26 Sentyabr 2024 08:00
411
SİYASƏT
A- A+
Prezidentin elan etdiyi hədəflər

Prezidentin elan etdiyi hədəflər


Qüdrətli dövlət, dinamik inkişaf, Zəfərin davamlılığı, vətəndaş rifahı və daha güclü Azərbaycan 


Tarixinin ən qüdrətli Azərbaycanının ictimai-siyasi həyatında, daxili və xarici siyasətində yeni dövr başlayır. Ərazi bütövlüyünü, suverenliyini tam bərpa etmiş Azərbaycanın yeni inkişaf konsepsiyası, modern yüksəlişin istiqamətləri və hədəfləri də artıq bəllidir. İndi əsas hədəflər dövlətçiliyimizin, suverenliyimizin, milli təhlükəsizliyimizin, daxili və xarici siyasətimizin, mütərəqqi yüksəlişimizin daha da güclənməsi istiqamətində mühüm addımların atılmasıdır. 

Bütün bunlar möhtərəm Prezident İlham Əliyevin VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı proqram xarakterli  nitqində də bir daha öz əksini tapdı. Cənab Prezidentin çıxışı reallıqların əksi olmaqla bu günün və gələcəyin tələblərini özündə müfəssəl ehtiva etdi.


Suverenliyin yaratdığı reallıq


İkinci Qarabağ müharibəsi və antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açdı. Azərbaycanın yeni cağırışlara uyğun addımlar atmasını labüdləşdirdi. Bunlardan biri də ölkədə yeni seçkilərin keçirilməsi zərurəti idi.

Dövlət başçısı da Milli Məclisdəki çıxışında ilk olaraq suverenliyini təmin etmiş Azərbaycanın Prezident və parlament seçkilərini keçirməsi zərurətinə aydınlıq gətirdi və seçkilərin nəticələrini qiymətləndirdi. 

 Ümumiyyətlə, hər seçki yeni dövrün başlanğıcı sayılır. Azərbaycan xalqı son 21 ildə inandığı, güvəndiyi, etibar etdiyi möhtərəm Prezident İlham Əliyevin yürütdüyü tam müstəqil siyasətin nəticələrini çox yaxşı görür və hər zaman onu düzgün qiymətləndirə bilir. Elə, şanlı Zəfərimizi, qazandığımız bütün uğurları şərtləndirən əsas amil də məhz bu sarsılmaz birlikdir.  

Bu seçkilər müstəqil ölkəmizin tarixində ilk dəfə olaraq bütün ərazilərimizdə keçirildi. Bu baxımdan 2024-cü il tariximizə yeni səhifədən yazıldı. 

İlin əvvəlində ilk olaraq ölkədə Zəfər seçkiləri adlandırılan Prezident seçkisi keçirildi. Xalqın mütləq əksəriyyətindən, yəni 92,12 faiz səslə və ya 4 milyon 567 min 458 nəfər vətəndaşdan etimad mandatı almaqla yenidən İlham Əliyevin Prezident seçilməsi dünyaya göstərdi ki, Azərbaycan xalqı yalnız Zəfər Komandanına inanır və hər zaman liderinin arxasındadır. 

Bu seçkilər dünyaya isbat etdi ki, xalq İlham Əliyevi xilaskar Lider kimi qəbul edir və Ulu Öndər Heydər Əliyev məktəbinin ən layiqli varisinin Azərbaycana hələ çox zəfərlər, qələbələr qazandıracağına inanır, güvənir.

Sentyabrın 1-də isə ölkəmizdə növbədənkənar parlament seçkiləri keçirildi. Bu, suverenliyin tam təminatından sonra ölkəmizdə keçirilən ikinci, bütün Azərbaycan ərazilərində isə keçirilən ilk seçki oldu. Şuşa, Xankəndi, Xocalı, Laçın, Füzuli şəhərlərində, Əsgəran qəsəbəsində, Talış və Ağalı kəndlərində seçki təntənəsi yaşandı. 35 ildən sonra yenidən yurd yerlərinə köçən soydaşlarımız doğma torpaqlarında səsverməyə gedib özlərinə Milli Məclisdə təmsilçi seçdilər. 

Parlament seçkilərinin nəticəsi daha bir reallığı əks etdirdi. Bir daha bəlli oldu ki, Azərbaycan xalqı ilin əvvəlində necə ki Heydər Əliyev siyasi kursuna, İlham Əliyevin fəaliyyətinə növbəti etimad göstərmişdi, parlament seçkilərində də bu siyasi kursun davamçılarına dəstək verildi. 

