Bir oğlu şəhid, iki oğlu müharibə veteranı olan ana
Hazırda Lənkəran Dövlət Universitetində tələbə olan Simuzər xanım magistr təhsilini Qarabağ Universitetində almaq istəyir
Şəhid Cəmil Həşimli - indi bu ad bütün Azərbaycanda fəxrlə çəkilir. Kürdəmirdə dünyaya göz açan, 44 günlük haqq savaşımızda 25 yaşında canını Vətənə fəda edən Azərbaycan Ordusunun giziri Cəmil Həşimli Füzuli döyüşlərində, sözün əsl mənasında, tarix yazıb. Elə orada da şəhidlik zirvəsinə ucalıb.
Ürəklərdə əbədi yurd-yuva quran, ölümsüzlüyə qovuşan qəhrəman dövlət tərəfindən "Vətən uğrunda", "Cəsur döyüşçü", Xocavəndin, Füzulinin, Şuşanın azadlığına görə medallarına və III dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.
Cəmil kimi mərd, igid və vətənpərvər oğul böyüdən 52 yaşlı Simuzər ana orta məktəbi bitirdikdən 35 il sonra Lənkəran Dövlət Universitetinə qəbul olub. Hazırda Lənkəran Dövlət Universitetinin 1-ci kurs tələbəsi olan Simuzər xanım uzun illər orta ixtisas təhsili üzrə rayon xəstəxanasında tibb bacısı kimi yüzlərlə, minlərlə insana öz şəfalı əlləri ilə ikinci həyat bəxş edib. Bununla kifayətlənməyən Simuzər ana Vətəninə, xalqına daha çox gərək olmaq məqsədilə ötən il fərdi qaydada hazırlaşaraq imtahanlara qatılıb. Keçid balını toplayaraq Lənkəran Dövlət Universitetinin tələbəsi olub. Ötən ilin ikinci sevincinə isə nənə adını qazanmaqla qovuşub.
Tələbə Simuzər ana deyir: “3 oğlum İkinci Qarabağ müharibəsində düşmənə qarşı qəhrəmanlıqla döyüşüb. Böyük və kiçik övladlarım müharibədən sağ-salamat qayıdıblar. Gizir oğlum Cəmil Həşimli şəhidlik zirvəsinə ucalıb. İndi onun adı bütün Vətən üçün əzizdir. Oğul itkisi ağırdır. Qaldı ki, Cəmilin Vətən sevgisi məni sınmağa qoymadı. Hər dəfə onun adı şirin dillərdə qəhrəmanlıq nəğməsinə dönəndə xətrinə həyata sevgim artıb. Və nəticədə çoxdankı istəyimə çatdım. Çalışıram müqəddəs şəhidlik zirvəsindən boylanan oğlumun ruhu həmişə şad olsun. Bir də mən şəhid anasıyam, dərsimi oxumaya bilmərəm deyə bir şey yoxdur. Əksinə, şəhid anası olduğum üçün dərslərimə daha yaxşı hazırlaşıram. Hələ bundan sonra arzum var ki, magistraturanı Qarabağ Universitetində oxuyum”.
Zəfər ORUCOĞLU
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan üzgüçüsü “Asiya uşaqları” Oyunlarında qızıl medal qazanıb
30 Iyun
Çindən Orta Dəhliz vasitəsi ilə Türkiyəyə yeni yük qatarı marşrutu açılıb
30 Iyun
Avro-2024: Almaniya millisi inamlı qələbə ilə 1/4 finala yüksəlib
30 Iyun
Azərbaycanın sərbəst güləşçisi Avropa çempionu olub
30 Iyun
"Heç kim məni Messi ilə müqayisə edə bilməz"
30 Iyun
Arda Gülər Ronaldunu qabaqladı
30 Iyun
Mikautadze "Monako"ya transfer edilir
30 Iyun
Taktiki zəfər
30 Iyun
26 yaşlı zabitin 26 günlük döyüş yolu
30 Iyun
"Rəsm çəkmək ruhumun qidasıdır"
30 Iyun
DİQQƏT ÇƏKƏNLƏR
Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu q...27 Iyun 2024
![](/uploads/img/posts/2024/06/27/1719473706217621927_1200x630jpg-1719477132.jpg)
Prezident İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi tə...26 Iyun 2024
![](/uploads/img/posts/2024/06/26/17193913105429036540_1200x630jpg-1719393315.jpg)
Azərbaycan beynəlxalq əməkdaşlıq platformasına çevrilir25 Iyun 2024
![](/uploads/img/posts/2024/06/25/manwetttjpg-1719265024.jpg)
İlham Əliyevin əməkdaşlıq modeli qlobal platformaya çevrilir21 Iyun 2024
![](/uploads/img/posts/2024/06/21/1647332818_ef00f73450eae074135fcd9c4cacf6d8 Копированиеjpg-1718925466.jpg)
Qurtuluş missiyası15 Iyun 2024
![](/uploads/img/posts/2024/06/15/saytjpg-1718404077.jpg)
ÇOX OXUNANLAR
Prezident növbədənkənar parlament seçkilərini təyin etdi29 Iyun 2024
![](/uploads/img/posts/2024/06/29/1583835201167192134jpg-1719605770.jpg)
Sülh uğrunda müharibə26 Iyun 2024
![](/uploads/img/posts/2024/06/26/1656311658_e346c3b9742c001ff2f42ef9aa7170cajpg-1719357575.jpg)
Davamlı inkişaf, səmərəli islahat, real nəticə25 Iyun 2024
![](/uploads/img/posts/2024/06/25/4jpg-1719265162.jpg)
Böyük tarixdən başlanan Zəfər yolu23 Iyun 2024
![](/uploads/img/posts/2024/06/23/babaaajpg-1719094277.jpg)
“Euronews” televiziyasında Prezident İlham Əliyevin müsahibəsi yayımlanıb22 Iyun 2024
![](/uploads/img/posts/2024/06/22/17190365625934912960_1200x630jpg-1719036839.jpg)
Adın nədir - Daşdəmir...21 Iyun 2024
![](/uploads/img/posts/2024/06/21/susajpg-1718926127.jpg)
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!