07 Dekabr 2023 20:22
372
Mədəniyyət
A- A+
UNESCO "Yallı, Naxçıvanda ənənəvi qrup rəqsləri”nin Təcili Qorunma Siyahısında saxlanmasına qərar verib

UNESCO "Yallı, Naxçıvanda ənənəvi qrup rəqsləri”nin Təcili Qorunma Siyahısında saxlanmasına qərar verib


UNESCO "Yallı (Köçəri, Tenzere), Naxçıvanda ənənəvi qrup rəqsləri”nin Təcili Qorunma Siyahısında saxlanmasına qərar verib.
"Report" xəbər verir ki, qərar Botsvananın Kasane şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 18-ci sessiyasında qəbul olunub.
Təşkilatın Azərbaycan Milli Komissiyasının "X" hesabında bu barədə paylaşımda deyilir: "Botsvananın Kasane şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 18-ci sessiyasında “Yallı (Köçəri, Tenzere), Naxçıvanda ənənəvi qrup rəqsləri” elementinin statusuna dair 1-ci məruzə haqqında qərar qəbul edilib".
UNESCO üzrə Azərbaycan Milli Komissiyasından “Report”un sorğusuna cavab olaraq bildirilib ki, təşkilatın prosedur qaydalarına görə üzv ölkələr Təcili Qorunma Siyahısında yer alan nominasiyalarla bağlı mütəmadi qaydada hesabatlar təqdim etməlidirlər:“Bu hesabat UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin sessiyasında müzakirə və təsdiq edilir. Nominasiyanın həmin siyahıda saxlanıb-saxlanılmaması barədə qərar verilir. Azərbaycanın təqdim etdiyi bu ilki hesabat və görülən işlər təşkilat tərəfindən məqbul hesab olunub və qəbul edilib”.
Diqqətə çatdırılıb ki, Azərbaycanın ümumilikdə 23 mədəni İrs nümunəsi Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alır, onlardan 21-i Representativ siyahıda, qalan ikisi isə təcili qorunma siyahısına daxildir (Biri “Yallı (Köçəri, Tenzere), Naxçıvanda ənənəvi qrup rəqsləri”, ikincisi isə Covqan oyunudur). Yəni UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Təcili Qorunma Siyahısında yer alan “Yallı (Köçəri, Tenzere), Naxçıvanda ənənəvi qrup rəqsləri” barədə Azərbaycanın təqdim etdiyi hesabat təşkilat tərəfindən qəbul edilib.


"Azərbaycan"
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən  

14:18
26 Dekabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviçdən  

14:18
26 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:15
26 Dekabr

Təyyarə qəzasında həyatlarını itirənlərin xatirəsi İstanbulda da yad edilir  

14:11
26 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:06
26 Dekabr

Moskva sakinləri Azərbaycanın Rusiyadakı səfirliyinin binasının önünə gül dəstələri düzürlər  

14:00
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda anılır VİDEO  

13:58
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Gəncədə də anılıb  

13:51
26 Dekabr

Aktauda baş verən qəzada vəfat edən sərnişinlərin və ekipaj üzvlərinin siyahısı açıqlanıb  

13:47
26 Dekabr

Azərbaycan və Qazaxıstanın Baş nazirləri arasında növbəti telefon danışığı olub  

13:40
26 Dekabr

Türkiyənin baş konsulu: Azərbaycana və Qazaxıstana istənilən köməyə hazırıq  

13:32
26 Dekabr

Təyyarə qəzasında həlak olan Anar Babayevin qardaşı: Onunla son danışığımızı həmişə xatırlayacam  

13:31
26 Dekabr

Baş konsul: Təyyarə qəzasında həlak olanların kimliyi müəyyənləşdirilir  

13:22
26 Dekabr

Sabah Azərbaycanın bəzi yerlərində fasilələrlə yağış yağacaq  

13:03
26 Dekabr

Azərbaycan Ordusunda Aktauda təyyarə qəzasında həlak olanların xatirəsi yad edilib  

12:49
26 Dekabr

Azərbaycanın Aktaudakı baş konsulluğunda anım tədbiri keçirilib

12:45
26 Dekabr

Rusiya FHN-ə məxsus “İl-76” Aktauda təyyarə qəzasında sağ qalan rusiyalıları Moskvaya çatdırıb  

12:40
26 Dekabr

Özbəkistanın xarici işlər naziri azərbaycanlı həmkarına başsağlığı verib

12:36
26 Dekabr

Samir Rzayev: Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmalar davam edir  

12:29
26 Dekabr

Qazaxıstanın Baş naziri təyyarə qəzası ilə əlaqədar Azərbaycan Astanadakı səfirliyində olub  

12:26
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Naxçıvanda anılıb  

12:22
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!