25 İyun 2024 08:00
2083
SİYASƏT
A- A+
Azərbaycan beynəlxalq əməkdaşlıq platformasına çevrilir

Azərbaycan beynəlxalq əməkdaşlıq platformasına çevrilir

 

COP29 dünyanın diqqətini respublikamıza yönəldəcək

 

Azərbaycan növbəti mötəbər beynəlxalq tədbirə hazırlaşır. Noyabr ayında respublikamız BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi edəcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub və bu, ölkəmizə göstərilən beynəlxalq etimadın növbəti nümunəsidir. 

 

Artıq işğaldan azad edilmiş ərazilərimizdə də mötəbər tədbirlər keçirilir

 

Ümumiyyətlə, respublikamız xeyli müddətdir ki, beynəlxalqmiqyaslı tədbirlərin əsas ünvanlarından birinə çevrilib.  İndiyə qədər paytaxt Bakıda və regionlarda müxtəlifməzmunlu beynəlxalq tədbirlər keçirilib və bu davam etməkdədir. Hətta bu tədbirlərin bəzilərinin keçirilməsi ənənə halını alıb. Olduqca qürurvericidir ki, belə tədbirlər artıq işğaldan azad edilmiş ərazilərimizdə də təşkil olunur.
Ən əsası odur ki, ölkəmizdə təşkil edilən tədbirlər dünyada sülhə, mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük töhfələr verir. Buna görə Azərbaycanda keçirilən tədbirlərin etibarlı sülh və tərəfdaşlıq platforması olması artıq beynəlxalq səviyyədə qəbul olunan reallıqdır. Eyni zamanda respublikamız bu sahədə daim öz təcrübəsini nümayiş etdirməklə və beynəlxalq səviyyədə mükəmməl nümunələr ortaya qoymaqla birləşdirici və barışdırıcı faktora çevrilib. Bu mənada Azərbaycanın müstəqillik illərində qazandığı ən mühüm nailiyyətlərdən biri böhranlara qarşı birgə beynəlxalq mübarizənin səfərbər olunması, mövcud olan və ya yarana biləcək problemlərin aradan qaldırılması yollarının müəyyənləşdirilməsi ilə bağlı  qlobal fəaliyyətin istinad nöqtəsinə çevrilməsidir. 
Azərbaycanın yürütdüyü siyasət həm region, həm də beynəlxalq  səviyyədə pozitiv prosesləri stimullaşdırır. Belə ki, ölkəmiz öz müstəqil siyasəti ilə yalnız əməkdaşlıq və inteqrasiya istiqamətində fəaliyyət göstərir. Bütün bunların nəticəsi olaraq Azərbaycan uzun müddətdir ki, aktual qlobal  problemlərin həllində aktiv iştirak edən ölkə kimi tanınır.  COP29 isə respublikamızın beynəlxalq tədbirlərin ünvanı kimi nüfuzunu daha da yüksəldəcək. 

 

Azərbaycan iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizənin önündədir

 

Qeyd edək ki, BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP-un ilk tədbiri 1995-ci ilin martında Almaniyanın paytaxtı Berlində baş tutub. COP-a sədrlik rotasiya əsasında BMT-nin 5 regionunun - Afrika, Asiya, Latın Amerikası, Karib Hövzəsi və Avropa (Mərkəzi, Şərqi, Qərbi və digər) ölkələrinə keçir. Həmçinin bu regionlardakı qrup ölkələri arasında da sədrliklə bağlı növbələşmə mövcuddur. Azərbaycanın təşkilata sədrliyinə dair qərar da məhz Şərqi Avropa Qrupu ölkələrinin yekdil rəyi əsasında verilib. 
COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərarın verilməsində ölkəmizin "yaşıl enerji"yə keçid sahəsində əldə etdiyi uğurlar böyük rol oynayıb. Azərbaycan ənənəvi enerjinin əsas ünvanlarından biri kimi tanınsa da, son illərdə alternativ və bərpaolunan enerjiyə keçid sahəsində böyük irəliləyişə nail olub.  Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi də ondan xəbər verir ki, ölkəmizdə qarşıya qoyulan əsas məqsədlərdən biri iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədir. Təsadüfi deyil ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilib. Buna uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. O cümlədən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası "yaşıl enerji" zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində "ağıllı şəhər" və "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilməsi, su-elektrik stansiyalarının yaradılması göstərir ki, ətraf mühitin qorunması prioritetdir. Bütün bunlar həm də ondan xəbər verir ki, Azərbaycan iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizənin önündədir.

