25 Sentyabr 2024 08:00
609
SİYASƏT
A- A+
Bayramlar bayramı

Bayramlar bayramı


Təməli Qurtuluş Günü ilə qoyulan Dövlət Suverenliyi Günü


Ötən həftə - 20 sentyabr 2024-cü ildə ilk dəfə ölkəmizdə Dövlət Suverenliyi Günü qeyd olundu!

Bundan bir gün əvvəl - 19 sentyabrda Azərbaycan Prezidenti İlham Əliyev müvafiq sərəncam imzalamışdı.

Vədəsində verilən, xalqımızın sevinc və razılıqla qarşıladığı bu qərar son illərdə şahidi olduğumuz bir sıra tarixi və şərəfli məqamları özündə ehtiva edir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin bizə yenicə bəxş etdiyi yeni bir bayramın - Dövlət Suverenliyi Gününün mahiyyətinə varsaq, onu bir cümlə ilə belə ifadə etmək olar:

Azərbaycanın torpaq itkisi dövrü başa çatıb, indi geri qaytarılmış ərazilərin quruculuq, inkişaf dövrüdür!

Söhbət ən yaxın tariximizdən və gözlərimiz qarşısında baş verən hadisələrin böyük əksəriyyətindən gedir!

*** 

Əvvəla, Prezident İlham Əliyevə Azərbaycan xalqına belə xoşbəxtliyi yaşatdığına, şəhidlərimizin qisasını döyüş meydanında aldığına və bizi qalib millətə, qalib xalqa, qalib dövlətə çevirdiyinə görə sonsuz təşəkkür və minnətdarlığımızı bildiririk!

İkincisi, qanı axan Qarabağ yarasının, ölkəmizin bədənində xərçəngə çevrilmiş separatizm xəstəliyinin necə sağaldığını göstərmək üçün bir qədər geriyə qayıtmaq istəyirik.

"Qarabağ problemi" çar Rusiyası tərəfindən hazırlanan və dünyadakı "xristian təəssübkeşləri" tərəfindən müdafiə olunan qəddar və məkrli bir "layihə" idi.

Bu "layihə" ilk növbədə Türkiyəyə, türk dövlətlərinin birliyinə qarşı düşünülmüş və Azərbaycan ərazisində icrasına başlanmışdı.

Hər dəfə dünyada çalxalanma, dünya düzənində ciddi dəyişikliklər baş verəndə işə salınırdı.

Birinci Cahan müharibəsindən sonra dünyada yeni ictimai-iqtisadi formasiya, kommunizm ideologiyasına əsaslanan qırmızı imperiya - SSRİ yarananda bu məqamdan istifadə edərək Türkiyədən xəyanətlərinə görə qovulan erməniləri Azərbaycan torpaqlarında yerləşdirərək Ermənistan adlı forpost dövlət yaratdılar.

Bununla da Azərbaycan torpaqlarının hissə-hissə ermənilərə verilməsi prosesinin başlanğıcı qoyuldu.

İkinci dəfə böyük ərazi qoparılmasına isə qırmızı imperiyanın çöküşü zamanı - ötən əsrin 90-cı illərində başlanıldı.

***

Düşmən xain niyyətlərini həyata keçirməkdən ötrü əlverişli məqam seçmişdi.

"Yenidənqurma" adlı oyunbazlıqla meydana atılan və bu yolla SSRİ-ni dağılmaqdan xilas etməyə çalışan M.Qorbaçov ermənipərəst mövqeyi tutduğundan bu xalqın separatizm əməllərinə göz yumurdu.

Hətta Moskva keçmiş DQMV-də "xüsusi idarəetmə komitəsi" adlı məkrli bir qurum yaratmaqla vilayəti Azərbaycanın tabeliyindən çıxartdı.

Bununla da yanan ocağa neft tökmüş oldu!

Məsələni qəlizləşdirən məqamlardan biri o idi ki, həmin dövr Azərbaycan xalqı həqiqi rəhbərindən - Ulu Öndər Heydər Əliyevdən ayrı düşmüşdü!

