Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
Ukrayna müharibədə həlak olan daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb. Həlak olan qəhrəmanların əksəriyyəti Donetsk istiqamətində döyüşüb.
Bu barədə AZƏRTAC Hərbi əsirlərlə davranış məsələləri üzrə Koordinasiya Qərargahının “Telegram”da yaydığı məlumata istinadla xəbər verir.
Həlak olanların cəsədləri Ukraynanın nəzarət etdiyi əraziyə qaytarılıb. Donets istiqamətində döyüşən 112 müdafiəçinin, Luqansk istiqamətində həlak olan 20 döyüşçünün, Sum istiqamətində - 5, Zaporojye istiqamətində - 2 və Xerson istiqamətində -1 döyüşçünün cəsədi qaytarılıb.
Qeyd olunur ki, həlak olan döyüşçülərin cəsədləri əvvəlcə hüquq-mühafizə orqanlarına və məhkəmə-tibbi ekspertlərə veriləcək. Bu, həlak olanların şəxsiyyətinin müəyyən edilməsi üçün lazımdır.
Hərbçilərin cəsədlərin qaytarılması ilə Hərbi qulluqçularla davranış məsələləri üzrə Koordinasiya Qərargahı, Ukrayna Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, Ukrayna Silahlı Qüvvələri, Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri məşğul olub.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib
07 May
Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb
07 May
Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib ...
07 May
ABŞ və Rusiya hərbçiləri bir-birindən uzaqdılar - Pentaqon
07 May
Unikal tərkibli plastik material hazırlanıb
07 May
“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb
07 May
Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat...
07 May
Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır
07 May
Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəy...
07 May
Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlan...
07 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!