07 May 2024 23:09
336
DÜNYA
A- A+

Vladimir Putinin andiçmə mərasimi keçirilib

 

 Rusiya Prezidenti  hökumətin istefası haqqında fərman imzalayıb
 
Mayın 7-də Rusiya Prezidenti Vladimir Putin ölkə hökumətinin istefası haqqında fərman imzalayıb. Müvafiq sənəd hüquqi aktların saytında yerləşdirilib.
Eyni zamanda o, istefa vermiş hökumətə yeni Nazirlər Kabineti formalaşana qədər fəaliyyət göstərməyi tapşırıb.
Həmin günün əvvəlində, inauqurasiya zamanı Putin and içərək, yeni müddətə Rusiya Federasiyasının prezidenti vəzifəsinin icrasına başlayıb. Böyük Kreml Sarayının salonlarına 2,6 minə yaxın qonaq toplaşıb. Prezident inauqurasiya nitqində ölkə vətəndaşlarına onlara göstərilən etimadı doğruldacaqlarına söz verib və rusiyalıların birliyinin vacibliyini qeyd edib.
Beşinci dəfə Rusiya prezidenti postuna gələn Vladimir Putin inauqurasiyadan sonra xüsusi hərbi əməliyyatın (SVO) iştirakçılarına müraciət edib: “Mən qəhrəmanlarımızın, xüsusi hərbi əməliyyat iştirakçılarının, Vətən uğrunda döyüşən hər kəsin qarçısında baş əymək istəyirəm”.
Prezidentin andiçmə mərasimindən dərhal sonra Rusiya hökuməti istefa verib. Yeni hökumətin formalaşdırılması proseduru Nazirlər Kabinetinin sədrinin təyin edilməsi ilə başlayır. Dövlət Duması namizədliyi təsdiqlədikdən sonra bu barədə fərman prezident tərəfindən imzalanır. Təyin edildikdən sonra bir həftə ərzində hökumət başçısı federal icra hakimiyyəti orqanlarının strukturu ilə bağlı təkliflərini prezidentə təqdim edəcək.
Vladimir Putin Rusiyada keçirilən prezident seçkilərində 87,28 faiz səslə qalib gəlib. Əsas ümumrusiya səsverməsi üç gün ərzində - martın 15-dən 17-dək baş tutub. Ümumi seçici fəallığı 77,44 faiz təşkil edib. Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbəri Ella Pamfilova bu rəqəmləri ölkənin müasir tarixində rekord göstərici adlandırıb.
Vladimir Putin ölkəyə 2030-cu ilə qədər rəhbərlik edəcək.

Rizvan HILALOĞLU,

"Azərbaycan"


 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video