Azərbaycana başçılıq edənlərin heç biri nə dünya siyasətindən, nə dünyada gedən proseslərdən baş çıxarırdı, nə də sabah nələrin olacağını bilirdi.

Odur ki, nə manqurt Vəzirov, nə imperiyanın sadiq qulluqçusu Mütəllibov, nə də şəxsi maraqlarını hər şeydən üstün tutan səriştəsiz, təcrübəsiz və bacarıqsız AXC-Müsavat cütlüyü sürətlə döyüşkən ordu yaradaraq torpaqların müdafiəsini təmin etmək qabiliyyətində idilər.

* Beləcə, Azərbaycan arxalı düşmən qarşısında əliyalın qaldı.

* Beləcə, Azərbaycan torpaqları müdafiəsiz qoyuldu.

* Beləcə, düşmən niyyətlər, məkrli planlar baş tutdu, ölkə ərazisi kəndbəkənd, şəhərbəşəhər işğal olundu.

***

1993-cü ilin iyununda xalqın arzu və tələbi ilə Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtması insanlarda böyük inam, ruh yüksəkliyi doğurdu!

Lakin, necə deyərlər, iş-işdən keçmiş, yüz minlərlə insan qaçqına və məcburi köçkünə çevrilmişdi.

Yeni ərazilərin işğalının qarşısını almaq, ordu qurmaq, çadır şəhərciklərindəki binəva insanlara arxa durub kömək etmək üçün nə vəsait vardı, nə də imkan.

Lakin Ulu Öndər Heydər Əliyev böyük qətiyyət və əzmlə işə başladı, bir-birinin ardınca zəruri addımlar atdı:

* Müharibə bölgəsində davamlı atəşkəsə nail oldu, xaos və anarxiyaya son qoydu, qanunsuz silahlı birləşmələri ləğv etdi, əhalidəki külli miqdarda silah-sursatı müsadirə etdi, ölkədə möhkəm və dönməz sabitlik yaratdı!

* İki dəfə dövlət çevrilişinə cəhdin qarşısını aldı və Azərbaycanda hakimiyyətə yalnız seçkilərlə, demokratik yolla gəlməyin təməlini qoydu!

* "Əsrin müqaviləsi" adlanan neft kontraktını imzalayaraq ölkənin gələcək iqtisadi inkişafını şərtləndirdi.

* Ordu quruculuğunun təməlini, torpaqların işğaldan azad edilməsinin əsasını yaratdı.

1994-cü ilin yanvarında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə keçirilən hücum əməliyyatında Horadiz qəsəbəsi daxil 20 yaşayış məntəqəsi işğaldan azad edildi!

Əcəl Ulu Öndərə bundan artığına imkan vermədi, ölkəni etibarlı əllərə, siyasi varisi İlham Əliyevə tapşıraraq əbədiyyətə qovuşdu.

***

Prezident İlham Əliyevin həm ölkə daxilində, həm də beynəlxalq aləmdə gördüyü nəhəng işlərin özəyində işğal olunmuş ərazilərin azad edilməsi dayanırdı.

Qısaca şəkildə qeyd edirik ki, cənab İlham Əliyev tarixən qısa müddətdə düşmənə qalib gələcək güclü dövlət və ordu yaratdı, beynəlxalq aləmdə yüksək nüfuz və dəstək qazandı!

Torpaqların azad edilməsi üçün uğurlu vaxt da müəyyən olundu:

* Bu müharibədə Azərbaycan xalqı "dəmir yumruğ"a çevrilərək Ali Baş Komandanın ətrafında sıx birləşdi, mümkün olmayanları belə, gerçəyə çevirdi!

* 44 gün ərzində 30 illik işğala son qoyuldu!

* Düşmən ordusu darmadağın edilərək diz çökdürüldü, ermənilər kapitulyasiya aktını imzalamağa məcbur oldular!

* Rusiyanın vasitəçiliyi və zəmanəti ilə müharibənin sülh yolu ilə yekunlaşması barədə üçtərəfli Bəyanat imzalandı!