Suverenliyini bərpa etmiş Azərbaycan dünyaya demokratik seçki ənənəsini növbəti dəfə yüksək səviyyədə nümayiş etdirdi və beləliklə də, yeni Azərbaycan parlamenti formalaşdı. Sentyabrın 23-də keçirilən iclasda Milli Məclisin rəhbərliyi həm iqtidar, həm müxalifət, həm də müstəqil deputatlardan formalaşdı. Həmçinin parlamentin  komitə sədrləri, komitə sədrlərinin müavinləri vəzifələrinə də iqtidardan, müstəqillərdən və müxalifətdən olan deputatlar təyin edildilər. Əminliklə demək olar ki, mənim də təmsilçisi olduğum müstəqil deputatların bütün heyətinin üçdəbirini təşkil etdiyi yeni parlament Azərbaycan qanunvericiliyinin daha da təkmilləşdirilməsində, qarşıya qoyulan vəzifələrin icrasının uğurla həyata keçirilməsində çox mühüm addımlar atacaq.   


Milli təhlükəsizlik prioritetləri


Vətən müharibəsindəki Zəfərimizdən 4 il ötür. 30 ilin işğalı arxada qaldı və hazırda  ölkəmiz yeni dövrdə yeni hədəflərə doğru inamla addımlayır. Son 3-4 il ərzində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənib. Azərbaycanın tərəfdaşlarının, müttəfiqlərinin, strateji tərəfdaşlarının sayı artmaqdadır. Bütün bunlar əlbəttə ki, Zəfərin yaratdığı reallıqlardır.

Düzdür, bu dövrdə ölkəmizin uğurlarını həzm edə bilməyən qüvvələrin, beynəlxalq təşkilatların qısqanclıqlarına da şahidlik etdik. Hansı ki onlar bu gün də davam etməkdədir. Amma Prezidentimizin də söylədiyi kimi, onlar Azərbaycanın iradəsinə heç cür təsir edə bilməzlər. Azərbaycanla kiminsə hədə-qorxu, təhdid dili ilə danışması mümkün deyil. İndi yeni reallıqları Azərbaycan və onun qüdrətli Lideri müəyyənləşdirir.  

Lakin bunun davamlı olması, regionda təhlükəsizliyin təminatı, ölkə daxilində sabitliyin pozulmaması üçün Prezidentin tapşırıq və tövsiyələri yerinə yetirilməlidir.

Məhz bu səbəbdən də nəyi nə zaman edəcəyini hər kəsdən yaxşı bilən cənab Prezident, Milli Məclisin tribunasından hər kəsə səslənərək qarşıya yeni vəzifələr qoydu.   

Birinci vəzifə hərbi gücümüzün artırılmasıdır. Təbii ki, Azərbaycan bu gün qüdrətli dövlətdir və silahlı qüvvələrimiz dünyanın ən güclü orduları arasında 50-ci yer tutur. Hərbi qüdrətimiz gündən-günə gücləndirilir.  Hazırda Azərbaycan Ordusu 2020-ci ildəki Zəfər ordusundan daha güclüdür. Lakin buna baxmayaraq, elə proseslər baş verir ki, bunun müqabilində mütləq milli təhlükəsizliyin təminatı məsələsində, xüsusilə ordumuzun daha da gücləndirilməsi istiqamətində mühüm addımların atılması labüddür. 

Prezidentimizin də söylədiyi kimi, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, həm də  Ermənistanda revanşizm meyilləri ölkəmizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. Ermənistanın havadarları, onların fəaliyyəti, qəbul etdikləri qərarlar, qətnamələr, açıqlamalar - bütün bunlar onu göstərir ki, Azərbaycana qarşı bu çirkin oyun hələ bitməyib. Qələbəmizi həzm edə bilməyən xarici dairələr ölkəmizə qarşı yeni planlar hazırlayırlar.

Dövlətin gücü hərbi qüdrəti ilə ölçülür. Hərbi güc olmasa, nə iqtisadi, nə siyasi müstəvidə uğur qazanmaq olar. Ona görə də hərbi qüdrətimiz getdikcə daha da gücləndirilməlidir. Bu istiqamətdə Müzəffər Ali Baş Komandanın verdiyi tapşırıqlar üzrə Azərbaycan  Silahlı Qüvvələrinin daha da modernləşdirilməsi istiqamətində mühüm addımlar atılıb və hazırda proses davam etməkdədir. 

