Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Gələn il minimum əməkhaqqı və minimum pensiya yenə artacaq
Ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasət dövlətin ümumi siyasətinin ayrılmaz hissəsidir. Vətəndaşların sosial rifahını yaxşılaşdırmaq üçün yürüdülən bu siyasət birbaşa iqtisadi inkişafla bağlıdır.
Prezident İlham Əliyev dəfələrlə söylədiyi bu fikri yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı nitqində bir daha vurğuladı. İqtisadi sahədə göstəricilərin bu il də müsbət olduğunu bildirdi: "Səkkiz ayda iqtisadiyyat dörd faizdən çox artıb, qeyri-neft sektorunda yeddi faiz olub. Biz son illər ərzində mənim tapşırığımla xarici borcumuzu ildən-ilə aşağı salırdıq və bu gün ümumi daxili məhsula nisbətdə bu, cəmi 7,5 faiz təşkil edir. Demək olar ki, biz bütün əsas kreditləri qaytarmışıq və yəni əgər borcumuzu mütləq rəqəmlərlə götürsək, təqribən 5,3 milyard dollardır, - biz bir gündə qaytara bilərik. Daha heç bir ölkə ilə özümüzü müqayisə etmək istəmirəm. Amma bir rəqəmi deyim ki, inkişaf etmiş ölkələrin bəzilərində, o cümlədən bizə mühazirə oxumaq istəyən bəzi ölkələrdə xarici borc ümumi daxili məhsulun 100 faizini, ondan da yüksək rəqəmi təşkil edir".
Bunlar sadəcə olaraq qazanılan uğurların yalnız bir hissəsidir. Əlbəttə, görülən işlərdən bəhs edərkən ilk növbədə işğaldan azad olunmuş ərazilərimizdə aparılan geniş bərpa-quruculuq tədbirləri yada düşür. Qarabağın və Şərqi Zəngəzurun bərpası qarşıda dayanan önəmli vəzifədir. Təsadüfi deyil ki, qələbə qazanılan vaxtdan bu ilin sonuna qədər xərclənməsi nəzərdə tutulan vəsait 19 milyard manat təşkil edir. Bu vəsaitin mütləq əksəriyyəti infrastruktur layihələrinin icrasına xərclənib. Bununla yanaşı, keçmiş köçkünlərin qaytarılması üçün də işlər görülür və artıq səkkiz mindən çox keçmiş köçkün Qarabağda və Şərqi Zəngəzurda yerləşib. Onların sayı aydan-aya daha da artır.
Regionda infrastruktur layihələri geniş vüsət alıb. Belə ki, artıq 3 min kilometr avtomobil yolu inşa edilib. Ümumi layihələrin sırasında 45 tunelin tikintisi yer alır və onların ümumi uzunluğu 70 kilometrdir. Eləcə də 450 körpünün inşası nəzərdə tutulur. Dəmir yolları, iki beynəlxalq hava limanı istifadəyə verilib.
Başlıca işlərdən biri də enerji potensialının gücləndirilməsidir. Bu istiqamətdə də təqdirəlayiq tədbirlər görülüb. Belə ki, üç il ərzində 270 meqavat gücündə su-elektrik stansiyaları istismara verilib və bu proses davam etdirilir. Məktəblər, xəstəxanalar, sosial obyektlər istifadəyə verilir. Mənfur düşmənin xarabalığa çevirdiyi yaşayış məntəqələrinin yerində yeni kəndlər, qəsəbələr salınır. Tarixi abidələr bərpa edilir. Erməni vandalları tərəfindən dağılmış yeddi məscid yenidən qurulub. Səkkiz məscidin inşası davam edir.
Dövlətimizin başçısı bu işlərin genişmiqyaslı olduğunu qeyd edərək demişdir: "Zəfər muzeyləri, işğal muzeyləri, zəfər parkları, - yəni bu coğrafiyada belə genişmiqyaslı işləri aparmaq, bir daha deyirəm, doğrudan da xalqımızın böyük imkanlarını göstərir və burada söhbət təkcə maliyyə vəsaitindən getmir. Bizim qurduğumuz dövlət, eyni zamanda texniki imkanlara malikdir. Kadr hazırlığı da yerindədir. Çünki bu işləri görmək - üç min metrdən yuxarı hündürlüyü olan dağlarda qış vaxtında elektrik xətləri çəkmək, doğrudan da böyük peşəkarlıq tələb edir. Yəni ölkəmizin potensialı budur. Biz buna hazırıq. Biz torpaqları azad edən kimi dərhal buna başlamışıq".
