstəqil iradəsinə təsir göstərə biləcək təzyiq alətləri yaratmaq, ehtiyac duyulduğu zaman geosiyasi, iqtisadi və digər maraqların təmin edilməsi üçün bu alətlərdən dövlətimizə və xalqımıza qarşı istifadə etmək, təslimçilik ruhu aşılamaq, özünəməxsus şəbəkə formalaşdırmaq idi. Həmçinin bu təsisatların fəaliyyəti radikal siyasi qüvvələrin antidövlət fəaliyyətinə dəstək vermək, milli dəyərlərinə arxa çevirən, hədəfi olmayan, kənardan ötürülən siyasi texnologiyalarla idarə olunan cəmiyyət və marionet dövlət idarəçilik sistemi formalaşdırmağa yönəlmişdi. "Azərbaycan dövləti gücləndiyi, dövlət idarəçilik institutlarının fəaliyyətinin təkmilləşdiyi, milli dövlətçilik ənənələrinə və prinsiplərinə sadiq qalan qüvvələrin mövqelərinin möhkəmləndiyi halda və siyasi proseslərin alt qatlarında cərəyan edən hadisələr aşkara çıxdıqca, USAID, NED, Fridrix Nauman, Marşall, İREX və bu kimi digər qurumların əsas hədəfinin ölkəmizdə "beşinci kolon" formalaşdırmaqdan ibarət olduğu göz önünə sərgiləndi. Bəlli oldu ki, ölkəmizdə həyata keçirilən layihələrə ayrılan vəsaitlər siyasi qüvvələrin, media resurslarının, qeyri-hökumət təşkilatlarının ələ alınmasına xidmət edib", - deyə deputat əlavə edib.

E.Mirzəbəyli qeyd edib ki, 2000-ci illərin əvvəllərindən etibarən bir sıra postsovet ölkələrində, daha sonra isə Yaxın Şərq və Aralıq dənizi hövzəsində həyata keçirilən "rəngli inqilab" ssenariləri ABŞ və Avropanın bəzi dövlətləri tərəfindən geosiyasi təsir alətləri, "yumşaq güc" mexanizmi kimi yaradılmış bu təsisatların Azərbaycandakı strateji hədəflərinin də mahiyyətini gün işığına çıxarıb. Şübhəsiz ki, eyni ssenarilərin Azərbaycanda da həyata keçirilməsinə səy göstərildi, lakin təxminən 10 ilə yaxın zaman kəsiyində planı cızılan və addım-adım həyata keçirilən bütün təxribatlar dövlətimizin gücü, çevik müdaxiləsi və xalqın iradəsi nəticəsində iflasa uğradı. Radikal müxalifətin zaman-zaman ən müxtəlif adlar altında yaratdığı təsisatlar məhz Qərbin dəstəyi sayəsində ortaya çıxır, maliyyələşdirilir və ayrı-ayrı "beynəlxalq" təsisatlar tərəfindən açıq şəkildə dəstəklənirdilər. Lakin xarici qüvvələrin bu yolla radikal müxalifətin hakimiyyətə qarşı birliyini təmin etmək, ondan güclü alternativ formalaşdırmaq cəhdləri baş tutmadı, xalq süni şəkildə stimullaşdırılan bu prosesi və onun pozucu iştirakçılarını qəbul etmədi, nəticədə bir sıra postsovet ölkələrinin bugünkü problemlərinin kökündə dayanan kataklizm ssenarilərini Azərbaycanda reallaşdırmaq mümkün olmadı.

E.Mirzəbəyli vurğulayıb ki, ABŞ Mərkəzi Kəşfiyyat qurumunun alt qolu kimi yaradılan USAID və bu kimi digər "institutlar"ın təcrübəsində hətta "təcili qrantların ayrılması" da olub: "Bu, əksər hallarda bu və ya digər ölkəyə qarşı total kampaniyaların aparılması üçün bəhanələrin yaradılmasına xidmət edib. Mexanizm belədir: öncə "təcili qrantlar" vasitəsilə hansısa ölkədə "fundamental hüquq və azadlıqların pozulduğunu" nümayiş etdirən bəhanə və bu bəhanənin ətrafında "beşinci kolon"un təmsilçiləri, eləcə də onların qopardığı hay-küyün təsiri altına düşənlər vasitəsilə ajiotaj yaradılır. Sonra dövlət və hakimiyyət orqanlarının səhnələşdirilmiş bəhanənin "günahkarlar"ını məsuliyyətə cəlb etmək marağında olmadığı barədə iddialar körüklənməyə başlayır. Bundan sonrakı prosesdə isə USAID, NED və digər "institutlar" tərəfindən maliyyələşdirilən "beynəlxalq insan hüquq və azadlıqlarını müdafiə təşkilatları" işə salınır. Bu "təşkilatlar" da öz növbəsində "hesabat"lar hazırlayaraq sifarişçinin nişan verdiyi ünvana, məsələn, ABŞ Dövlət Departamentinə, ABŞ Konqresinə, Avropa Parlamentinə və bu kimi digər təsisatlara "təqdim" edirlər. Sonra da açıqlamalar, bəyanatlar, qətnamələr mərhələsi başlayır..."

