06 Aprel 2025 09:35
442
DÜNYA
A- A+
Trampın tarifləri

Trampın tarifləri


Bəzi dövlətlər üçün rüsumlar 50 faizə qədər yüksəlib


Aprelin 3-də ABŞ Prezidenti Donald Tramp 185 ölkədən idxala tarifləri açıqlayıb və Amerikada "qızıl dövr" vəd edib. Onun fikrincə, dostlar və düşmənlər tərəfindən "onilliklər boyu davam edən talanlara" bundan sonra son qoyulacaq.

Aprelin 5-dən 185 ölkədən idxala 10 faizlik rüsum qüvvəyə minib. Həmçinin, ABŞ ilə ticarətdə asimmetrik ticarət məhdudiyyətlərindən istifadə etmiş ölkələrdən gələn tədarüklərə 50 faizə qədər artırılmış "güzgü" rüsumları tətbiq edilir. Bu tariflər aprelin 9-da gecə yarısı qüvvəyə minəcək. 

Ən yüksək rüsumlar - 50 faiz - Lesoto və Fransanın xarici ərazisi olan Sen Pyer və Mikelon üçün tətbiq edilir. Sonrakı yerləri Kamboca (49 faiz), Laos (48 faiz), Madaqaskar (47 faiz), Vyetnam (46 faiz) və Şri Lanka (46 faiz) tutur. Çin üçün 34 faiz, Aİ ölkələri üçün isə 20 faiz tariflərin tətbiqi nəzərdə tutulub. 

Rusiya tarif siyahısına daxil edilməyib. Rüsumlar keçmiş SSRİ-nin bir sıra ölkələrinə şamil olunacaq: Moldova (31faiz), Qazaxıstan (27 faiz), Ukrayna, Gürcüstan, Azərbaycan, Ermənistan, Türkmənistan, Qırğızıstan və Tacikistan (hər biri 10 faiz). Böyük Britaniya, Braziliya və Sinqapur üçün də 10 faizlik rüsum tətbiq olunacaq.


ABŞ-nin ticarət müharibəsi şok reaksiyalara səbəb olub


ABŞ-nin digər ölkələrdən idxala tarifləri artırmasına reaksiya özünü çox gözlətməyib. Cümə günü, aprelin 4-də bir sıra ölkələr ABŞ-nin idxala tariflər tətbiq etməsindən sonra öz hərəkətlərini və planlarını açıqlayıb. 

ABŞ ilə ticarətin ən böyük iştirakçısı, əvvəllər yalnız əks tədbirləri elan etmiş Çin bu dəfə konkret həll yollarını təqdim edib: aprelin 10-dan ABŞ-dən gələn bütün mallara 34 faiz əlavə rüsumlar tətbiq olunacaq. 

Pekin Vaşinqtonu birtərəfli tarif tədbirlərini dərhal ləğv etməyə və ticarət fikir ayrılıqlarını məsləhətləşmələr yolu ilə həll etməyə çağırıb. Eyni zamanda Pekin Ümumdünya Ticarət Təşkilatına iddia ilə mürüciət edib (lakin bu, tez nəticə verməyəcək, çünki ÜTT-nin apellyasiya orqanının işi ABŞ-nin özü tərəfindən bloklanmışdır).

Bəzi ölkələr isə vəziyyətə nikbin baxırlar. Filippin ASEAN qonşuları ilə müqayisədə "daha aşağı tarif dərəcəsinin üstünlüyündən" istifadə edərək ABŞ-yə ixracı artırmağa ümid edir. Özbəkistan da Amerikaya tekstil məhsullarının ixracını artırmağı mümkün hesab edir. Digərləri, o cümlədən Vyetnam problemi danışıqlar yolu ilə həll etməyə ümid bəsləyir. 

Aprelin 4-də Donald Tramp və Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi To Lam arasında telefon danışığı olub. Qeyd edilib ki, Hanoy Vyetnamdan gələn mallara eyni tarif tətbiq ediləcəyi təqdirdə ABŞ-nin idxal etdiyi mallar üçün rüsumların sıfıra endirilməsini müzakirə etməyə hazırdır.

Kamboca bildirib ki, idxalını asanlaşdırmaq məqsədilə, ABŞ mallarının 19 kateqoriyasında (motosikllər, avtomobillər və bəzi kənd təsərrüfatı məhsulları daxil olmaqla) ən yüksək 35 faizlik dərəcəni dərhal 5 faiz endirir. Eyni zamanda Pnompen rüsumların tətbiqinin təxirə salınması ilə bağlı ABŞ-dən danışıqlar tələb etməyi planlaşdırır. 

