11 Aprel 2025 22:13
444
CƏMİYYƏT
A- A+
Əziz Ələkbərli: Qərbi azərbaycanlılar 38 il əvvəl Ermənistanın qanuni vətəndaşları olublar  

Əziz Ələkbərli: Qərbi azərbaycanlılar 38 il əvvəl Ermənistanın qanuni vətəndaşları olublar  

İki əsrlik Azərbaycan-Ermənistan məsələsinin hələ də niyə bitmədiyini tam anlamaq üçün bunun köklərinə baxmaq olduqca vacibdir. Bildiyiniz kimi, Ermənistanın təkcə siyasi dairələrində yox, eyni zamanda, ictimaiyyəti arasında da radikal milliyyətçilik hələ də davam etməkdədir. Ermənistanın hələ də Azərbaycana, Türkiyəyə, Gürcüstana, yəni region dövlətlərinə qarşı ərazi iddialarından əl çəkmək fikri yoxdur. Ermənistanın konstitusiyasında dəyişikliyin edilməsi, Minsk qrupunun buraxılması, Qərbi Azərbaycandan qovulan həmvətənlərimiz öz ata-baba yurdlarına qayıtmaları kimi Azərbaycanın haqlı tələbləri istiqamətində addımlar atmaması təbii olaraq sülh sazişinin də bağlanmasını gecikdirir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Qərbi Azərbaycan İcmasının rəhbəri, Milli Məclisin deputatı Əziz Ələkbərli ifadə edib.

“Bizim məqsədimiz ermənilərin siyasi riyakarlığının mahiyyətini geniş ictimaiyyətə çatdırmaqdır. Çox təəssüf ki, bu gün belə Ermənistanın siyasi dairələri Qərbi Azərbaycan qaçqınlarının öz ata-baba yurdlarına qayıtmasını dünya ictimaiyyətinə Azərbaycanın onlara qarşı ərazi iddiası kimi çatdırmağa çalışır. Halbuki, bu qətiyyən belə deyil. Ermənilər unudurlar ki, Qərbi Azərbaycandakı öz ata yurdlarına qayıtmaq istəyən soydaşlarımız 38 il bundan əvvəl elə həmin Ermənistanın qanuni vətəndaşları olublar. Yəni, Qarabağ münaqişəsinin ilk mərhələsində bu məsələnin tərkib hissəsi kimi, doğma torpaqlarından qovulan insanların öz evlərinə geri qayıtması heç bir şəkildə hansısa ərazi iddiası sayıla bilməz. Ermənistan rəhbərliyi bütün bunlardan nəhayət nəticə çıxarmalıdır. Biz isə, dünya ictimaiyyətinin erməni yalanları, saxtakarlıqlarından tam agah olması üçün çalışırıq”, - deyə icma sədri bildirib.

Antalyada keçirilən IV Diplomatiya Forumunda Qərbi Azərbaycan İcmasının sədri olaraq iştirakı barədə danışan deputat bununla bağlı həqiqətləri tədbir iştirakçılarına, daha geniş ictimaiyyətə çatdırmağa çalışdıqlarını qeyd edib.

Forum çərçivəsində keçirilən panel iclasda Qərbi Azərbaycan həqiqətlərinin ilk növbədə insan hüquqları məsələsi olması ilə bağlı çıxış edən sədr deyib: “Çox təəssüf ki, biz bu, son 200 il ərzində Qərbi Azərbaycanda baş verən hadisələri, ermənilərin həmin bölgələrdə apardıqları etnik təmizləmə, deportasiya, soyqırımı hadisələrini dünya ictimaiyyətinə lazımi qədər çatdıra bilməmişik. Yaradıldığı gündən icmamız bu istiqamətdə xeyli işlər görüb. Bu məsələnin Antalya Diplomatiya Forumu kimi dünya miqyaslı, mötəbər tədbirlərin gündəliyinə salınması bizim çox böyük uğurumuzdur. Çünki, hədəflərimizdən biri də beynəlxalq ictimaiyyəti Qərbi Azərbaycan həqiqətləri barədə daha çox məlumatlandırmaqdır. Forumun bu baxımdan əhəmiyyətli olacağına inanıram. Xüsusilə xarici ölkə parlamentlərinin bu məsələyə isti münasibət göstərməsi özü-özlüyündə bir uğurdur”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!