Həmçinin müdafiə sənayemizin imkanlarının getdikcə daha da artırılması istiqamətində mühüm addımlar atılır. Vaxtı ilə ordumuzun arsenalına cəlb edilən silah-sursatlar, hərbi texnikalar yalnız idxal hesabına həyata keçirilirdisə, hazırda xaricə müdafiə sənayemizin istehsalı olan hərbi silah-sursatlar, texnikaları ixrac edirik. Hərbi zavodlarımızın istehsal etdiyi məhsulların müqabilində idxalımız xeyli dərəcədə azalıb. Getdikcə Azərbaycan hərbi sənayesi daha da güclənir və istehsal olunan hərbi silahların, texnikaların çeşidləri artır.


Suverenlik hədəfləri


Artıq Azərbaycan suverenliyini tam təmin edib. Bu səbəbdən də Prezidentin önəmli vəzifələrdən biri kimi qarşıya qoyduğu məsələ sərhədlərimizin etibarlı şəkildə qorunmasıdır. 

Antiterror tədbirlərindən sonra suverenliyin bərpası o demək idi ki, Ermənistanla sərhədlərimiz konkret olaraq müəyyənləşdirilməlidir. Hazırda Ermənistanla şərti sərhədimizdə mühəndis işləri aparılır. İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla vaxtilə işğal altında olan şərti sərhədimizin uzunluğu 500 kilometrdən çoxdur. 

Prezidentin də söylədiyi kimi, bu şərti sərhədin relyefi, coğrafiyası çox ağır, həm də iqlim nöqteyi-nəzərdən çox çətin yerlərdə yerləşir və orada xidmət aparmaq o qədər də asan deyil. Azərbaycanın bəzi xidmət postları dəniz səviyyəsindən 3 min metrdən yuxarıda yerləşir. Amma buna baxmayaraq, ölkəmizin sərhədboyu yerləşən hərbi mövqeləri möhkəmlənir. Bunun səbəbi də bəllidir. 30 il işğalçı Ermənistanın təxribatları ilə üz-üzə qalanda dünya birliyi bu ölkəyə qarşı heç bir sanksiya tətbiq etmədi. Əvəzində Azərbaycan təxribatlar törətməkdə günahlandırıldı. Hətta Ermənistanın şər-böhtanlarına inanan Avropa təşkilatları ölkəmizə qarşı ikili standartlar prinsipini tətbiq etdilər, sanksiyalarla hədələdilər. 

Düzdür, Azərbaycan bütün hücumlara qarşı adekvat cavab verdi, amma Ermənistan bu cəzasızlıq mühitindən yararlanaraq istədiyi oyunları oynadı. Sərhədlərimizdə təxribatlar, cinayətlər törətdi. İndi Ermənistan sülh danışıqlarına başlamaqla müqaviləni imzalamağa hazır olduğunu bildirsə də, digər tərəfdən silahlanmaqda davam edir. Hətta buna görə işğalçı ölkəyə maddi yardımlar da edilir. Fransa, ABŞ, Hindistan kimi ölkələrin Ermənistana silah yardımı etməsi faktları və dırnaqarası Avropa Sülh Fondunun bu ölkəyə maddi yardım ayırması deyilənləri bir daha təsdiqləyir. Silah üçün nəzərdə tutulan fondun adı Sülh fondudur. Prezidentin də söylədiyi kimi, bu riyakarlıqdan başqa şey deyil. 

Amma Ermənistanı silahlandıranlar bilməlidirlər ki, bütün gələcək hadisələrə birbaşa onlar cavabdehlik daşıyacaqlar və təbii olaraq, Azərbaycana qarşı rəsmi ərazi iddialarına son qoyulmalıdır. Prezident İlham Əliyevin sülh gündəliyində göstərdiyi kimi, Ermənistanın konstitusiyasına dəyişiklik edilməlidir, keçmiş Minsk qrupu da rəsmən ləğv olunmalıdır. Ermənistanın konstitusiyasında məlum dəyişiklik olmasa, bu ölkə ilə sülh bağlanmayacaq.

