07 May 2024 16:03
271
SİYASƏT
A- A+

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

 

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında “Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır” mövzusunda konfrans keçirilib.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, rəhbərlik və qonaqlar “Heydər Əliyev guşəsi” və “Dəmir yumruq” abidə kompleksini ziyarət edib, abidə önünə güllər düzüblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə dahi Öndərimizin Azərbaycan dövləti qarşısındakı misilsiz xidmətlərindən, xalqın israrlı tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra həyata keçirdiyi təxirəsalınmaz və qətiyyətli tədbirlərdən, vətəndaş müharibəsi və separatizm təhlükəsinin aradan qaldırılmasından, dayanıqlı ictimai-siyasi sabitliyin əldə edilməsindən danışılıb.

Bildirilib ki, hələ sağlığında tarixin yaddaşında əbədiləşmiş, DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını zərgər dəqiqliyi ilə müəyyənləşdirən ən böyük azərbaycanlı Heydər Əliyev üçün müqəddəs amal olan ərazi bütövlüyü və dövlət suverenliyinin bərpası məsələsi illər sonra Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən öz həllini tapdı və bu gün, onun rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işləri dayanıqlı kompleks tədbirlər çərçivəsində aparılır.

Tədbirdə Milli Məclisin deputatları Musa Qasımlı, Vüqar İskəndərov və Jalə Əhmədova iştirak edib.

Sonda Ulu Öndər Heydər Əliyevin şərəfli həyat yolundan və müdrik siyasi fəaliyyətindən bəhs edən “Əbədiyyətin ilk əsri” sənədli filmi nümayiş olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video