Türkiyə hətta ikitərəfli ticarətdə ABŞ-nin xeyrinə olan 2,4 milyard dollarlıq balanssızlıq fonunda 10 faizlik əlavə rüsumların ləğvi imkanını ABŞ ilə müzakirə etməyə ümidlidir. Cənubi Afrika Respublikası yeni tariflərin ləğvinə nail olmaq və eyni zamanda CAR-da istehsal olunan məhsullar üçün yeni bazarlar axtarmaq niyyətindədir.

Axios portalının məlumatına görə, İsrailin baş naziri Benyamin Netanyahu tariflərin aradan qaldırılması razılaşmanı müzakirə etmək üçün aprelin 7-də Ağ Evdə Donald Trampla görüşmək niyyətindədir. İsrail üçün rüsumlar 17 faiz səviyyəsində tətbiq edilib.


FRS daxilində müzakirələr və narahatlıq


Aprelin 4-də Donald Tramp və Federal Ehtiyat Sisteminin (FRS) rəhbəri Cerom Pauel arasında fundamental müzakirələr aparılıb. FRS hesab edir ki, tariflər "yüksək ehtimalla ən azı müvəqqəti" inflyasiyanın artmasına səbəb olacaq və ABŞ-nin iqtisadi artımını zəiflədə bilər. 

Donald Tramp artıq FRS-ni "siyasət oynamağı dayandırmağa" və faiz dərəcələrini aşağı salmağa çağırıb. Lakin qurum narahatlıqla "son dərəcə qeyri-müəyyən bir perspektiv"lə üzləşdiyini qeyd edərək, hələ buna hazır olmadığını bildirib. 

Ekspertlərin qeyd etdiyi kimi, hazırda bu, ABŞ üçün əsas daxili dilemmadır: FRS-nin faiz dərəcələrinin aşağı salınması iqtisadi artımı və yeni şərtlərə uyğunlaşmanı dəstəkləyəcək, lakin dolları zəiflədərək ABŞ-yə tədarükləri daha az cəlbedici edəcək.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

01:26
12 Aprel

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya

01:26
12 Aprel

Azərbaycan yeni dünya düzəninin formalaşmasına təsir göstərir

01:25
12 Aprel

“Aviasiya personalının dövri olaraq ilkin və təkrar, nəzəri və praktiki testlərdən, psixoloji müayinələrdən keçirilməsi, peşəyə yararlılığını müəyyən edən tibb müəssisələrinin və onların əməkdaşlarının sertifikatlaşdırılması Qaydaları”nın və “Heyət üzvünün hava gəmisinin bortunda vəzifəsini icra etməsinə yol verməyən xəstəliklərin siyahısı”nın təsdiq edilməsi haqqında

01:23
12 Aprel

“Hava gəmilərinin istismarçıları tərəfindən sərnişin məlumatlarına dair “bir pəncərə” sisteminə ötürülən sərnişinlər barədə ilkin məlumatlar və sərnişin adlarının qeydiyyat məlumatlarının siyahısı, verilməsi, qəbul edilməsi, saxlanılması və digər dövlət orqanları (qurumları) ilə mübadilə edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

01:22
12 Aprel

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:20
12 Aprel

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 dekabr tarixli 409 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hava gəmisində silahın daşınması Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:19
12 Aprel

X.R.Vəliyevin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında

01:18
12 Aprel

M.Ə.Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında

01:18
12 Aprel

Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında

01:16
12 Aprel

Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında

01:16
12 Aprel

Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında

01:14
12 Aprel

Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında

01:14
12 Aprel

"Respublika Diaqnostika Mərkəzi" ASC-nin səhmdarlarının nəzərinə

01:13
12 Aprel

Gürcüstan Prezidenti Azərbaycan səfiri ilə regional vəziyyəti müzakirə edib  

23:54
11 Aprel

Şamil Ayrım: Qərbi azərbaycanlılara qarşı haqsızlıqların dünya ictimaiyyətinə çatdırılması olduqca vacibdir  

23:09
11 Aprel

Bağanıs Ayrımda erməni hərbçilərin yandıraraq qətlə yetirdikləri 39 günlük körpə ilə bağlı videomateriallar məhkəmədə nümayiş etdirilib  

22:26
11 Aprel

Sankt-Peterburqda Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi arasında görüş keçirilir  

22:25
11 Aprel

Əziz Ələkbərli: Qərbi azərbaycanlılar 38 il əvvəl Ermənistanın qanuni vətəndaşları olublar  

22:13
11 Aprel

“Diplomatic World Sweden” nəşrində Bakıda keçirilmiş “Yeni dünya nizamına doğru” forumu haqqında məqalə dərc edilib  

22:12
11 Aprel

Ceyhun Bayramov BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi ilə görüşüb

22:09
11 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!