30 Iyun 2024 08:45
156
İDMAN
A- A+

Taktiki zəfər

 

Son çempiondan vida, İsveçrə 1/4 finalda

 

1/8 final
İsveçrə - İtaliya - 2:0

Qollar: Remo Freuler, 37. Ruben Varqas, 46
Baş hakim: Şimon Marçinyak (Polşa)
Berlin Olimpiya Stadionu

Tarixə səyahət etsək görərik ki, tərəflər bu matçadək 60 dəfə üz-üzə gəliblər. İtaliyanın 29 dəfə qalib gəldiyi və 7 dəfə məğlub olduğu rəqabət başlanğıcını uzaq 1911-ci ildə yoldaşlıq görüşündə 2:2 hesablı bərabərliklə götürüb.
Bu qarşılaşmaya gəldikdə isə hakimin start fitindən sonra meydançanın mərkəzində daha gərgin mübarizənin şahidi olduq. Xüsusilə ikinci zonada topa sahib olmaq üçün tərəflərin bir-birilərinə qarşı basqısını izlədik. Ancaq çox keçmədi İsveçrə üstünlüyü tam ələ aldı.  
Sürətli ötürmələrlə oyunu meydançanın İtaliyaya aid hissəsinə yıxmağı bacardı. Cinahdan təşkil edilən ötürmələrlə ilk dəqiqələrdən rəqib qapısı qarşısında təhlükəli epizodlar da yaratdı. İtalyanlar isə müdafiədən topu oyuna daxil etməkdə çətinliklə üzləşdilər. Ona görə də uzun ötürmələrlə El-Şaravi ilə əks hücum taktikasına keçdilər. Ancaq topsuz oyuna üstünlük verən İtaliya yığması İsveçrənin oyun tempini yalnız qayda pozuntuları ilə almağa çalışdı. Lakin italyanların cəhdləri uğursuz alındı. Bütün komponentlərdə İtaliyanı üstələyən İsveçrə qol epizodlarından birini dəyərləndirdi. Remo Freuler komandasını hesabda irəli çıxardı.
Fasilədən sonra da ilk hissədəki oyun anlayışını davam etdirən İsveçrə Ruben Varqasın vurduğu qolla 2:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəldi. İtaliya isə Avropa çempionluğu ünvanını bu turnirdə qoruya bilmədi.  
Ötən əsrin 90-cı illərində final mərhələlərinə yolu açılan İsveçrə millisi müxtəlif tanınmış baş məşqçilərin rəhbərliyi altında çıxış edib. Əsas uğurlar isə Vladimir Petkoviçin təyinatından sonra əldə olunub. Bosniya və herseqovinalı mütəxəssis Braziliya, Albaniya və Afrikadan olan legionerləri milliləşdirilməsini istəməklə döyüşkən kollektiv formalaşdırıb. Onların əhatəsində isveçrəli oyunçular Yan Zommer, Cerdan Şakiri, Qranit Caka kimi ulduzların yetişməsi də özünü gözlətməyib. Millinin hazırkı lideri də məhz sonuncudur. 
İtaliya millisi son Avropa çempionatının qalibi idi. İndiyədək yalnız bir dəfə - 2012-ci ildə əvvəlki çempion adını qorumağı bacarıb. İkiqat Avropa çempionu olan apenninlilər son üç yarışda iki final oynayıblar.  Avropa çempionu turnirdən kənar qalmaq təhlükəsindən son anda qaçıb. Seçmə mərhələdə İngiltərəyə iki dəfə uduzan İtaliya Almaniyaya vəsiqəni çətinliklə qazanıb. Şimali Makedoniya ilə görüşdə də xal itirən komanda ikincilik mübarizəsində Ukraynanı əlavə göstəricilərdə üstələyib. Son turda məhz əsas rəqibinin qonağı olan "Skuadra Adzurra" uduzmamaq vəzifəsinin öhdəsindən gəlməklə (0:0) ikinci yerini qorumuşdu.

Elçin CƏFƏROV,
"Azərbaycan"
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video