Uğur qazanmağın sirrini istedadla zəhmətin vəhdətində görən aktyor
O, səksən yeddi illik ömrünün altmış ildən çoxunu səhnəyə həsr etdi. Bu illər ərzində 200-dən çox obraza səhnə ömrü verdi...
Ağahüseyn Cavadov 1894-cü il aprelin 22-də Bakının Xırdalan kəndində (indiki Xırdalan şəhəri) dünyaya gəlib. Anası Hürmət xanımın ən böyük arzusu onu savadlı insan kimi görmək idi. O, oğlunu təhsil alması üçün əvvəlcə mollaxanaya aparıb. Sonra Ağahüseyn Cavadov Bakıda, "Səadət" məktəbində oxuyub. Həmin məktəbi 1919-cu ildə bitirib. Maddi vəziyyəti ucbatından təhsilini davam etdirməyib. Ailəsini dolandırmaq üçün tacir yanında işləməyə başlayıb.
Ağahüseyn Cavadov vaxt, imkan tapan kimi ona əsrarəngiz bir aləm kimi görünən teatra gedir, böyük maraqla tamaşalara baxırdı. Aktyorlar Sidqi Ruhulla, Mirzəağa Əliyev, Cahangir Zeynalov və Hacıağa Abbasovun səhnədə oynadıqları rollar onu heyran edirdi. Səhnəyə çıxmaq, həmin görkəmli sənətkarlarla tərəfmüqabili olmaq o vaxtlar Ağahüseyn Cavadov üçün arzudan daha çox xəyal idi. Amma xəyalının həqiqətə çevrildiyi günlər gəldi...
Ağahüseyn Cavadov 1920-ci ildə Azərbaycan Hərbi Komissarlığının Siyasi İdarəsinin yaratdığı teatrın Azərbaycan bölməsində aktyor kimi fəaliyyətə başladı. Bölməyə Sidqi Ruhulla rəhbərlik edirdi. Həmin teatrda "Bəxtsiz cavan", "Ac həriflər", "Xor-xor", "Dursunəli və ballıbadı", "Molla Cəbi", "Daşım-daşım" tamaşalarında səhnəyə çıxdı. Ağahüseyn Cavadov oynadığı ilk komik rollarla tamaşaçıların alqışlarını qazandı.
O, 1921-ci ildə yeni yaradılmış Bakı Türk Azad Tənqid-Təbliğ Teatrına dəvət olundu. Həmin teatrda hazırlanan tamaşalarda ifa etdiyi rollar Ağahüseyn Cavadova daha böyük uğurlar gətirdi. Bakı Türk Azad Tənqid-Təbliğ Teatrının adı sonralar dəfələrlə dəyişdirildi. Ağahüseyn Cavadov həmin teatrın truppasında fəaliyyətini yeni, yaddaqalan rolları ilə davam etdirdi.
1938-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı təşkil olundu. Ağahüseyn Cavadov bu teatra dəvət edildi. Musiqili Komediya Teatrında ilk rolu "O olmasın, bu olsun" tamaşasında Məşədi İbad oldu. Sonralar həmin teatrın səhnəsində "Beş manatlıq gəlin"də Kəblə Hüseynəli, "Toy kimindir?"də Uzun, "Lənkəran xanın vəziri"ndə Xan, "Arşın mal alan"da Soltan bəy, "Evliykən subay"da Kəblə Qubad, "Qızıl gül"də Nadir və digər bir-birindən fərqli, maraqlı həm epizodik, həm də əsas rolları oynadı.
Ağahüseyn Cavadov 1942-ci ildən Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına qoşuldu. Ömrünün sonunadək həmin teatrda çalışdı. Aktyor Milli Dram Teatrının səhnəsində "Məhəbbət"də Məmişov, "Toy"da Dəmirçi Musa, "Xoşbəxtlər"də Bərbərzadə, "Nişanlı qız"da Mirzə Salman, "Almaz"da Ocaqqulu, "Dönüş"də Xasməmməd, "Solğun çiçəklər"də Həmzə, "1905-ci ildə"də İmamverdi, "Həyat"da Cəlal, "Yaxşı adam"da Soraq kişi, "Cavanşir"də Qənimət, "Mənim günahım"da Almurad və başqa rollarla tamaşaçıların qarşısına çıxdı.
Aktyorluq bacarığını kino sahəsində nümayiş etdirmək imkanı da oldu. O, 1955-ci ildə ilk dəfə "Bəxtiyar" filmində Rza roluna çəkildi. Həmin il ekranlaşdırılan daha bir filmdə - "Görüş"də isə Əbülfəz rolunu canlandırdı. Sonralar "O olmasın, bu olsun"da Bəy, "Qızmar günəş altında"da Pirioğlu, "Əhməd haradadır?"da Əhməd, "Kölgələr sürünür"də Elmi işçi, "Bir qalanın sirri"ndə Rəmmal, "Sehrli xalat"da Vəzir, "Şərikli çörək"də Xırdavatçı, "İstintaq davam edir"də Həsən dayı, "Mən ki, gözəl deyildim"də Zeynalov, "Bizim Cəbiş müəllim"də neft satan, "Bakıda küləklər əsir"də Sərnişin, "Qərib cinlər diyarında"da Qaraşad rollarına çəkildi.
O, aktyor kimi uğur qazanmağın sirrini istedadla zəhmətin vəhdətində görürdü. Ona görə deyirdi: "İstedad anadangəlmə olur. Elə ilk dəfə səhnəyə çıxanda başa düşdüm ki, teatra həvəs göstərmək, istedad kifayət etmir. Sənətdə qalmaq üçün özünə qarşı yüksək tələbkarlıq və işdə inad göstərmək də vacibdir".
Ağahüseyn Cavadovun əməyi yüksək dəyərləndirildi, 1931-ci ildə Əməkdar artist, 1938-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görüldü.
O, 1981-ci il iyulun 20-də dünyasını dəyişdi. Vəfatından uzun illər keçsə də, bu günlərin tamaşaçıları Ağahüseyn Cavadovu filmlərimizin bənzərsiz komik qəhrəmanı kimi tanıyır və sevirlər.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Gürcüstanın Aİ-yə namizədlik statusunun dayandırılması üçün Borellə müraciət edilib
07 May
Luis Suares yeni rekorda imza atıb
07 May
Vladimir Putinin andiçmə mərasimi keçirilib
07 May
ABŞ öz bazasını BƏƏ-dən Qətərə köçürmək məcburiyyətində qalıb
07 May
Paşinyan: Bu gün bütün ermənilərin katolikosu siyasi hərəkata rəhbərlik edir
07 May
Rafiq Hüseynov: Hər birimiz İstanbula lisenziya üçün gedirik
07 May
Fransız müstəmləkəçiliyinə son qoyulan döyüşün 70 illiyidir
07 May
Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib ...
07 May
Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib
07 May
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
07 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!