***

Sonrakı hadisələr, Ermənistanın dostlarının və havadarlarının atdıqları addımlar göstərdi ki, İlham Əliyevin keçmiş DQMV-nin ərazisinin hərbi yolla deyil, danışıqlar vasitəsilə azad edilməsinə razılıq verməsi çox vacib və uzaqgörən addım idi.

Azərbaycan yalnız hərbi vasitələrdən istifadə etsəydi, sonda xoşagəlməz vəziyyətlər yaranardı, uğursuzluğa düçar olardıq.

Ermənistan riyakar simasını növbəti dəfə göstərdi: üçtərəfli Bəyanatın bütün bəndlərinin icrasından boyun qaçırmağa, yubatmağa başladı.

Ən əsası, Qarabağdakı qanunsuz silahlı birləşmələri ərazimizdən çıxarmaq istəmədi, onlara yardım və dəstəyi davam etdirdi.

Laçın dəhlizinin RSK-nin nəzarəti altında olmasından və sülhməramlıların vəzifə borclarını yerinə yetirməmələrindən istifadə edərək xunta rejiminə maliyyə yardımı, silah-sursat, mina və canlı qüvvə göndərilməsini davam etdirdi, separatçıları tam dəstəklədi.

Bununla da "dəmir yumruğ"un ikinci dəfə işə salınmasına ehtiyac yarandı!

Böyük ustalıqla hazırlanan və məharətlə həyata keçirilən əməliyyat nəticəsində Həkəri körpüsü üzərində Azərbaycana məxsus nəzarət-buraxılış məntəqəsi yaradılaraq Laçın dəhlizi birdəfəlik qapadıldı!

Ermənistan ilə Qarabağdakı separatçıların birbaşa və sərbəst əlaqələrinə son qoyuldu!

Azərbaycan ərazisinə qanunsuz silah-sursat daşınması dayandırıldı.

Ən əsası, ölkəmizin ərazi bütövlüyü bərpa olunaraq ilk dəfə Azərbaycanın öz dövlət sərhədlərinə tam nəzarəti təmin edildi.

***

Düşmən bununla da ağıllanmadı.

Havadarlarının köməyinə və dəstəyinə güvənərək sərhədlərimizin atəşə tutulmasını, ərazilərimizin yenidən minalanmasını, separatçıların dəstəklənməsini dayanmadan davam etdirdi.

Hətta iş o yerə çatdı ki, qondarma qurum yenidən "prezident seçkiləri" keçirdi və Ermənistanın baş naziri Paşinyan onları təbrik etdi.

Xidməti vəzifələrini yerinə yetirən 4 nəfər Azərbaycan polisinin minaya düşərək şəhid olması Müzəffər Ali Baş Komandan İlham Əliyevin səbrini daşırdı.

"Dəmir yumruğ"un üçüncü zərbəsindən sonra Azərbaycanın dövlət suverenliyi və Konstitusiya əsasları bərpa edildi!

23 saat çəkən antiterror əməliyyatı nəticəsində Qarabağ ərazisindəki bütün hərbi hissələr, döyüş mövqeləri darmadağın edildi, terrorçular və separatçılar ağ bayraq qaldıraraq təslim oldular!

Düşmənə məxsus bütün silah-sursat, döyüş texnikası qənimət kimi ələ keçirildi.

"dqr"ın keçmiş "prezident"ləri, "parlament" başçıları, "nazir"ləri tutularaq Bakıya gətirildilər.

Azərbaycan qanunlarını və vətəndaşlığını qəbul etmək istəməyənlərin hamısı könüllü surətdə ölkəmizin ərazisini tərk etdi.

Bir nəfərin burnu belə qanamadan "Qarabağ münaqişəsi"nə əbədilik son qoyuldu!

İlham Əliyevin təbirincə desək: "Separatçıların tabutuna son mismar vuruldu!"

***

Antiterror əməliyyatı Zəfərin son nöqtəsi, ən uca zirvəsi oldu!

Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarıq ki, 30 illik işğala və erməni separatizminə son nöqtəni qoydu!

İndi isə bizə yeni bayram - Dövlət Suverenliyi Gününü bəxş etdiyinə görə sonsuz təşəkkürümüzü bildiririk!

Bundan sonra hər il sentyabrın 20-də möhtəşəm qələbəmizi sevinclə qeyd edəcəyik!

Bəli, Baş Sərkərdəmizin və ordumuzun qəhrəmanlığı sayəsində Azərbaycanda separatizmin toxumu kəsildi!

Azərbaycan dünyada ərazisində separatçı yaşamayan yeganə dövlətə çevrildi!

Azərbaycan həm də dünyada erməni diasporunun və onun əlaltılarının mövcud olmadığı yeganə ölkədir!

30 ilə yaxın bir müddətdə soyqırımı günlərini, işğal günlərini, qara bayramları keçirirdik.

İndi isə zəfər günlərimizi, şəhər günlərimizi sevinc və fərəhlə qeyd edirik!

* Bu gün dünya qarşısında alnımız açıqdır: torpaqlarımızı işğalçılardan təmizləmişik, ərazi bütövlüyümüzü, dövlət suverenliyimizi bərpa etmişik!

* Bu gün şəhidlərimiz qarşısındakı müqəddəs borcumuzu ləyaqətlə yerinə yetirmişik:

Onların qisasını almışıq, ocaq söndürənlərin ocaqlarını söndürmüşük!

Artıq qalib və qürurlu millətik!

Belə bayramlar hamımıza yaraşır!



Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1184-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında 

01:59
27 Sentyabr

Azərbaycan Respublikasının 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında

01:57
27 Sentyabr

UEFA Avropa Liqası: “Tottenhem” – “Qarabağ” oyununun start heyətləri məlum olub

22:39
26 Sentyabr

Energetika naziri Belqradda bir sıra görüşlər keçirib

22:34
26 Sentyabr

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 75 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib

22:32
26 Sentyabr

Assosiasiya prezidenti: Azərbaycan bazarı Qətər üçün mühümdür

22:30
26 Sentyabr

Şahin Mustafayev: Çinlə tranzit daşımaları əməkdaşlığımızın əsas istiqamətlərindən biridir

22:29
26 Sentyabr

Şuşa şəhərində Vüqar Həşimov Memorialının açılış mərasimi olub

22:26
26 Sentyabr

Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib

22:20
26 Sentyabr

Azərbaycan və Ermənistan qısa müddətdə sülh sazişinin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər YENİLƏNİB 

22:19
26 Sentyabr

Qırx ölkənin təmsil olunduğu “ADEX-2024” və “Securex Caspian” sərgilərinə yekun vurulub

20:12
26 Sentyabr

"ADEX-2024" və "Securex Caspian" sərgiləri çərçivəsində bir sıra sənədlər imzalanıb

20:10
26 Sentyabr

Bakıda növbəti ağacəkmə aksiyası təşkil olunub

19:32
26 Sentyabr

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

19:31
26 Sentyabr

Azərbaycan Müdafiə Nazirliyinin və Çinin dövlət şirkətinin rəhbərlikləri arasında görüş keçirilib

19:30
26 Sentyabr

Nazir: “COP29 gündəliyində olan 14 təşəbbüsü BMT-də təqdim etdik”

19:29
26 Sentyabr

Şəhid olan prokurorluq əməkdaşlarının ailə üzvləri, prokurorluğun veteranları və Vətən müharibəsində iştirak edən prokurorluq işçiləri ilə görüş keçirilib

19:28
26 Sentyabr

Vüqar Həşimov Memorialı start götürüb

19:27
26 Sentyabr

Fransada Milli Assambleyanın yenidən buraxılacağına dair çağırışlar səslənir

19:26
26 Sentyabr

Kir Starmer Avropa İttifaqı ilə əlaqələri yenidən qurmaq istəyir

19:25
26 Sentyabr

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə sahilyanı təmizlik aksiyası keçirilib

19:22
26 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!