15 Dekabr 2025 17:26
613
DÜNYA
A- A+
Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?


ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonun Ukraynadakı müharibəyə son qoymaq üçün təklif etdiyi plan Volodimir Zelenski istisna olmaqla Ukrayna danışıqlar qrupunun dəstəyini alıb. Lakin Ukrayna nümayəndə heyəti Prezidentin göstərişlərinə həmişə əməl etmələrində israr edir və ölkə lideri özü də deyib ki, Moskvanın əsas tələbi - bütün Donbasın Rusiyanın nəzarətinə verilməsi Kiyev üçün qəbuledilməz olaraq qalır.

Dekabrın 11-də keçirilən mətbuat konfransında V.Zelenski Ukraynanın Vaşinqtona 20 bənddən ibarət sülh planının yeni versiyasını təqdim etdiyini təsdiqləyib. Xatırladaq ki, 28 bəndlik əvvəlki layihə Amerika diplomatları tərəfindən Rusiyanın təklifləri əsasında hazırlanmış və əsasən Moskvanın tələblərinə cavab verirdi. Digər məsələlərlə yanaşı, plan Rusiyanın Ukrayna ərazisini ilhaq etməsini, Kiyevin NATO-ya qoşulmaqdan imtinasını, müharibə cinayətlərinə görə Rusiyanın əfv olunmasını və Ukrayna Silahlı Qüvvələrinin sayına məhdudiyyət qoyulmasını da əhatə edirdi. Bu sənəd daha sonra Florida və Cenevrədə keçirilən Ukrayna və Avropa ölkələri ilə bağlı bir neçə danışıqlar raundu zamanı yenidən nəzərdən keçirildi. Sülh planının yeni versiyası Kremlə şəxsən D.Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner tərəfindən təqdim edildi. Bundan sonra sənədin sonrakı versiyası (rəsmi olaraq dərc olunmamışdı) Floridada keçirilən Ukrayna-Amerika danışıqlarında yenidən müzakirə edildi. İndi Ukrayna rəsmi olaraq yeni versiyasını Vaşinqtona qaytarıb.

V.Zelenskinin  dediyinə görə, "Amerika komandasına təqdim etilən versiya son plan deyil. Bu, bir sıra sənədlərdir. Onların bir çoxu hələ yekunlaşdırılmayıb, çünki məzmunu 20 bəndlik əsas sənədin təsdiqlənmə formasından asılıdır. Bu sənəd müharibədən sonrakı iqtisadiyyatı və yenidənqurmanı, təhlükəsizlik zəmanətlərini və digər məsələləri müəyyən edir. Bəzi məqamlar əlavə detallar tələb edir və bunun üçün ayrıca sənəd yaradılacaq." ABŞ-nin planla bağlı razılaşmaq üçün hər hansı son tarix müəyyən edib-etmədiyi soruşulduqda, Ukrayna lideri konkret ultimatum və ya tarix olmadığını bildirib. Bununla belə, o əlavə edib ki, ABŞ-nin Milad bayramına qədər bu razılaşma ilə bağlı mövqeyimizi tam şəkildə anlamaq istədiyini düşünür.

Cümə axşamı günü D.Tramp yenidən ABŞ-nin Kiyev və Moskva ilə razılaşmaya çox yaxın olduğunu bildirib. "Fikrimcə, Rusiya ilə demək olar ki, razılığa gəlmişik. Ukrayna ilə də demək olar ki, razılığa gəlmişik. Əslində, Prezident Zelenskinin özündən başqa onun komandasındakı hər kəs razılaşma layihəsini bəyənir", - deyə Tramp bildirib. O, həmçinin qeyd edib ki, Amerika planı 4 və ya 5 əsas hissədən ibarətdir: "Bildiyiniz kimi, bu, bir az mürəkkəbdir, çünki ərazini müəyyən bir şəkildə bölmək lazımdır. Bu, asan iş deyil... "

Bu arada, ABŞ-lə danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov komandasının ilk prioritetinin Amerika tərəfindən Moskva ilə söhbətlərin və mövcud təkliflərin bütün layihələri haqqında tam məlumat almaq və onları Ukrayna Prezidenti ilə ətraflı müzakirə etmək olduğunu yazıb.