Deputat bildirib ki, təxminən 15-20 il əvvəl həmin təsisatların mərkəzi ofislərinin yerləşdirildiyi ölkələrin bir çoxunda siyasi partiyaların hüquqi şəxslər tərəfindən maliyyələşməsinin birbaşa və dolayısı ilə yasaqlanmasına, bəzilərində isə hətta vətəndaşların ianələrinə qadağaların olmasına baxmayaraq, Azərbaycandakı siyasi partiyaların qeyri-hökumət təşkilatları və media resurslarına ötürülən vəsaitlərlə maliyyələşməsi adi hala çevrilmişdi. Siyasi partiyaların funksionerləri, QHT və media nümayəndələri üçün ölkəmizdə və ölkədən xaricdə müxtəlif adlar altında "məşğələ" və "seminarlar", reallıqda isə "satınalma" və "ələkeçirmə" mərasimləri təşkil edilir, iştirakçıların beyinləri yuyulur və yenidən proqramlaşdırılırdı. Həmin dövrdə torpaqlarımızın işğal altında olmasına baxmayaraq, Azərbaycanın bəzi radikal siyasi partiyalarının, qeyri-hökumət təşkilatlarının, mətbuat orqanlarının rəhbərləri və təmsilçiləri ermənilərlə əməkdaşlığa cəlb olunur, ortaq layihələrdə iştirak edir və hətta milli maraqlarımıza zidd olan birgə bəyanatlara imza atırdılar. 44 günlük Vətən müharibəsi dövründə, sentyabr hadisələri, Fərrux əməliyyatları və son lokal antiterror tədbirləri zamanı biz eyni şəbəkənin ortaq fəaliyyətinə şahidlik etmişdik. Bütün bunlar artıq tarixdə qalıb və USAID, "Amerikanın səsi", "Azadlıq" kimi de-fakto casus şəbəkələri tamamilə ifşa olunduqları və heç bir təsir imkanlarına malik olmadıqları üçün tarixin arxivinə yola salınırlar. Amma bu, o demək deyil ki, yeni "alətlər"in yaradılmasına cəhd göstərilməyəcək.


Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zelenski: Ukraynanın “Pasxa atəşkəsi”nin uzadılması ilə bağlı təklifi hələ də qüvvədədir  

23:03
22 Aprel

İğdırın yüzlərlə sakini erməni quldur dəstələrinin cinayətlərinin qurbanlarının xatirəsinin anım aksiyasına qoşulub  

23:01
22 Aprel

Tramp: İsraillə bütün məsələlərdə eyni tərəfdəyik  

20:51
22 Aprel

Milli Məclisin plenar iclasında 12 məsələ müzakirə edilib YENİLƏNİB 

20:40
22 Aprel

Özbəkistanda Azərbaycan təcrübəsi əsasında STEAM Mərkəzi açılıb  

19:50
22 Aprel

Ruben Vardanyanın məhkəməsində Ermənistanın mina terrorunun qurbanları danışıblar: Bir gündə iki oğlumu itirdim  

19:33
22 Aprel

Rumıniya qəzeti Neft Daşları barədə geniş yazı dərc edib

19:16
22 Aprel

Azərbaycan ilə Çin arasında energetika sahəsində bir sıra sənədlər imzalanıb

19:03
22 Aprel

Fransada həbsxanalar bir neçə gündür hücumların hədəfinə çevrilib

18:44
22 Aprel

Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb  

18:23
22 Aprel

COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb  

18:13
22 Aprel

Xəzər dənizi 2050-ci ilədək kritik səviyyəyə düşə bilər

17:50
22 Aprel

“Yeni Şafak” qəzeti: Türkiyə parlamentinin arxivləri ermənilərin Anadoludakı vəhşiliklərinə işıq salır  

17:46
22 Aprel

Nazir Məcnun Məmmədov: İşğaldan azad edilmiş torpaqlarda ən müasir aqrar innovasiyalar tətbiq olunur  

17:44
22 Aprel

Dövlət Komitəsinin sədri vətəndaşların müraciətlərini dinləyib

17:43
22 Aprel

Naxçıvanda kiçik, orta və iri sahibkarlıq subyektləri ilə görüş olub

17:42
22 Aprel

“Azərreyl” final mərhələsinə qələbə ilə başlayıb

17:15
22 Aprel

İldırımdan qorunmaq üçün iinovativ dron hazırlanıb  

16:49
22 Aprel

Tbilisidə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub  

16:42
22 Aprel

Ekspert: Qızılın dünya bazarında qiymətinin artması Azərbaycana indiki məqamda ancaq müsbət təsir edəcək  

16:40
22 Aprel

Azərbaycan İdman Akademiyasında Xüsusi Olimpiya Komitəsinin nümayəndələri ilə görüş olub  

16:36
22 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!