Bu səbəbdən də Prezidentin göstərişinin nə qədər önəmli olduğu aydın şəkildə görünür. Uzaqgörən dövlət başçısı həmçinin digər qonşu ölkələrlə də şərti sərhəddə möhkəmlənməyimizin zərurətdən doğduğunu bildirdi. Bütün bunların səbəbi bəzi Qərb dövlətlərinin Azərbaycana qarşı münasibətidir. Ölkəmizin Avropanın enerji xəritəsini dəyişməsi, qitənin bəzi dövlətlərini enerji ilə təmin etməsi həmin dairələri çox narahat edir. Onların istəyi daim Azərbaycanı təzyiq altında saxlamaqdır. Bu səbəbdən də kənardan ölkəmizə heç bir müdaxilə edə bilməyən qüvvələr daxildə aranı qarışdırmaq, ictimai-siyasi sabitliyi pozmaq üçün yeni "beşinci kolon" axtarışındadırlar. Elə bu səbəbdən də ölkəmizin sərhədləri onların üzünə qapalıdır. Ölkə vətəndaşları da bunu anlayışla qarşılayırlar. Yəni hər kəs bugünkü geosiyasi vəziyyəti görür və ölkəmizdə anarxiyanın, sabitliyin pozulmasını istəmir. 

Bu səbəbdən də əminliklə deyə bilərik ki, sərhədlərimizin etibarlı əllərdə olması Azərbaycanı risklərdən, təhlükələrdən qoruyur. 


İdeoloji və dövlətçilik istiqamətləri


Prezidentin qarşıya qoyduğu digər vacib vəzifə ideoloji təhlükəsizliklə bağlı oldu.  Dövlət başçısı çıxışında ideoloji təhlükəsizliyin dövlət qurumlarının və vətəndaş cəmiyyəti fəallarının diqqət mərkəzində olmasının vacibliyini bildirdi ki, bu da bir sıra səbəblərdən irəli gəlir. Ona görə də Prezident deputatlara bu məsələdə daha diqqətli olmağı tapşırdı. 

Bu bir həqiqətdir ki, getdikcə daha da qüdrətlənən, söz sahibinə çevrilən, Cənubi Qafqazda liderlik mövqeyini gücləndirən Azərbaycana qarşı hazırda ideoloji təxribatlar davam edir. 

Təbii ki, bu təxribatlar əvvəllər də olub, bu gün də var. Amma əvvəllər Azərbaycan işğala məruz qalan, haqqı tapdanan, sözü eşidilməyən ölkə kimi daim ikili standartlara məruz qalırdısa, hazırda dünya ölkəmizi güclü, qüdrətli dövlət kimi qəbul edir və bu proses getdikcə daha da genişlənir. Əgər belə olmasaydı, dünyanın ən böyük siyasi təşkilatı olan BMT bu ilin noyabr ayında COP29 kimi böyük konfransın Azərbaycanda keçirilməsinə razılıq verməzdi. COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Bu günədək ölkəmizdə bir çox tədbir keçirilsə də, COP29 bu vaxta qədər olan tədbirlərlə müqayisəyə gəlmir. COP29 ərəfəsində 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı növbəti dəfə dünyanın diqqətini çəkəcək. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq.

Təkcə bu fakt göstərir ki, Azərbaycana necə böyük etimad göstərilir. Bu etimad həm də ölkəmizdəki ictimai-siyasi sabitliyə və beynəlxalq konfranslara layiqli evsahibliyi etməyimizə verilən ən yüksək dəyərdir.

Məhz Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasət Azərbaycana bu imici qazandırıb. Cənab Prezident Qoşulmama Hərakatına sədrliyi dövründə ortaya qoyduğu mövqe, həyata keçirdiyi qlobal miqyaslı layihələrlə çox böyük etimad qazanıb. 

Bütün bu uğurları qəbul edə bilməyən bəzi Qərb dairələri isə hər cür təxribata əl atırlar ki, Azərbaycanın nüfuzuna xələl gəlsin, gözdən düşsün və ölkəmizə olan etimad zəifləsin.  

  Prezident İlham Əliyev də bu səbəbdən qarşımıza öhdəlik qoydu ki, istənilən ideoloji təxribatın ölkəmizdə yayılmaması üçün diqqətli olmalıyıq. Çünki indiyədək onlar heç bir nəticə əldə edə bilməyiblər. Ona görə ki, qarşılarında hər zaman xalqımızın güclü iradəsi və milli ruhumuz dayanıb və bu gün də dayanmaqdadır.

