28 Sentyabr 2024 18:33
335
CƏMİYYƏT
A- A+
Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb

Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb

Dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi, qeyri-leqal miqrasiyaya qarşı mübarizə sahəsində davam edən sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir”, “Xudat” və “Zaqatala” sərhəd dəstələrinin xidməti ərazisində dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər sərhəd pozucusu sərhədçilərin sayıqlığı nəticəsində saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, sentyabrın 24-də saat 09:30-da “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində 1 nəfər Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı (2002-ci il təvəllüdlü Abdulkader Ben Bahi), sentyabrın 26-da saat 20:40-da “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində isə 2 nəfər Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı (1998-ci il təvəllüdlü Sarra Benuoali və 1995-ci il təvəllüdlü Rabi Seif Elnaser) dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

“Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində sentyabrın 26-da saat 20:50-də 6 nəfər (1992-ci il təvəllüdlü Hussain Sayed Şahid, 2005-ci il təvəllüdlü Abbas Sayed Haider, 2006-cı il təvəllüdlü Ullah Mohib, 2009-cu il təvəllüdlü Sarvar Nadeem, 2003-cü il təvəllüdlü Ahmad Naseer və 1997-ci il təvəllüdlü Sohaib Muhammad), sentyabrın 27-də saat 22:15-də 12 nəfər (1990-cı il təvəllüdlü Virk Asif Ali, 1978-ci il təvəllüdlü Şazia, 1988-ci il təvəllüdlü Raza Ali, 2000-ci il təvəllüdlü Elahi Fazal, 1995-ci il təvəllüdlü Haq Zamam Ul, 2002-ci il təvəllüdlü Virk Abdul Haseeb, 2004-cü il təvəllüdlü Muhammad Avon, 2000-ci il təvəllüdlü Abbas Muhammad Zahid, 2005-ci il təvəllüdlü Ullah Muhammad Sami, 2000-ci il təvəllüdlü Hamza Ameer, 2001-ci il təvəllüdlü Ali Zain və 1995-ci il təvəllüdlü Ahmad Jameel), saat 23:10-da isə 1 nəfər (1989-cu il təvəllüdlü Shahzad Khurram) - ümumilikdə 19 nəfər Pakistan İslam Respublikası vətəndaşının Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozma cəhdlərinin qarşısı sərhədçilər tərəfindən uğurla alınıb.

Araşdırma tədbirləri nəticəsində saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəldikləri, dövlət sərhədini pozaraq qeyri-qanuni yollarla Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Faktlar üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şahmat üzrə Vüqar Həşimov Memorialının bağlanış mərasimi keçirilib

21:06
28 Sentyabr

Azərbaycanda daha bir maliyyə piramidası şəbəkəsi ifşa edildi 

20:25
28 Sentyabr

“Eternity-2024” çoxmillətli komanda-qərargah təlimi başa çatıb

20:23
28 Sentyabr

Şuşada keçirilən şahmat üzrə Vüqar Həşimov Memorialının qalibi bəlli olub

19:46
28 Sentyabr

XİN: Peter Stanonun Aİ-nin Ermənistandakı Missiyasının mandatı barədə səsləndirdiyi fikirlər əsassızdır  

19:41
28 Sentyabr

Azərbaycanda torpağın bir kateqoriyadan digərinə keçirilməsi üçün əsaslar müəyyənləşib

19:40
28 Sentyabr

Azərbaycanda torpağın məqsədli təyinatının dəyişdirilməsi üçün əsaslar müəyyənləşib

19:36
28 Sentyabr

Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb

18:33
28 Sentyabr

Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib

18:30
28 Sentyabr

Dünyanın ən yaxşı 10 qapıçısı - SİYAHI

16:57
28 Sentyabr

"Naxçıvan rəhbərliyindən xahiş edirəm ki, komandanı Naxçıvana qaytarsınlar"

16:52
28 Sentyabr

Çadda saxlanılan rusiyalılar azad ediləcək

16:44
28 Sentyabr

Minifutbol üzrə Azərbaycan çempionatı: Birinci turun oyunları bəlli oldu

16:32
28 Sentyabr

Monteneqroda keçirilən AOK-un 44-cü seminarı öz işini başa vurub

16:06
28 Sentyabr

BRICS onlarla dövləti əhatə edəcək - AÇIQLAMA

15:31
28 Sentyabr

Haiti Fransadan təzminat tələb edir

15:30
28 Sentyabr

Dağıstandakı partlayışda ölü sayı artır   

15:03
28 Sentyabr

Beynəlxalq konfransın iştirakçıları Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti barədə məlumatlandırılıb

15:01
28 Sentyabr

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələri ilə təlim keçirilib

14:25
28 Sentyabr

Özbəkistan Prezidenti: Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu regional inkişafa töhfə verəcək  

14:24
28 Sentyabr

Rusiya, İran və Türkiyə xarici işlər nazirlərinin görüşü olub

14:22
28 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!