Təbii ki, bütün bu işləri görmək üçün iqtisadi imkanımız olmalıdır. Ölkəmiz bütün bunları öz hesabına gerçəkləşdirir. Füzuli rayonunda Özbəkistanın tikdiyi məktəbi və Qazaxıstanın inşa etdiyi uşaq yaradıcılıq mərkəzini, eləcə də hazırda Qırğızıstanın Ağdam rayonunda tikməkdə olduğu məktəbi nəzərə almasaq, bütün işləri öz hesabımıza, öz gücümüzlə görürük. Bu da bir daha göstərir ki, biz ancaq öz gücümüzə arxalanmalıyıq, öz potensialımıza güvənməliyik.
Gələcək planları gerçəyə çevirmək üçün yenə də vacib şərt iqtisadi inkişafdır. O cümlədən vətəndaşların sosial rifahının yüksəldilməsi üçün də. İndiyə qədər bu sahədə atılan addımlara da məhz iqtisadi inkişaf imkan vermişdir. Belə ki, 2018-ci ildən indiyədək Azərbaycanda dörd sosial islahatlar paketi həyata keçirilib. Bunların məbləği 7 milyard manatdır və 4 milyon insanı əhatə edir. Son beş il ərzində ölkəmizdə minimum əməkhaqqı 2,7 dəfə, minimum pensiya 2,5 dəfə artıb.
"Artıq göstəriş verildi ki, gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaqdır.Yəni bu sosialyönümlü siyasət bir daha bizim ümumi siyasətimizi, niyyətimizi göstərir. Əlbəttə ki, gələcəkdə bu istiqamətdə siyasəti aparmaq üçün iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, yerli istehsalın genişləndirilməsi əsas şərtdir", - deyə Prezidentimiz bildirmişdir.
Bu gün ölkəmizdə məhz bu istiqamətdə əhəmiyyətli işlər görülür. Qarabağda və Şərqi Zəngəzurda yeni istehsalat sahələri açılır. O cümlədən böyük rəmzi məna daşıyan "İstisu" zavodunun açılışı olub. Bütün bölgələrdə genişmiqyaslı işlər aparılır. Deməli, Azərbaycanın iqtisadi yüksəlişi davam edir.
Flora SADIQLI,
"Azərbaycan"
“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1184-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında
UEFA Avropa Liqası: “Tottenhem” – “Qarabağ” oyununun start heyətləri məlum olub
Energetika naziri Belqradda bir sıra görüşlər keçirib
Bakıda Çin Xalq Respublikasının yaradılmasının 75 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib
Assosiasiya prezidenti: Azərbaycan bazarı Qətər üçün mühümdür
Şahin Mustafayev: Çinlə tranzit daşımaları əməkdaşlığımızın əsas istiqamətlərindən biridir
Şuşa şəhərində Vüqar Həşimov Memorialının açılış mərasimi olub
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib
Azərbaycan və Ermənistan qısa müddətdə sülh sazişinin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər YENİLƏNİB
Qırx ölkənin təmsil olunduğu “ADEX-2024” və “Securex Caspian” sərgilərinə yekun vurulub
"ADEX-2024" və "Securex Caspian" sərgiləri çərçivəsində bir sıra sənədlər imzalanıb
Bakıda növbəti ağacəkmə aksiyası təşkil olunub
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub
Azərbaycan Müdafiə Nazirliyinin və Çinin dövlət şirkətinin rəhbərlikləri arasında görüş keçirilib
Nazir: “COP29 gündəliyində olan 14 təşəbbüsü BMT-də təqdim etdik”
Şəhid olan prokurorluq əməkdaşlarının ailə üzvləri, prokurorluğun veteranları və Vətən müharibəsində iştirak edən prokurorluq işçiləri ilə görüş keçirilib
Vüqar Həşimov Memorialı start götürüb
Fransada Milli Assambleyanın yenidən buraxılacağına dair çağırışlar səslənir
Kir Starmer Avropa İttifaqı ilə əlaqələri yenidən qurmaq istəyir
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə sahilyanı təmizlik aksiyası keçirilib
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!