11 Aprel 2025 16:30
477
DÜNYA
A- A+
IV Antalya Diplomatik Forumu çərçivəsində ilk panel iclası keçirilib

IV Antalya Diplomatik Forumu çərçivəsində ilk panel iclası keçirilib


Aprelin 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi altında təşkil olunan IV Antalya Diplomatik Forumu çərçivəsində Monteneqro Prezidenti Yakov Milatoviç, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Bolqarıstanın Baş naziri Rosen Jelyazkovun iştirakı ilə regional və qlobal məsələlərin müzakirə olunduğu ilk panel iclası keçirilib.

AZƏRTAC “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlunun moderatorluğu ilə keçirilən iclasda çıxış edən Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ankaranın Tbilisinin etibarlı və strateji müttəfiqi olduğunu bildirib. O məlumat verib ki, Gürcüstan 50 ölkə ilə ticarət sazişləri imzalayıb, Avropa ilə Asiya arasında mühüm nəqliyyat marşrutunun bir hissəsinə çevrilib. İrakli Kobaxidze vurğulayıb ki, Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi böyük əhəmiyyətə malikdir və Ankara bu prosesdə fəal rol oynayır. Gürcü siyasətçi deyib: “Türkiyə sülhsevər vizyona sahib olan, inkişaf və tərəqqini dəstəkləyən bir ölkədir. Biz də Ankaranın bu səylərini dəstəkləməkdə davam edəcəyik. Sülh və iqtisadi inkişaf ölkəmizin siyasətinin prioritet istiqamətləridir”.

Bolqarıstanın Baş naziri Rosen Jelyazkov çıxışında qeyd edib ki, qlobal miqyasda çoxtərəfliliyin bərqərar olduğu bir şəraitdə ən mühüm amil ölkələr və xalqlar arasında qeyri-bərabərliyin aradan qaldırılması, yeni dünya nizamında bütün dövlətlərin hüquqlarına hörmət edilməsidir. Onun sözlərinə görə, yeni qlobal proseslər və reallıqlar konfrontasiya deyil, qarşılıqlı faydalı əməkdaşlıq üçün bir fürsət olmalıdır. “Çünki bəşəriyyətin başqa alternativi yoxdur. Ölkələr öz maraqlarına uyğun siyasət yürüdür və bu, təbiidir. Amma başqalarının hüquqlarını da pozmamaq çox vacibdir”, -deyə Bolqarıstanın Baş naziri vurğulayıb.

Monteneqro Prezidenti Yakov Milatoviç Osmanlı imperiyasının varisi olan Türkiyənin Balkan ölkələri ilə sıx əlaqələrinə diqqət çəkərək qeyd edib ki, Ankara yeni reallıqlar şəraitində bu dövlətlərlə münasibətləri daha da intensiv hala gətirir. Onun sözlərinə görə, Türkiyə dünya diplomatiyasında üzərinə daha böyük vəzifələr götürəcək bir mövqeyə malikdir. “Əlverişli coğrafi şəraitdə yerləşən, üç qitənin tam mərkəzində olan Türkiyə qlobal problemlərin həllində, Şərq ilə Qərb arasında ziddiyyətlərin aradan qaldırılmasında daha mühüm aktora çevrilə bilər”, -deyə Monteneqro Prezidenti əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!