ABŞ lideri isə Ukraynaya həsr olunmuş görüşün dekabrın 13-də  Avropada keçiriləcəyini təsdiqləyib. Lakin qeyd edib ki, Vaşinqton yalnız sülhün bərqərar olması üçün "real şans" olduğu halda iştirak edəcək.

Amerikanın "Axios" nəşrinin məlumatına görə, ABŞ və Ukrayna arasında müzakirələr iki əsas məsələyə yönəlib: ərazi və Vaşinqtondan təhlükəsizlik zəmanəti. Jurnalistlərin fikrincə, ABŞ Ukraynaya Rusiyanın hərbi nəzarəti altında olmayan ərazilərdən belə, yəni bütün Donetsk bölgəsindən qoşunlarını çıxarmağa razılıq verməsi üçün təzyiq göstərməyə çalışır. Kiyev isə bunu qəbuledilməz hesab edir. Çünki bu, ərazi bütövlüyü ilə bağlı Ukraynanın mövqeyinə ziddir, həm də Rusiyanın bu torpaqlardan sonrakı hücum üçün platsdarm kimi istifadə edə biləcəyi ilə bağlı narahatlıqlar var.

Cümə axşamı V.Zelenski təsdiqləyib ki, plana Donbasın bir hissəsinin nə Ukrayna, nə də Rusiya qoşunlarının girəcəyi, yəni "demilitarizasiya zonası"na çevrilə biləcəyi variant daxildir. "Ruslar bütün Donbası istəyirlər, amma biz, əlbəttə ki, bunu qəbul etmirik. Amerikalılar isə bir növ format axtarırlar", - deyə Ukrayna Prezidenti bildirib. "Onlar amerikalıların "azad iqtisadi zona", rusların isə “demilitarizasiya zonası” adlandırdığı ərazi məsələsini müzakirə ediblər, yəni Ukrayna qoşunları Donetsk bölgəsinin ərazisindən çıxmalı, lakin Rusiya qoşunları bu əraziyə girməməlidir."

Bazar günü Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya paytaxtında amerikalılarla mürəkkəb danışıqlara şəxsən qoşulub. ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Cared Kuşnerlə Berlində görüşdə Ukrayna lideri Donetsk bölgəsindən birtərəfli geri çəkilmə məsələsini müzakirə etməkdən imtina edib.

Eyni zamanda, Almaniyanın “Bild” nəşrinin məlumatına görə, Kiyev cəbhədə müvəqqəti dondurmaya və Moskvanın işğal etdiyi ərazilər üzərində nəzarətin faktiki olaraq itirilməsinə hazırdır, lakin Ukrayna Silahlı Qüvvələrinin Donetsk bölgəsinin nəzarət altında olan hissəsindən geri çəkilməsinə qəti şəkildə qarşıdır.

Qəzet əlavə edir ki, V. Zelenski cəbhəni dondurmağa və beləliklə, Krım, Luqansk, Donetsk və Zaporojye və Xerson bölgələrinin bir hissəsini faktiki olaraq Rusiyaya güzəştə getməyə hazır olsa da (Kiyevin vurğuladığı kimi, yalnız "müvəqqəti olaraq"), Ukrayna Prezidenti üçün Donetsk bölgəsindən geri çəkilmək barədə söhbət  mümkün deyil.

Nəşrin məlumatına görə, bundan sonra ABŞ Ukrayna ordusunun Donetsk vilayətinin təxminən 5600 kvadrat kilometrlik ərazisindən çəkilməsini təklif edib. Bu ərazi Rusiya ordusu tərəfindən ələ keçirilməyəcək, lakin "silahsızlaşdırılmış iqtisadi zona" kimi mövcud olmağa davam edəcək. 

V. Zelenski, öz növbəsində, əraziləri Rusiyanın birtərəfli nəzarəti altında qoymamaq üçün hər iki tərəfin qarşılıqlı şəkildə geri çəkilməsində israr edib. 

Yerli media xəbər verir ki, Berlindəki danışıqlar çətin keçib: ABŞ layihə sazişi üzrə güzəştə getmək istəmir.