Bu təxribatların qarşısını almaq üçün ilk növbədə dostumuzu, düşmənimizi tanımalıyıq. Düzdür, Vətən müharibəsindən öncə dostlarımızın çoxunu tanıyırdıq. Amma Zəfərimizdən sonra bizə qarşı fəaliyyətlər göstərən düşmənlərimizi də tanıdıq. Savaşdan sonra Azərbaycana qarşı təxribatlara başlayan qüvvələr bu gün də imkan axtarırlar ki, ən həssas məqamda öz çirkin niyyətlərini ortaya qoysunlar. 

Bu səbəbdən də vəzifəsindən asılı olmayaraq hər kəs daim buna hazır olmalı və Azərbaycana qarşı istənilən istiqamətdən gələ biləcək təxribatları ifşa etməlidir. Xüsusən də bu prosesdə müasir Azərbaycan gəncliyi fəal olmalıdır. 

Dövlət başçımız Xankəndiyə səfəri zamanı Qarabağ Universitetinin tələbələri ilə görüşündə də bu məsələyə toxunaraq bildirmişdi ki, gənc nəslin milli ruhda böyüməsi istiqamətində ciddi tədbirlər görülməlidir. Belə olacağı təqdirdə heç bir qüvvə Azərbaycana təsir göstərə bilməyəcək.


Sosial-iqtisadi yüksəliş


Dövlət başçısının müəyyənləşdirdiyi əsas hədəflərdən biri də iqtisadi yüksəlişin təminatıdır. Hər kəsə bəllidir ki, Azərbaycan son 20 ildə iqtisadi cəhətdən inkişaf etməsəydi, hazırda sahib olduğumuz bütün reallıqlar indi bizə nağıl kimi görünərdi. İqtisadi mütəqillik siyasi müstəqilliyin təminatçısıdır. İqtisadi qüdrəti olmayan dövlətin hər hansısa uğuru qeyri-mümkündür. 

Məhz cənab İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf konsepsiyasını uğurla davam etdirməsi Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirə bildi. Ümummilli Liderin yarımçıq qalan planlarını uğurla gerçəkləşdirən Prezident İlham Əliyev ölkəmizin iqtisadi qüdrətini ən yüksək səviyyədə təmin etdi.  

Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının son illərdəki yüksəlişi ölkənin hərtərəfli tərəqqisini təmin edib. İqtisadi müstəqillik siyasi müstəqilliyimizi daha da möhkəmləndirib. 21 ilin uğurlu statistik göstəriciləri bunu bir daha təsdiq edir. 

Bu ilə gəldikdə isə demək olar ki, son 8 ayda iqtisadiyyatın dörd faizdən çox artması, qeyri-neft sektorunda artımın 7 faiz olması onu göstərir ki, ilin sonunadək müsbət nəticələr əldə ediləcək. 

Dövlətin əsas hədəflərindən biri də vətəndaşların sosial rifahını yaxşılaşdırmaq üçün iqtisadiyyatı daim inkişaf etdirməkdir. Son 5 ildə, yəni 2018-ci ildən bu yana ölkəmizdə 4 sosial islahatlar paketi həyata keçirilib. 4 milyon insanı əhatə edən bu sosial islahatlar paketinin məbləği 7 milyard manat olub. Son beş il ərzində Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə, minimum pensiya 2,5 dəfə artıb. 

Parlamentdəki çıxışında Prezident xalqa xoş xəbər də verdi. Dövlət başçısı gələn ildən minimum əməkhaqqı və minimum pensiyanın yenə də artırılacağı barədə artıq göstərişin verildiyini bəyan etdi. 


Qarabağ və Şərqi Zəngəzurun inkişaf yönümləri


Böyük Zəfərdən sonra Prezidentin siyasətinin ən prioritet məsələsi Qarabağ və Şərqi Zəngəzurun yenidən bərpası oldu. Qısa zaman ərzində Azərbaycan heç bir beynəlxalq maliyyə qurumundan yardım almadan yalnız öz iqtisadi qüdrəti hesabına işğaldan azad edilən torpaqlarımızda misli görünməyən tikinti-quruculuq işlərinə başladı. Ermənistanın 30 ildə viran qoyduğu yurd yerlərimiz yenidən bərpa olunmağa başlandı. Qısa zamanda Zəngilanın Ağalı kəndinə, ardınca Laçın şəhərinə, bu rayonun Zabux və Ağdərənin Talış kəndinə böyük köç karvanları yola düşdü.  

