13 May 2025 14:53
412
DÜNYA
A- A+
Ukrayna Putinlə danışıqlara qoyulan qadağanı aradan qaldıra bilər

Ukrayna Putinlə danışıqlara qoyulan qadağanı aradan qaldıra bilər

Rusiya lideri Vladimir Putin İstanbulda Prezident Vladimir Zelenski ilə görüşməyə razılıq verərsə, Ukrayna onunla danışıqlara qoyulan qadağaya düzəliş edə bilər.

AZƏRTAC xəbər verir ki, bunu Ukrayna Prezidenti aparatı rəhbərinin müşaviri Mixaylo Podolyak “The Breakfast Show” verilişinin efirində deyib.

Putinin İstanbula gedəcəyi təqdirdə Kiyevin onunla danışıqlara qoyulan qadağanı ləğv edə biləcəyi sualına Podolyak belə cavab verib: “Hesab edirəm ki, sənədi imzalasaq, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarına dəyişiklik ediləcək”.

O əlavə edib: “Haqlısınız, biz Putini legitim Prezident hesab etmirik, amma əslində, o, Rusiyaya təkbaşına nəzarət edir. Ona görə də burada qanuni olaraq, Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarında dəyişiklik etmək kifayət edəcək və müvafiq qanunvericilik aktları qəbul olunacaq”.

Qeyd edək ki, 2022-ci ilin oktyabrında Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiya Prezidenti Vladimir Putinlə danışıqların “mümkünsüz” olduğu barədə qərarını qüvvəyə mindirən Fərman imzalayıb.

Mayın 11-nə keçən gecə Putin atəşkəs təklifini rədd edərək mayın 15-də İstanbulda Ukrayna ilə birbaşa danışıqların bərpası təklifini irəli sürüb.

Elə həmin səhər Zelenski Rusiya ilə dialoqa razılaşıb, lakin vurğulayıb ki, əsas şərt mayın 12-nə planlaşdırılan atəşkəs rejiminə əməl olunmasının təsdiqi olmalıdır. Bu təşəbbüs əvvəllər Ukrayna, Amerika Birləşmiş Ştatları (ABŞ) və İstəklilər Koalisiyasından dəstək alıb.

Daha sonra Türkiyə rəsmi olaraq Ukrayna ilə Rusiya arasında danışıqlarda vasitəçi kimi çıxış etməyə hazır olduğunu bəyan edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Heydər Əliyev Mərkəzinin parkında Milli Qurtuluş Günü münasibətilə konsert olub  

01:01
16 İyun

İran - İsrail gərginliyi: qarşılıqlı raket atışları bu gecə də davam edib

00:17
16 İyun

Rusiya vətəndaşlarının İrandan təxliyəsi mərhələli şəkildə həyata keçirilir  

22:46
15 İyun

Böyük Britaniya Yaxın Şərqə hərbi təyyarələr yerləşdirir

22:29
15 İyun

Ukraynaya daha 1200 nəfər həlak olmuş vətəndaşın cənazəsi qaytarılıb  

21:39
15 İyun

Bəzi yerlərdə leysan, yüksək dağlıq ərazilərdə sulu qar yağacaq - XƏBƏRDARLIQ

21:33
15 İyun

Fahrettin Altun: Azərbaycanın Milli Qurtuluş Gününü və Şuşa Bəyannaməsinin dördüncü ildönümünü ən səmimi duyğularımla təbrik edirəm  

21:19
15 İyun

AZAL Türkiyənin Çukurova Beynəlxalq Hava Limanına ilk reysini həyata keçirib

21:06
15 İyun

Gəncənin MDB-nin idman paytaxtı seçilməsi ilə bağlı sertifikat şəhər rəhbərliyinə təqdim edilib  

20:50
15 İyun

Bolqarıstandan olan deputat: Şuşada olmaqdan böyük şərəf duyuram  

20:48
15 İyun

Rəcəb Tayyib Ərdoğan Azərbaycanı təbrik edib  

20:26
15 İyun

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər keçirilib  

20:13
15 İyun

İranda 2 nəfər casus ələ keçirilib

19:47
15 İyun

Roma Papası dünyada sülh üçün çağırış edib  

19:35
15 İyun

Şamil Ayrım: Yeni dünya nizamının qurulduğu bir vaxtda Azərbaycan diplomatik, hərbi qələbələrə imza atıb  

19:26
15 İyun

Qırğızıstanın İrandakı səfirliyinin daha bir neçə əməkdaşı Azərbaycan ərazisinə daxil olub

18:41
15 İyun

İran İsrailə 50 ballistik raket atıb

18:40
15 İyun

Andrey Buqrov: Dünyanın hərtərəfli etimada, ədalətə ehtiyacı var

18:38
15 İyun

İran hökumət nümayəndəsi: Biz heç vaxt müharibə istəməmişik

17:53
15 İyun

Lu Mey: Dünya yeni bir qeyri-sabitlik və transformasiya mərhələsinə daxil olub

17:34
15 İyun

Bahar Muradova: Ədalət ümumbəşəri dəyərdir və o, coğrafiyaya, məqsədlərə, maraqlara görə dəyişməməlidir

16:57
15 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!