14 Avqust 2025 17:43
601
DÜNYA
A- A+
Türkiyənin mal və xidmət ixracının həcmi cari ildə 390 milyard dollara çata bilər  

Türkiyənin mal və xidmət ixracının həcmi cari ildə 390 milyard dollara çata bilər  


Cari ilin sonunadək Türkiyədən mal və xidmət ixracı həcminin 390 milyard dollara çatdırılması planlaşdırılır. AZƏRTAC xəbər verir ki, bu hədəfi Türkiyənin Ticarət Nazirliyi açıqlayıb.

Nazirlik qeyd edib ki, əgər 2002-ci ildə Türkiyənin qlobal mal ixracında payı 0,55% idisə, bu gün həmin rəqəm 1,07% təşkil edir. Hesabat dövründə ölkənin qlobal xidmət ixracında payı 0,84%-dən 1,32%-ə yüksəlib.

Ticarət Nazirliyi bildirib ki, 2002-ci ildən 2024-cü ilə qədər Türkiyənin ümumi ixrac həcmi 7 dəfə artıb. O xatırladıb ki, ötən ilin sonunda ölkədən mal və xidmətlərin ixracının həcmi tarixi maksimum həddə - 377 milyard dollara çatıb.

Eyni zamanda, 2025-ci ilin yanvar-iyul aylarında Türkiyədən 156,4 milyard ABŞ dolları dəyərində mal və xidmətlər ixrac edilib.

2025-ci ilin ilk aylarında türk ixracatçıları üçün ən böyük bazarlar Almaniya, Böyük Britaniya, ABŞ, İtaliya və İraq olub.

Cari il üçün xidmətlərin ixracının hədəfi 121 milyard dollar müəyyən edilmişdisə, təkcə 2025-ci ilin yanvar-may aylarında bu rəqəm 40,1 milyard dollar olub.

Ankara yuxarıda qeyd olunan göstəriciləri Prezident Rəcəb Tayyib Ərdoğan hökumətinin iqtisadi siyasətinin uğurunun nəticəsi adlandırıb.

"Son 22 ildə Türkiyə iqtisadiyyatının orta artımı 5,3% təşkil edib. Ötən 10 il ərzində isə Türkiyə İƏİT məkanında artım templərinə görə liderlər sırasında olub”, -deyə nazirlikdən bildiriblər.

Ticarət Nazirliyi qlobal böhranlara və çağırışlara baxmayaraq, Türkiyədə 19 rübdür ki, fasiləsiz iqtisadi artımın qorunub saxlanıldığını vurğulayıb. O əlavə edib: “2024-cü ildə Türkiyədə ÜDM həcmi 1 trilyon 322 milyard dollar idisə, cari ilin birinci rübündə bu rəqəm artıq 1 trilyon 371 milyard dollar olub. Adambaşına düşən ÜDM 2002-ci ildəki 3608 dollardan bu ilin birinci rübündə 15 971 dollara yüksəlib”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!