30 il yurd yerlərindən didərgin salınmış soydaşlarımız doğma el-obalarına qayıtdılar və bunun ardınca Şuşaya, Laçının Sus və Zabux kəndlərində yurda dönüşün sevinci yaşandı. 

2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağda lokal xarakterli antiterror tədbirləri keçirdi və cəmi 23 saat ərzində erməni separatizminə son qoyuldu. Qarabağdakı qondarma qurum ləğv edildi və bununla da Azərbaycanın suverenliyi tam təmin edildi. Müzəffər Ali Baş Komandan qalib sərkərdə kimi Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə Azərbaycan bayrağını dalğalandırdı. Bu yurd yerlərimizdə də tikinti-quruculuq işlərinə başlanıldı və tezliklə ermənilərin bir gündə yandırıb məhv etdikləri Xocalı şəhəri yenidən quruldu. 32 ildən sonra Xocalı sakinləri də doğma yurdlarına döndülər.  

Hazırda da Böyük qayıdış proqramına əsasən, soydaşlarımızın Qarabağ və Şərqi Zəngəzura köçü davam edir. Artıq  doğma yurd yerlərimizdə həyat yenidən qaynamağa başlayıb. 

Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura hər səfəri zamanı yeni müəssisələrin, ictimai-iaşə obyektlərinin açılış mərasimi keçirilir, yenilərinin təməli qoyulur.  Hər ay demək olar Qarabağda, Zəngəzurda yeni istehsalat sahələri açılır. 

Prezident də nitqində bildirdi ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası hər birimizin önəmli vəzifəsidir. Dövlətin iqtisadi qüdrəti bu ərazilərimizin yenidən bərpasına real imkan yaradır. Hər il dövlət büdcəsindən bu istiqamətdə əsaslı vəsait ayrılır. Müharibədən sonra bu ilin sonuna qədər xərclənməyə nəzərdə tutulan vəsait 19 milyard manatdır. Vəsaitin mütləq əksəriyyəti infrastruktur layihələrinə xərclənib. Eyni zamanda keçmiş köçkünlərin qaytarılması üçün davamlı işlər görülür. Səkkiz mindən çox keçmiş məcburi köçkün artıq Qarabağa və Şərqi Zəngəzura yerləşib və hər ay, hər il onların sayı artacaq.

İşğaldan azad olunan ərazilərimizdə bu günədək  3 min kilometr avtomobil yolu inşa edilib, ümumi layihələrin içində 45 tunel, 450 körpünün inşası nəzərdə tutulur. Artıq Füzuli və Zəngilan Beynəlxalq Hava limanları istifadəyə verilib. Enerji potensialı gücləndirilir və üç il ərzində 270 meqavat gücündə su-elektrik stansiyaları istismara verilib. 

Hazırda bu ərazilərdə məktəblər, xəstəxanalar, sosial obyektlər, şəhərlər, qəsəbələr, kəndlər,  salınır. Yəni, bir sözlə, Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı layihələr reallaşdırılır. 

Ən mühüm məsələlərdən biri də Qarabağ və Şərqi Zəngəzurdakı məhv edilmiş dini, mədəni, tarixi irsimizin bərpasıdır. Bu istiqamətdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu çox böyük işlər həyata keçirib və bu gün də bu proses davam etdirilir. Fond tərəfindən tarixi abidələr bərpa edilir, ermənilər tərəfindən dağılmış məscidlər yenidən qurulur. Qarabağın  tanınmış ictimai-siyasi və mədəniyyət xadimlərinin ev-muzeyləri, eləcə də mədəniyyət ocaqlarımız yenidən bərpa edilir. Eyni zamanda işğaldan azad edilən ərazilərimizdə Zəfər və İşğal muzeyləri, Zəfər parkları salınır. Tezliklə, bu ərazilər dünyanın ən maraqlı, görməli yerlərindən birinə çevriləcək. 


Daha təkmil qanunvericilik fəaliyyəti


Bir sözlə, möhtərəm Prezidentimiz yeni inkişaf istiqamətlərini, qarşıda duran hədəfləri göstərdi. Dövlət başçısının nitqini həmçinin parlamentin növbəti 5 illiyi üçün yol xəritəsi də adlandırmaq olar. Yəni Prezident İlham Əliyev yeni formalaşmış yeddinci çağırış parlamentin də qarşısına mühüm öhdəliklər, vəzifələr qoydu. 