“Reuters” qeyd edir ki, ərazilər mövzusundan əlavə, Ukrayna Prezidenti Amerika nümayəndə heyətinə başqa bir əks təklif irəli sürüb: Qərbdən təhlükəsizlik zəmanətləri müqabilində NATO üzvlüyündən imtina etmək. 

ABŞ həmçinin Ukraynada təcili prezident seçkilərinin keçirilməsini tələb edib.

Qeyd etmək lazımdır ki, V. Zelenski dəfələrlə bu vəzifədən yapışmadığını bildirib. Bundan əlavə, ötən həftə o, artıq parlament üzvlərindən yaxın gələcəkdə seçki prosesinin təşkili üçün variantlar təklif etmələrini istəyib. 

RBC-Ukrayna agentliyinin verdiyi məlumata görə, dekabrın 14-də Berlində keçirilən danışıqlardan sonra V. Zelenski hərbi vəziyyət dövründə seçkilərin keçirilməsi ehtimalı ilə bağlı qanun layihəsinin hazırlanmasını tapşırıb. 

Səsvermənin bir neçə gün davam etməsi və bütün seçki prosesinin 60 gün ərzində başa çatması gözlənilir. 

ABŞ Prezidentinin elçisi Stiv Uitkoff sosial mediada Ukrayna Prezidenti Volodimir Zelenski ilə Berlində keçirilən görüşdə "əhəmiyyətli irəliləyiş əldə edildiyini" bildirib. O deyib ki, Ukrayna və Amerika nümayəndə heyətləri arasında danışıqlar beş saatdan çox davam edib və bazar ertəsi günü davam edəcək.

Alman xəbər agentliyi “Handelsblatt”-ın məlumatına görə, Berlində Ukrayna və ABŞ nümayəndə heyətləri arasında sülh danışıqları dekabrın 15-də davam edib. 

Almaniya kansleri Fridrix Merts, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer isə axşam saatlarında danışıqlara qoşulublar. 

Finlandiya Prezidenti Aleksandr Stubb danışıqlarda Ukrayna və ABŞ arasında neytral vasitəçi kimi iştirak edib.


Rizvan CƏFƏROV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ombudsman: Ötən il 9 mindən çox şəxs qəbul edilib 

12:19
03 Mart

Astara sərhədində diplomatların təxliyəsi davam edir

12:18
03 Mart

Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya

11:23
03 Mart

Avropada qazın qiyməti 25 faiz artıb

11:18
03 Mart

Milli Məclis 8 məsələnin müzakirəsinə başlayıb  

11:15
03 Mart

Səbinə Əliyeva: 2025-ci ildə Ombudsman Aparatına 42 mindən çox müraciət daxil olub  

11:12
03 Mart

Ötən gün 59 cinayətin açılması təmin edilib

10:35
03 Mart

Dünya birjalarında neft bahalaşıb

10:24
03 Mart

Dünya bazarında qızıl və gümüşün bahalaşması davam edir

10:19
03 Mart

Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşır

10:15
03 Mart

Şanxay Əməkdaşlıq Təşkilatı BMT-ni beynəlxalq sülhün pozulmasına qarşı təcili tədbirlər görməyə çağırıb  

10:15
03 Mart

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında iştirak edir YENİLƏNƏCƏK

10:08
03 Mart

FHN Od çərşənbəsi ilə əlaqədar əhaliyə müraciət edib

09:56
03 Mart

Rəcəb Tayyib Ərdoğan: Türkiyə bölgədə davamlı sülhün tərəfdarıdır

09:34
03 Mart

Yaxın Şərqdə gərginlik fonunda Avropada qaz qiymətləri 50 faizdən çox artıb

09:33
03 Mart

Serbiyanın İrandakı səfiri və səfirlik əməkdaşları Azərbaycan vasitəsilə təxliyə olunublar

09:31
03 Mart

COVID və qripə qarşı birgə peyvənd təsdiq olunub

09:20
03 Mart

QƏZƏLLƏR

09:17
03 Mart

ABŞ vətəndaşlarını 10-dan çox ölkəni dərhal tərk etməyə çağırıb

09:15
03 Mart

Poeziyanın intibah günəşi

09:15
03 Mart

Bakı - tarixlə gələcəyin görüşdüyü məkan

09:10
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!