 

COP29 respublikamızın dünyaya möhtəşəm təqdimatı olacaq

 

Eyni zamanda Azərbaycanın məqsədlərindən biri  iqlim dəyişmələrinə qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsidir. Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibəsində bununla bağlı deyib: "Evsahibliyi edən ölkə kimi bizim əsas məqsədlərimizdən biri birliyi və həmrəyliyi yaratmaqdır. Biz COP zamanı və ondan sonra sədrliyimizin davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyirik ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər".
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən ən mötəbər beynəlxalq təşkilatlardan belə geri qalmır.  Şübhəsiz ki, Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması ilə bağlı qlobal mübarizəyə yeni təkan verəcək.  Ən əsası, COP29 ölkəmizdə keçirilən digər mötəbər tədbirlər kimi beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycana yönəldəcək, respublikamızın dünyaya möhtəşəm təqdimatı olacaq.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şahmat üzrə Vüqar Həşimov Memorialının bağlanış mərasimi keçirilib

21:06
28 Sentyabr

Azərbaycanda daha bir maliyyə piramidası şəbəkəsi ifşa edildi 

20:25
28 Sentyabr

“Eternity-2024” çoxmillətli komanda-qərargah təlimi başa çatıb

20:23
28 Sentyabr

Şuşada keçirilən şahmat üzrə Vüqar Həşimov Memorialının qalibi bəlli olub

19:46
28 Sentyabr

XİN: Peter Stanonun Aİ-nin Ermənistandakı Missiyasının mandatı barədə səsləndirdiyi fikirlər əsassızdır  

19:41
28 Sentyabr

Azərbaycanda torpağın bir kateqoriyadan digərinə keçirilməsi üçün əsaslar müəyyənləşib

19:40
28 Sentyabr

Azərbaycanda torpağın məqsədli təyinatının dəyişdirilməsi üçün əsaslar müəyyənləşib

19:36
28 Sentyabr

Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb

18:33
28 Sentyabr

Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib

18:30
28 Sentyabr

Dünyanın ən yaxşı 10 qapıçısı - SİYAHI

16:57
28 Sentyabr

"Naxçıvan rəhbərliyindən xahiş edirəm ki, komandanı Naxçıvana qaytarsınlar"

16:52
28 Sentyabr

Çadda saxlanılan rusiyalılar azad ediləcək

16:44
28 Sentyabr

Minifutbol üzrə Azərbaycan çempionatı: Birinci turun oyunları bəlli oldu

16:32
28 Sentyabr

Monteneqroda keçirilən AOK-un 44-cü seminarı öz işini başa vurub

16:06
28 Sentyabr

BRICS onlarla dövləti əhatə edəcək - AÇIQLAMA

15:31
28 Sentyabr

Haiti Fransadan təzminat tələb edir

15:30
28 Sentyabr

Dağıstandakı partlayışda ölü sayı artır   

15:03
28 Sentyabr

Beynəlxalq konfransın iştirakçıları Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti barədə məlumatlandırılıb

15:01
28 Sentyabr

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələri ilə təlim keçirilib

14:25
28 Sentyabr

Özbəkistan Prezidenti: Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu regional inkişafa töhfə verəcək  

14:24
28 Sentyabr

Rusiya, İran və Türkiyə xarici işlər nazirlərinin görüşü olub

14:22
28 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!