 Bütün zamanlarda dövlət başçısının müəyyənləşdirdiyi istiqamətlər üzrə daxili və xarici siyasətimizin uğurları, qanunvericiliyimizin daha da təkmilləşdirilməsi naminə önəmli fəaliyyət göstərən Milli Məclis yenə də missiyasına sadiqlik nümayiş etdirəcək. 

Parlamentin deputatı kimi, bizlər xarici siyasətimizin təbliğatı istiqamətində üzərimizə düşən vəzifələrin öhdəsindən layiqli şəkildə gəlmək üçün xarici səfərlər zamanı, eləcə də təmsil olunduğumuz dostluq qruplarında aktivlik nümayiş etdirməliyik. Antiazərbaycançı şəbəkənin ölkəmizə qarşı istənilən təxribatlarına, beynəlxalq təşkilatlarda dövlətimizə qarşı atılan bütün çirkin addımlara tutarlı arqumentlərlə, faktlar əsasında adekvat cavab verməliyik. Möhtərəm Prezidentimiz İlham Əliyevin müəyyən etdiyi prioritet istiqamətlər üzrə  üzərimizə düşən öhdəlikləri uğurla reallaşdırmalıyıq.

İnanıram ki, yeni formalaşan Milli Məclis möhtərəm Prezidentimizin növbəti 5 illik üçün müəyyənləşdirdiyi yol xəritəsinin icrasını uğurla həyata keçirəcək. Parlamentin deputatları isə dövlət başçısının səsləndirdiyi tövsiyələri əsas tutaraq ali qanunverici orqanın işini daha da canlandıracaqlar.


Səttar MÖHBALIYEV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1184-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında 

01:59
27 Sentyabr

Azərbaycan Respublikasının 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında

01:57
27 Sentyabr

UEFA Avropa Liqası: “Tottenhem” – “Qarabağ” oyununun start heyətləri məlum olub

22:39
26 Sentyabr

Energetika naziri Belqradda bir sıra görüşlər keçirib

22:34
26 Sentyabr

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 75 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib

22:32
26 Sentyabr

Assosiasiya prezidenti: Azərbaycan bazarı Qətər üçün mühümdür

22:30
26 Sentyabr

Şahin Mustafayev: Çinlə tranzit daşımaları əməkdaşlığımızın əsas istiqamətlərindən biridir

22:29
26 Sentyabr

Şuşa şəhərində Vüqar Həşimov Memorialının açılış mərasimi olub

22:26
26 Sentyabr

Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib

22:20
26 Sentyabr

Azərbaycan və Ermənistan qısa müddətdə sülh sazişinin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər YENİLƏNİB 

22:19
26 Sentyabr

Qırx ölkənin təmsil olunduğu “ADEX-2024” və “Securex Caspian” sərgilərinə yekun vurulub

20:12
26 Sentyabr

"ADEX-2024" və "Securex Caspian" sərgiləri çərçivəsində bir sıra sənədlər imzalanıb

20:10
26 Sentyabr

Bakıda növbəti ağacəkmə aksiyası təşkil olunub

19:32
26 Sentyabr

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

19:31
26 Sentyabr

Azərbaycan Müdafiə Nazirliyinin və Çinin dövlət şirkətinin rəhbərlikləri arasında görüş keçirilib

19:30
26 Sentyabr

Nazir: “COP29 gündəliyində olan 14 təşəbbüsü BMT-də təqdim etdik”

19:29
26 Sentyabr

Şəhid olan prokurorluq əməkdaşlarının ailə üzvləri, prokurorluğun veteranları və Vətən müharibəsində iştirak edən prokurorluq işçiləri ilə görüş keçirilib

19:28
26 Sentyabr

Vüqar Həşimov Memorialı start götürüb

19:27
26 Sentyabr

Fransada Milli Assambleyanın yenidən buraxılacağına dair çağırışlar səslənir

19:26
26 Sentyabr

Kir Starmer Avropa İttifaqı ilə əlaqələri yenidən qurmaq istəyir

19:25
26 Sentyabr

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə sahilyanı təmizlik aksiyası keçirilib

19:22
26 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!